Çində bir sutkada koronavirusdan 86 nəfər öldü

/ Şənbə, 08 Fevral 2020 11:58
Çində bir sutkada koronavirusdan 86 nəfər öldü

Çində koronavirus epidemiyasından ölənlərin sayı 723-ə çatıb.

Bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

Bildirilib ki, ölkədə son 24 saat ərzində 86 nəfər dünyasını dəyişib, 3 000-dən artıq insanda yeni yoluxma faktı aşkarlanıb. 

Bu günə qədər qeydə alınan ölümlərin 699-u məhz Uhan şəhərində olub.

Müşahidə altına alınan şəxslərin sayı isə 189 mini keçib. Virusun təsirinə məruz qalan 6 101 nəfərin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə isə virusa yoluxanların sayı 34 546-a yüksəlib. Eyni zamanda virusa yoluxduğu ehtimal edilən insanların sayı 27 657 nəfərdir. 

Please publish modules in offcanvas position.