Türkiyə hərbçiləri top atəşinə tutuldu, beş əsgər şəhid oldu

/ Bazar ertəsi, 10 Fevral 2020 17:24
Türkiyə hərbçiləri top atəşinə tutuldu, beş əsgər şəhid oldu

Suriyada Türkiyə əsgərləri şəhid olub.

Bu barədə “Haber7” Türkiyənin Müdafiə Nazirliyinin rəsmi saytında yayılan xəbərə əsasən məlumat yayıb.

Məlumatda bildirilir ki, İdlibin şimal hissəsində Suriya hökümət qüvvələri türk hərbçilərini top atəşinə tutub.

Nəticədə, beş hərbçi həlak olub, beşi yaralanıb.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, qarşı tərəf cavab atəşi ilə susdurulub:

“Şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Lazımi tədbirlər görülür”.

 

Please publish modules in offcanvas position.