“Ənsarullah” Səudiyyə Ərəbistanının hərbi təyyarəsini vurub

/ Şənbə, 15 Fevral 2020 11:34
“Ənsarullah” Səudiyyə Ərəbistanının hərbi təyyarəsini vurub

Yəmənin şimalını nəzarətdə saxlayan “Ənsarullah” hərəkatının üzvləri Səudiyyə Ərəbistanı ilə sərhəddə hərbi təyyarəni vurublar.

Bu barədə “Reuters” hərəkatın rəsmi nümayəndəsi Yəhya Sariaya istinadla xəbər yayıb.

Onun  sözlərinə görə, təyyarə “hava-torpaq” tipli raketlə vurulub.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Səudiyyə Ərəbistanı hərbçiləri qəza xəbəri barədə hələlik şərh verməyib.

Please publish modules in offcanvas position.