Страница 1190 из 4418 << < 1186 1187 1188 1189 1190 1191 1192 1193 1194 > >>
@@@ |

salameleykum. baqiwdiyin eziyet verdiyimcun.teyemmumle qilinan namazi yeniden qilmaq isteyende qeza niyyeti edirik?ve bu kimi hallarda bawqa namazlari olurki yeniden qilmaq istiyisen ureyine yatmir telesik qildim deye duwunursen?cox saq olun ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam

Əgər vəzifəniz təyəmmüm olubsa, yenidən qılmaq lazım deyil.

Əgər vaxtı keçməyibsə, ehtiyata görə filan namazı təzələyiəm...........deyəcəksiz.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
HUSEYN |

SALAM ALEYKUM BIR SUALIM VAR SIZE DIWMI CEKDIRMIWEM NAMAZ QILMALIYAM DIWDEN QAN GELIR O QAN DESTEMAZI POZAR YOXSA IWGALI YOXDU?ALLAH RAZI OLSUN

Ответ / Cavab

Aleykumussalam

Xeyr, bu dəstəmazı pozmaz, lakin namaz vaxtı qan udulmamalıdır.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
Aydan |

Salam. Aylin dini addi? Menim ovladim olacaq men hamile qalmamiwdan evvel niyyet etdimki dini ad qoyacam. Anam ise Aylin qoymaq isdiyir hem anam yuxusundada Aylin glrub adini. Indi nece edimki men hem anamin qelbine deymemiyim hemde niyyetimi yerinw yetirim

Ответ / Cavab

Aleykumussalam

Xeyr, dini ad deyil.

Yuxulara çox fikir verməyin. Ananızın qəlbinə dəymək istənmirsizsə, o zaman ona başqa, lakin dini ad seçməyi ildirin.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
fikret/23 |

Salam 1.eger men atrica bir ishle baqli Irana gediremse ve sonra vaxtim olur ordan da Meshede gediremse bu ziyaret duzgndurmu? yeni ki evvelden ureyimde o niyyet varki ishim alinsa ora gedecem. 2. Meshed ziyaretine tek gedecem ve bu ziyaretin habsisa xususi emelleri varmi? nece olmalidir ziyaret?

Ответ / Cavab

Aleykumussalam

1.Bəli, düzdür.

2.Elə bir xüsusi əməlləri yoxdur. Müstəhəbdir ki, əvvəlcə ziyarət qüslü alınsın, içəri daxil olduqda ziyarətnamə oxunsun və iki rükət ziyart namazı qılınsın.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
Xalid |

1.men sorusanda o dese mene hansisa toyuqdan istifade elemisem men nece bilim hansi toyuq haram sayilir? 2.Indi o eger satmaq ucun yalan soyleyerek halal olaraq dese ve mende hemin doneri alsam haram sayilir?

Ответ / Cavab

Aleykumussalam

1.Halal olanları tnıyın, sizdən əvvəlki suallarda onların adını vermişik.

2.Əvvəla siz hansını yeməyəcəyinizi o bilmir. Nə işlədirsə onu da deyər.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
bakinka |

salam eleykum.menim yoldawim cox pis soyuw soyendi onunla ancag bunun uste dava edirem sporlawiram bawa duwurem olmaz ama ozumu idare ede bilmrem cunku bu haggsizligdi.bir azca eseblewen kimi soyur ele sozler deyirki artig men onu sevmirem cunku gelbim sinib.ne edim men?

Ответ / Cavab

Aleykumussalam

Ona sakitcə məntiqlə başa saklın, əsəb əsəb gətirər.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
Əfsun |

SALAM, Islamda kolbasa yemeye nece baxilir bilmek isterdim ustunde halal yazilan?

Ответ / Cavab

Aleykumussalam

Halaldırsa, heç bir problemi yoxdur. Amma üzərində halal yazılması onun halal olmasına dəlil olmaz.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
)()()()(milana)()()()( |

salam.niye kiwilere gizil taxmaq olmaz?sebebi?

