Страница 4 из 4903 << < 1 2 3 4 5 6 7 8 > >>
Zeynəb |

Salam aleykum hacı hər dəfə məscidə gedəndə anamdan icazə almalıyam? Belə deyəndə ki məscidə gedirəm etiraz etmir və mən də gedirəm. Bilmək istəyirəm ki hər dəfə deməyim, icazə almagım vacibdi? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Hər dəfə deyin.

Allah sizə yar olsun

Задан: 27 Март, 2017 , Опубликовано: 27 Март, 2017
salam |

insan işlərini Allaha həvalə etdikdə Allah da onun işlərini öz öhdəsinə götürürmu? yeni,gotürmeye bilermi?sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, mümkündür.

Allah sizə yar olsun

Задан: 27 Март, 2017 , Опубликовано: 26 Март, 2017
Salam |

Bir var insan gunah edir deyir ki,bilirem,gunahdir,amma edirem,bir de var gunah edir,haqq qazandirir ki,gunah deyil,yaxwi iwdir,mes,selemle meshguldur,deyir ki,kasiba komek edirem.bu niye bele olur

Ответ / Cavab

Aleykumussalam.

İnsanın içində musəvvələ deyilən bir nəfs var. Bu nəfs insana etdiyi pislikləri yaxşı şəkildə göstərir və onu azdırır. İnsan ağlını işə salmalı və bu nəfsin təhlükəsindən özünü qorumalıdır.

Allah sizə yar olsun

Задан: 27 Март, 2017 , Опубликовано: 26 Март, 2017
gulnar |

Salam eger menim podruqam sohbet esnasinda her defe mene xosagelmez soz deyerse,hetta xeberdarliq etdim. ve onunla 1 daha elaqe saxlamasam bu kusulu qalmaq kimi gorune bilermi?baxiram ki, ozude zeng etmir?Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Əgər həddini aşıra, onunla məsafə saxlamanız daha düzgün olar.

Allah sizə yar olsun

Задан: 27 Март, 2017 , Опубликовано: 26 Март, 2017
123 |

Здравствуйте. Заранее хочу поблагодарить вас за ответы на вопросы. Скажите, пожалуйста, а в Исламе считается ли грехом есть грибы? И прописано ли это в Коране? Спасибо. Да хранит вас Аллах!

Ответ / