Страница 1388 из 3141 << < 1384 1385 1386 1387 1388 1389 1390 1391 1392 > >>
Togrul |

Salam. Xatirlayirsizsa muta nigahi ede bileceyimi yazdiz hemin xanimla, meni dusunduren bir nece mesele var, baxmayaraq ki 36 yashinda olan xanim razidir onun ailesi anasi razi olmaz, kimin anasi razi olar ki qisa muddetli nigaha girsin ovladi, bir m esele ise bu cure nigahlardan dogan usaqlar nece olur, ve son sualim 3. Usaq olmasin deye qoruyucu vasiteden istifade etmek icaze verilir? Tesekkur...

Ответ / Cavab

Aleykumussalam.

1.Qeyd edilən qadın öz ixtiyarındadır və nigaha girmək üçün icazə almasına ehtiyac yoxdur.

2.Mütədən dünyaya gələn uşaq halalzadıdir.

3.Bəli, qorunmağın eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
..... |

Salam Aleykum.Suallarima gore uzr isteyirem.1oruc zamani qadin az,orta,cox istihazə olsa orucu pozulur?2səfərdə olan zaman bilməsəm nə qədər qalacam namazlarimi nece qilacam? cox sagolun.Sistani agaya teqlid edirem.

Ответ / Cavab

Aleykumussalam.

1.İstihazə orucu pozmaz.

2.Əgər 10 gündən artıq qalacağınızı bilmirsinizsə, namazlarınız qəsr olacaq.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
Ulviyya |

Salam. Zəhmət olmasa sullarıma cavab verin 1. Çalışıram hər axşam rəhmətə gedənlərim üçün fatihə oxuyum. Oxumamışdan əvvəl deyirəm ki, "ana və ata tərəfdən bütün qadın və kişi qohumlarım üçün fatihə oxuyuram. Bu sözləri demək düzdür.2. Fatihə oxuyarkən Həmd və İxlas surələrini oxuyuram. Bu surələrdən qabaq tapşırma duasını oxumaq lazımdır? 3. Yasin surəsini bizim hərflərlə oxumaq olar və yasin surəsində tilavət, tapşırma, fatihəni, yəni surəni oxumaq ardıcılığını zəhmət olmasa izah edərdiniz? Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Ответ / Cavab

Aleykumussalam.

1.Çox yaxşıdır.

2.Ehtiyac yoxdur.

3.Bəli muzd almadan oxuya bilərsiz və ardıcılııq elə yazdığınız kimidir.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
Allahin Qulu |

Salam bagishlayin naraht edirem.Mirac gecesi oruc tutmaq lazimdirmi?eger lazimdirsa iyunun 5 tutmaliyam yoxsa 6-si.Allah amaninda qalasiz

Ответ / Cavab

Aleykumussalam.

Gecəsi deyiləndə həmin günə keçən gecə nəzərdə tutulur.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
Salam Aleykum |

Salam,yalniz tenvinli ve sakin nunlar Burundan ģunne ile oxunur yoxsa butun nunlar? ALLAH razi olsun,inwALLAH.

Ответ / Cavab

Aleykumussalam.

Ğunnə burundan gələn havaya deyilir. Nun və Mim hərifi hər ikisi bu sifətə malikdirlər.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
zehra |

salam oruc tutmay istiyirem ama grceler usaqma sud veremey olar ifdardan sora gece xays edirem tez cabblandurun

Ответ / Cavab

Aleykumussalam.

Əgər südünüz varsa, elə oruc halda da verə bilərsiz. Gecələr də süd verməyin maniəsi yoxdur.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
билал |

salam .bu dualarin menasin yazardiniz. 1.estexfirullahellezi la ilahe illa huve vehdehu la werike lehu ve etubi ileyhi. 2.estexfirullahe zel gelali vel ikram min geiiz zunubi vel asam. Allax sizen razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

1.Ondan başqa bir tanrı olmayan Allahdan bağışlanma istəyirəm. Təkdir və şəriki yoxdur, ona tərəf dönürəm.

2.Cəlal və Kərəm sahibi olan Allahdan bağışlanma istəyirəm. Bütün günah və haramlardan.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
Humay |

Salam.Destamaz aldiqdan sonra dirnaqa lak cekmek olar ve hemin lakla namaz qilmaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, olar, lakin dəstəmaz pozularsa, o  təmizlənmədən dəstəmaz ala bilməyəcəksiz.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
salam |

salam menim qardasim arada namazi mescidde qilir ve deyir orda 2 pisinamaz var amma onlar samed yox semed deyiller axi onlar erebdilin bilir ne ucun ele deyirler ve qardasim onlara sehv demelerin demelidir ya yox,onuda deyim ki,qardasimin ereb dilinden anlayisi yoxdur?ALLAH RAZI OLSUN

Ответ / Cavab

Aleykumussalam.

Ola bilsin ki, qardaşınız səhf eşidib. Qeyd etdiyiniz kimi onun ərəb dilindən anlayışı yoxdur.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
raqif |

salam aleykum.qurbet qesdi dedikde nece bawa duwulur?

Ответ / Cavab

Aleykumussalam.

Qurbət-yəni Allaha yaxın olma.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
elman |

Salam 1)subh namazin qilanda,eger evdekiler oyanirsa,hemdsureleri uca sesle demesek olar? 2)tarix muellimem Iran inqilabi,imam Xomeyni haqqinda danisdi,dediyine gore,Xomeyni Iran inqilabi erefesinde,cenubi Azerbaycanlilara vedler verib,yerine yetirmeyib,meselen:Iran terkibinde C.Azerbaycana muxtariyyet ved edib,yerine yetirmeyib,hemcinin inqilabin qelebesinden sonra,vahid Islam ummeti adi altinda aparilan antiazerbaycan siyaseti,mekteblerde dilimize qoyulan qadagalar,medeniyyetimizin inksafina engeller toredilmesi,butun bunlardan sonra sual yarandi mende biz niye bu cur insanlara teqlid edirik,basim qarisib temiz,Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

1.O qədər uca deməyin ki, kimisə narahat edə.

2.Məliminiz bilmədiyi və yalan olan sözlərdən danışır. Biz də tarixi fakt olaraq digər dünya hadisələri kimi bu inqilabı da iləmişik, onun dediklərinə heç bir yerdə rast gəlməmişik. Hal hazırda yerində oturan isə elə azəridir. Sizcə bu faktdır. yoxsa dəlilsiz sözlər? Heç bir sözü dəlil əldə etmədən qəbul etməyin. Tarix də ir elmdir və  ona istinad edilənlər bir sənədli yerdə qeyd olunmalıdır.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
xanim sistani |

salam aleykum! size bele sualim var. evvelceden uzr isteyirem, eger mes: zohr namazin qildinsa esri qilanda destemaz pozulsa yeniden destemaz alim tek esr namazin qilmag lazimdi, yoxsa zohru de???? 2) mehs cekende sac islanmalidi yoxsa deride menim sacim uzundu mehs cekirem amma deyesen bawimin dersi islanmir mutlek islanmalidimi?yoxsa saci nem olsa yeterlidi? sistani agaya teqlid edirem ALLAH razi olsun sizlerden cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

1.Əlbətdə tək əsri qılacaqsız.

2.Saçınızda tağ ayırın və ora məsh edin.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
Sebnem |

Salam suallari cavablandirdiginiz ucun size tewekkurler. Menim yatag otagimda dua var bu gunahdir (subayam)?

Ответ / Cavab

Aleykumussalam.

Bunun eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
xanim Sistani |

Salam aleykum.2)men bugun subh namazin qilandan sonra iki ruket sukur namazi qildim duzdu? Bele olar?2) dunen xuften namazin qilanda 4ruketde Birden gordumki hemd suresin dedim,amma 3cu ruketde tesbihati demiwdim hemdi qurtardim tesbihatida dedim namazim batildi? Indi tezelesem tek xuften namazin tezelemeliyem?

Ответ / Cavab

Aleykumussalam.

1.Heç bir eybi yoxdur.

2.Düz etmisiz, namazınız da düzdür, lakin  belə halda həmdi sona kimi oxumaq lazım deyil.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
Anar |

Salam. Oruc tutan zaman iftardan sonra ve ya gece yari cinsi elaqede olmaq gunah sayilmaz ki???