Ответ / Cavab

Aleykumussalam

Səbəblər var və ən barizi odur ki, qızıl zinətdir və kişilərə zinət olmaz.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
Ferish |

Salam. bele bir sualim var. Menim refiqem uwagi ucun qurban demiwdi maddi veziyete gore artiq 3 ildiki kese bilmiyib. İndi kesdirmek isteyir qabaqdan ise meherremlik gelir bilmek isteyiremk. Meherrenlikde bele niyyet qurbani kesilir? Ve niyeti nece edilir. tesekkurler onceden

Ответ / Cavab

Aleykumussalam

Bəli, kəsə bilər, heç bir eybi yoxdur. Niyyəti elə nəzr netdiyi niyyət olacaq.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
Ferish |

Salam.menim bele bir sualim var. hecde ziyaret edilen deyirler ki,goyden das gelib o duzdu?

Ответ / Cavab

Aleykumussalam

Bəli, bu daş Qara daş adlanır ki, Kəbə evinin divarına yapışdırılıb

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
ayten |

salamaleykum.meherrem ayinda qash aldirmaq gunahdir?men hicabliyam ve qashimi aldirmayanda uzum seliqesiz gorsenir.bezilerideyir olmaz bezileri deyir ashura gununedek olar.bu meseleye aydinliq getirsez cox sevinerem.Allah sizden razi olsun vaxt tapib bizim suallarimiza cavab verirsiz.

Ответ / Cavab

Aleykumussalam

Bu şadyanalıq üçün deyilsə, adicə üzü səliqəyə salmaq üçündürsə və naməhrəmə xoş görsənmək qəsdi yoxdursa, olar.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
ZM+ |

salam aleykum!birnefer yaxin adam var 5-ede damari tutulub ureye qan yaxsi gedmir hekimlerin diaqnozu ile tecili emeliyyat olunmalidir deyirler emeliyat ucun cox pul lazimdi amma buna imkani catmir mecbur qalib bankdan pul goturmek isteyir bizde mecburen buna sahid oluruq bele bir veziyyetde ne etmeliyik? sexs bankdan pul goture bilermi.Allah sizlerden razi osun dualarinizi eskik emeyin

Ответ / Cavab

Aleykumussalam

Əgər bundan başqa heç bir çıxış yolu yoxdursa, qəlbi narahatlıqla götürə bilər.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
MirFateh |

Salam men size aile qurmaq baresinde sual vermishdim. (Men atamin xalasi nevesi ile aile qurmaq istiyirem. Islamda bu duzgundurmu ?) siz cavab yazdiz ki Ancaq məhrəmlərlə aile qurmaq olar. Zehmet olmasa izah ederdiz ki bu ne demekdi ?

Ответ / Cavab

Aleykumussalam

Məhrəmlərlə əksinə olmaz. Qeyd edilən xanımla ailə qurmanza maniə yoxdur.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
Abas |

Salam,Men evde bulbul ve ya basqa quslardan saxlamaq isteyiram,qefesde olan quslardan...Hemde akvaryumda baliq,,,Siz ne meslehet verardiz?Duzunu desam qorxuram,deyirlar duser-dusmezi var,Xais ediram bu barede imkaniniz qeder melumat verasiniz...Minetdaram...T,w,k..Allah razi olsun....

