Əməli alt-üst edən riya

/ Bazar ertəsi, 28 Oktyabr 2019 16:41
Əməli alt-üst edən riya

Alimlərdən biri deyirmiş ki, 30 illik namazlarımı yenidən qəza edirəm. Camaat heyrətə gəlib soruşur: “Sən elmdə, mərifətdə bu məqama çatmısan, amma qıldığın namazları düzgün hesab etmirsən ki, qəzalarını qılırsan?”.

Alim cavab verir: “Mən bir neçə il camaat namazında birinci sırada durmağa adət etmişdim. Bir dəfə birinci sıra dolduğu üçün orada dura bilmədim, arxa sıraya keçdim. Bu zaman hiss etdim ki, kimlərinsə arxasında durmağı özümə sığışdıra bilmirəm, arxa cərgədə durduğuma görə sanki xəcalət çəkirəm. Başa düşdüm ki, 30 il qıldığım namazlar riyakarlıq imiş. Ona görə həmin namazları indi qəza edirəm”.

(Rza Muxtari, "Simaye-fərzanegan", səh.122).

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.