Ответ / Cavab

Aleykumussalam.

İftardan sonra sübhə qədər bu icazəlidir, lakin sübhdən əvvəl  cənabət qüslü verməlidir.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
lale |

Salam. Kishinin qadini el qaldirmasina sherietde icaze verilir? Meselen,menim h.yoldashi momin kimi taninir,hecidir,ibadetlerini axsaptmir. Lakin,meni vehshicesine doyur, uz-gozum,bedenim gom-goy olur. sebeb olaraq "senin sozlerin meni ozumden chixardir" deyir. Bu halda Allah onun mene etdiklerini bagiwlsyacaq?

Ответ / Cavab

Aleykumussalam.

Qeyd etdiyiniz kimi yox, lakin qadını tərbiyə etmək üçün lazım olan üsullara əl atandan sonra qadın yenə də inad edərsə, kişinin qorxutmaq məqsədiylə astaca vurmasına icazə verilir.

Sualda da anlaşılır ki, qadın hansısa sözlər deyərək həmin şəxsi hədəqəsindən çıxarır.

Əlbətdə bu yenə də qadını  vəhşi kimi döyməyə əsas vermir.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
Noname |

Salam əleykum.Sualıma görə üzr istəyirəm. səhər oyananda gördümki alt paltarımda bir az nəmişlik ve bir az şirə var, yəni başa düşdünüzdə nə demək istəyirəm, tez fikirləşdimki yeqin spermadı yada sidik ama sperma ve ya sidik olasa hemin an yuxudan ayılırsan? Onuda deyimki macaqlaşmada olmayıb,fikirləşərdimki məzidi. Bilmək istərdimki bu nə ola bilər? yəni mən qüsllanmalıyam ya yox? Əvvəlcədən cavabınıza görə cox sag olun. Allah sizede yar olsun,Amin.

Ответ / Cavab

Aleykumussalam.

Əgər məni olmasına yəqinliyiniz yoxdursa,  məni hökmü olmaz, ehtiyata görə paltarınızı dəyişin və  həmin nəmliyin dəydiyi yeri də yuyun.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
mehemmed |

salam aleykum.sizden soruwmaq isterdim ki kimse iwde iwleyen zaman ona iw tapwirilanda iwlemirse iwi firladirsa o halal qazanir yoxsa haram?

Ответ / Cavab

Aleykumussalam.

Hər bir kəs iş yerində verilən tapşırığa əməl etməlidir və əgər iş verənin  tapşırıqlarını icra etmirsə, qazancın yalan üstə olar ki, bu da haram sayılar.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
gulu |

Salam bagislayin men sizi yene narahat eleyirem bu gun subh namazina saati qurmusdum calmayib saat 6 olardi mamam oyatdi telesik destemaz alib qildim sizin saytda baxdim hele ferc yazirdi sizce men namazimi yeniden qilmaliyam yoxsa vaxti kecmemis sayilir cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Qeyd olunan halda namazı təzələməyə ehtiyac yoxdur.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 4 Июнь, 2013
muhammad |

Salamun aleykum. Kishi ile qadin mehkeme yolu ile boshaniblar. Esas kebin yolu ile helede 4 ile baxmayaraq kishi terefinden talaq verilmeyib. Kishi qadini incitmek meqsedi ile talaq vermek istemir.Birge nigah dovrunde qadina hicaba kecmeyi qeti qadaga eden. 4 il muddetinde 1 defe olsun evladini gormeyib ve cehdde gostermeyib. Bu qadin ne etmelidi?meselen: ziyarete getmek isteyir, gede bilermi? Ve en esas talaqi nece geri oxutdurmalidi? Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Həmin qadın ya müctəhidə, ya da onun  səlahiyyətli nümayəndisinə şikayət edəcək və əgər dedikləri isbat olarsa, həmin qadının talağını vermək səlahiyyətindədirlər.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2013 , Опубликовано: 3 Июнь, 2013
Страница 1388 из 3141 << < 1384 1385 1386 1387 1388 1389 1390 1391 1392 > >>
© 2014 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2012, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
    Сайт сделал: Yusif Hüseyn