Ответ / Cavab

Aleykumussalam

Düşər düşməz məsələsinə etiqadımız yoxdur. Sadəcə bunu bilmək lazımdır ki, əgər onların yemək və təmizliklərinə riayət edə biləcəksinizsə, saxlaya bilərsi. Əlbətdə ki, azadlıqda yaşaya bilənləri həbs etmək olmaz.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
YA ALLAH |

salam eleykum. Quranla insanin taleyinin nece olmasina baxmaq olur ? ( bu fala baxmaq kimi cixir ? )..bele elemek duzgundu?..Insanin taleyini anacaq Allah bilir axi...bir qiz var onunla aile heyati qurmaq isteyirem evdede deyirle ki,quranla baxdirmiwiq sizinki tutmur,deyirler alinsada gelecekde ayrilacaqsaniz..bunu qabaqcadan bilmek olur beyem?...xahiw edirem bu meseleye munasibetinizi bilderesiniz ve mene duzgun yol gosterin zehmet olmasa..ALLAH RAZI OLSUN,EVVELCEDEN TEWEKKURLER.

Ответ / Cavab

Aleykumussalam

Belə bir şey yoxdur, Quran qoraskop kitabı deyil. Quranla istxarə eilə bilər. Yəni insan iki yol arasında qaldıqda ya bir işi edib etməmək barədə tərəddüddə olsa və qərara gələ bilməsə, Qurandan yol istəyə bilər. Buna İStixarə deyilir. Ancaq bu düzgündür.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
intizar34416 |

Salam Hacı! Zəhmət olmasa sualımı izah eləyin. Əgər niyyət eləyirsən hansısa işim düzəlsin qurban kəsim, və bu iş baş tutur. Sən də qurbanını kəsirsən və paylayırsan. Deyilənə görə, guya o qurban ətindən özünə saxlamalı deyilsən. Bu nə qədər düzdür? Kimə o qurbandan vermisan onlardan kimsə nəsə bişirmələdir, səndə istəsən gedib yeyə bilərsən. Təşəkkür edirəm

Ответ / Cavab

Aleykumussalam

Belə bir hökm yoxdur. Əgər özünüzə saxlamamağı qeyd etmişdinizsə, o zaman saxlaya bilməzsiz.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
QONCE |

birde bele bir sualim var men IMAM HUSENIN kinosuna baxdim orda kufeliler imama 3000 mekub azirlar sorada HUSEN kufee gedmei qerara alir hemin kufeliler IMAMAI KOMEKSIZ QOULLAR??? VE HAMISI ??? SAGOLUN ALLAH RAZI OLSUN SIZLERDEN

Ответ / Cavab

Aleykumussalam

Demək olar ki, həmin yazanların əksəriyyəti sözlərinə əməl etməyir və hətta bəziləri yəzidin qoşununa da qoşulurlar.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
QONCE |

SALAM ALEKUM HACI googlda dini hekaeler var oxuurug onlar baw vermiw hadiselerdi ?? onlari oxumaq duzgundu?

Ответ / Cavab

Aleykumussalam

Xəbərimiz olmayan şeyi təsdiq edə bilmərik. Bunu istənilən şəxs ora otuzdura bilər. Etibarlı saytlarda yazılanlara eibar edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
Salam |

Salam. Bagiwlayin sualima gore. Guclu gelen suyu orvetin usdune xeyli tutannan sonra bir hiss gelir rahatlawiram.bele etmey gunah sayilir?

Ответ / Cavab

Aleykumussalam

Belə şeylər etməyin.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
aylin |

Salam.men nezir tutmuwdum yani nezir olaraq pul verecem. Men yawadigim yerde mescid bilmirem hardadi. Sabah yol gedende o pulu nezir kimi yola atsam olar.? Onuda kimse goturerde elbet. Bawqa cur nece ede bilerwm

Ответ / Cavab

Aleykumussalam

Xey, əgər müəyyən yerə vermək nəzr etmişdinizsə, o zaman ora da verəcəksiz. Əgər belə bir nəzriniz olmayıbsa, onu fəqirə verin, yerə atmaq olmaz.

Allah sizə yar olsun

Задан: 27 Октябрь, 2014 , Опубликовано: 27 Октябрь, 2014
Страница 1190 из 4418 << < 1186 1187 1188 1189 1190 1191 1192 1193 1194 > >>
© 2016 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
    Сайт сделал: Yusif Hüseyn