Страница 2328 из 3964 << < 2324 2325 2326 2327 2328 2329 2330 2331 2332 > >>
&&&&& |

Salam Eleykum.Men Malik Ibni Nuveyre haqda etrafi bilmek isteyerdim,kim olub? Allah razi olsun.Allah amaninda.

Ответ / Cavab

Aleykumussalam.

Malik ibni Nuveyrənin əhvalatı İslam tarixində mübahisəli məqamlardandır. O, Peyğəmbər səhabəsi olub və qəbilə başçısı olub. Peyğəmbərin vəfatından sonra özü və qəbiləsi zəkat verməkdən imtina edib. Amma onun niyə bunu etməsi mövzusu mübahisəlidir. Bəziləri onun islamdan imtina etdiyini, bəziləri isə Əbü Bəkrin xilafətinə etiraz olaraq bunu etdiyini deyirlər. Əbü Bəkr onun qəbiləsi üzərinə Xalid ibn Validi qoşunla göndərir. Xalid onları silahı yerə qoyub danışıq etsələr, aman verəcəyini bildirir, amma onlar silahı təhvil verəndən sonra Malik aldadaraq öldürür. Bu əməlinə görə sonradan hətta Ömər ibn Xəttab Xalidi öldürmək istəyir, amma Əbü Bəkr qoymur.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
### |

salam basa qirmizi hicab baglamaq gunahdir ya yox

Ответ / Cavab

Aleykumussalam.

Naməhrəmlərin nəzərini cəlb edən olsa, məsləhət deyil.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
anar |

asslam aleykum 1 quranda istenilen yerde cumle qurtardiqda veqf etmek olar? 2 hurufiler muselman sayilirlar onlarin eqidesi neye esaslanir?3 qadin oz ushagina sud vermek ve erini ust bashini yumaq borcudur?ALLAH razi olsun size 3 salavat hediyye

Ответ / Cavab

Aleykumussalam.

1. Vəqf edilməsi qadağan olan yerlərdə kəlmənin üstündə işarə olur. Onlardan başqa istənilən yerdə olar.

2. Hürufilər də müsəlmandır. Sufi təriqətlərindən biri hesab olunur.

3. Xeyr, bunların heç biri qadına dini vəzifə deyil.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
orxan |

salam aleykum qardaş.bir sualim var eqer bilmesuz eybi yoxti.yuxuda qormuşemki qara qeyimde uzi qorsenmiyen bir insan mene uziy verir ve deyirki bu fatimeyi zehranin (s.a.) uzuyudi.sizce bu ne demeydi?cox saqolun ALLAH size yar olsun.

Ответ / Cavab

Aleykumussalam.

Biz yuxu yoza bilmirik, amma inşaAllah ki, xeyirli yuxudur.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
ELVIRA |

salam.'istek' dualari kitabinda oxudum ki 2 ay ardicil her gun 1000 salavat deyen sexsin niyyeti qebul olunur. sualim budur ki bes aybasi olan qadin salavat deye bilermi yoxsa salavatlarini saxlayib aybasi qurtardiqdan sonra oxumalidir.Allaha emanet olun

Ответ / Cavab

Aleykumussalam.

Həmin günlər də salavat deyə bilər.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
sevda |

Salam Çox xahiş edirəm sualımı cavablandırıb mail ünvanıma göndərin bankdan faizə pul götürüb sonra tövbə edən adamın nəsə kəffarəsi olurmu?

Ответ / Cavab

Aleykumussalam.

Gunahdan semimi olaraq tovbe eden insan, Allah qoysa, baqishlanar. Amma borcunu da qaytarmalidir.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
Nurane |

Allahin salami olsun haminiza,qadinlar uzr isteyirem namaz qilmadigi gunler ne ede bilerler?yeni zikr dua ne etmek olar Allah yolunda?tewekkuler evvelceden

Ответ / Cavab

Aleykumussalam.

Müstəhəbdir ki, həmin günlər, namaz vaxtlarında, qadınlar dəstəmaz alıb, adətən namaz qıldıqları yerdə oturub dua və zikr etsinlər. Çoxlu savabı var.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
farhad |

salam aleykum . men son zamanlar pis verdishlere qurshanmisham. Amma bu verdishlerden yaxa qurtara da bilmirem . ozumu mecbur edirem, amma bir geder sonra yene hemin o gunahi edirem. Ziyana duwmuw bir insan kimi axiretimi itirmek istemirem . mene bir meslehet verin ki, sheytanin cesvesesinden qurtulum .

Ответ / Cavab

Aleykumussalam.

Əvvəla hər zaman yadda saxlayın ki, Allah sizi hər yerdə, hər zaman görür və hər zaman yanınızdadır. Ondan utanın. İkincisi, bilin ki, Allah bağışlayandır, amma təkrar təkrar edilən günah onu qəzəbləndirir və bağışlamayıb belə adama qəzəbini göstərə də bilər. Üçüncüsü, unutmayın ki, bütün taleyiniz, həyatınız, ruziniz və aqibətiniz əlində olan Allah qarşı günah edirsiz.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
Ulviyya |

Salam. Zəhmət olmasa deyərdiniz xums nədir və onu kimlər verməlidir. Mümkünsə bu barədə biz az məlumat verin. Təşəkkürlər

Ответ / Cavab

Aleykumussalam.

 

Xüms vermək üçün ildə özünüzə bir günü xüms günü olaraq ayırın. İlk dəfə verəcəksizsə, həmin gün əlinizdə olan artıq pulun beşdə birini, yəni 20%-ni xüms olaraq ayırmalısız. Qalan pulu qeyd edirsiz. Gələn il ərzində gələn gəlirdən bütün xərclərinizi edirsiz, evə nə lazımdır alırsız, toya, səyahətə gedirsiz və s. Və gələn həmin gün gələndə yenə əlinizdə nə qədər pul qaldığını sayırsız. keçən il xüms verəndən sonra nə qədər qalmışdısa, onu ayırıb kənara qoyursuz. Artmış pulun yenə də 20%-ni verirsiz. Pul artmayıbsa, xüms də düşməz.

Xümsü təqlid etdiyiniz müctəhidə və ya onun nümayəndəsinə verməlisiz.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
Ruqeyye |

esselamu aleykum.islamda olum hokmu var ve kimlere dusur?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, ölüm hökmü var və əsasən günahsız yerə insan öldürənlərə, evli olaraq evli adamla zina edənlərə, insanları fəlakətə düçar edən fitnə fəsad salanlara,  müharibədə xəyanətkarlara və s. bu kimi hallara şamil olunur.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
aaaaa |

salam aleykum! bilmek isterdim bele bir dua varmiki insani ibadete, inama dahada yaxinlasdirsin yeni inamin dahada artirmaq ucun, eger varsa xaiw ederdim deyerdizde hansi duadir.

Ответ / Cavab

Aleykumussalam.

Bunun üçün insan halal-harama riayət etməli, vaxtında namaz qılmalı, Allahı çox zikr etməli, yaradılış haqda daha çox düşünməlidr. Zəhmətsiz iman olmur. Eyni zamanda namazlarından sonra elə öz dilində çoxlu dua edib, Allahdan imanın gücləndirilməsini istəsin.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
lale |

salam aleykum.sualimi cavablandirdiginiz ucun cox sagolun.size yene bir sualim var.bir yaxinim var o namaz qilmaq isteyirdi amma indi Allah sozu mescid sozu bir sozle dinle Allahla bagli sozler esidende hedsiz derecede cox qorxur.deyir menim yanimda danismayin.bu seytanin vesveseleri ola bilermi?ona nece komek ede bilerem.qeyd edimki moskvada yasayir ve qorxulariyla bagli hette bir nece muddet psixi xestaxanada da mualice alib,amma komeyi yoxdur.evvelceden cox sagolun.Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Görünür elə psixi pozğunluqdur.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
xanim |

salam aleykum1 Hezret Fatimeyi Zehraya (e) ne zikr edilir? cox sagolun ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Fatimeyi Zahraya zikr edilmir. Zikrin adı "Fatimeyi Zəhra zikridir". Yəni bu zikri Xanım Fatimə edərdi.

Qaydası belədir ki, ardıcıl olaraq 34 dəfə Allahu Əkbər, 33 Əlhəmdulillah, 33 SübhanƏllah deyilir.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
????? |

salam aleykum,boynumuzda nifas quslu olarsa qusl verib qurtardiqdan sonra namazlarin qezasi varmi?yoxsa heyz kimi qeza dusmur?

Ответ / Cavab

Aleykumussalam.

Doğuşdan sonra ta təmizlənənə qədər 10 günün namazının qəzası yoxdur. qan gəlməsi ondan çox davam etsə, artıq günlərin nə olduğu müəyyən edilməli, heyz deyilsə, qəzası qılınmalıdır.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
salam |

salam 1 duz sohbetdiki muctehidler qeliz meselelerde imam Zaman(e.f)agayla gorusub meslehet alirlar bu duz sohbetdi ya insanlarin uydurmasidir? 2 birde nece yasinda qeyb olub imam Zaman (e.f) aga? 3 siz hansi reqemi tesdiqleyirsizki quranda nece aye var? 4 birde men Quran kitabi almisam ferqi var ayelerin sayina gore hansi nesri almaq lazimdir yoxsa yox bardovu rengde olure o Quranda? 5 imamliq vehy ile verilirdi ya basqa cur? ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

1. Belə bir hökm, qayda, qanun yoxdur. Müctəhidlər hətta ən qəliz məsələlərdə hökmləri öz ictihadları ilə çıxarırlar. OLa bilər ki, hansısa müctəhid, böyük alimlə İmam Zaman görüşsün, belə rəvayətlər nəql olunur, amma əvvəla, bu, alimlərin öz istəyi, təşəbbüsü ilə olmur. Gözlənilmədən olur və hətta alimlər də bu şəxsin İmam ola biləcəyini sonradan ya başa düşür, ya da ehtimal verirlər. İkincisi, İmam Zamanla görüşən heç bir alim bunu ölənə qədər açıb deməz. Odur ki, belə halın olması mümkündür, amma bizlər, yalnız alimlərin ətrafındakıların rəvayətləri əsasında belə hallar barədə eşidirik.

2. Böyük qeybətə gedəndə təxminən 74 yaşı olub

3. Bu məsələ prinsipial və ixtilaflı məsələ deyil və heç eyni məzhəb alimləri içində də bu barədə vahid fikir yoxdur. Əsas odur ki, hamı Quranın bir hərfinin də dəyişdirilmədiyini qəbul edir. Hazırda dünyada alimlərin əksəriyyəti ən çox yayılmış "Osman Taha" çapı Quranını qəbul edir ki, orada da ayə sayı 6236 olmalıdır.

4. Fərqi yoxdur.

5. İmamlara vəhy gəlməyib. İmamətin əsasları isə peyğəmbərə vəhy olunub və o da elan edib.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
Gunay |

Salam. Alin yazisi var mi? ve Eger varsa, dualarla yazilani deyise bilerik mi?

Ответ / Cavab

Aleykumussalam.

Camaat arasında yayılmış anlamda mütləq alın yazısı yoxdur. Yəni, insan öz əməlləri, duaları ilə ömrünü uzada və qısalda, ruzisini artıra və azalda bilər.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
Salam Eleykum |

Bir insan namaz qilib,pislikden chekinmese namazlari qebul olmayib,yeni qebul olsa pis iw gormezdi?

Ответ / Cavab

Aleykumussalam.

Namazı qılmaq vacibdir. Amma ayədə deyilir ki, namaz insanı pis işlərdən çəkindirər. Ona görə də belə deyirlər ki, əgər çəkindirmirsə, deməli namazında problem var.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
Men |

Salam,men sehv secdesinde-Bismillahi Ve Billehi-zikrin unutmuwam,sadece ondan sonra gelen zikr demiwem,batil olur?qebr uste Fatihe oxunsa,elave bir soz demeden,sadece sureni oxuyub hediyye etsek duz olar?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, batil deyil.

Bəli, dediyiniz formada da savabı hədiyyə edə bilərsiz.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
................. |

Salam, 11 yawli uwaqlar namaz qila biler?

Ответ / Cavab

Aleykumussalam.

Qızdırsa, bu yaşda artıq namazını qılmalıdır. Oğlandırsa da qıla bilər, amma hələ ona vacib deyil. Qılsa, savabı həm özünə, həm valideyninə yazılacaq.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
adalet |

salam muselmana dovsan saxlamaqa icaze verilirmi?

Ответ / Cavab

Aleykumussalam.

Saxlamağın eybi yoxdur, amma gərək onlara zülm edilməsin, yeməkləri vaxtında verilsin.

Allah sizə yar olsun.

Задан: 11 Апрель, 2013 , Опубликовано: 11 Апрель, 2013
Страница 2328 из 3964 << < 2324 2325 2326 2327 2328 2329 2330 2331 2332 > >>
© 2015 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2012, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
    Сайт сделал: Yusif Hüseyn