Dəməşq raket zərbəsinə məruz qaldı

/ Cümə, 14 Fevral 2020 15:32
Dəməşq raket zərbəsinə məruz qaldı

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri paytaxt Dəməşqə hücumun qarşısını alıb.

“Report”-a istinadən İslam.az xəbər verir ki, bu barədə “Ikhbariya” dövlət kanalı bildirib.

Məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələri bir neçə obyekti vurmağa nail olub.

Zərbələrin məhz hansı hərbi qüvvələr tərəfindən endirildiyi məlum deyil. Sonuncu dəfə Dəməşq fevralın 6-da hücuma məruz qalıb. Həmin vaxt İsrailin Hərbi Hava Qüvvələrinin dörd F-16 qırıcısısı ərəb respublikasının paytaxtına səkkiz raket zərbəsi endirib. Suriyanın hökumət qoşunlarının Hava Hücumundan Müdafiə qüvvələri buna cavab olaraq zenit-raket komplekslərini tətbiq edib.

Please publish modules in offcanvas position.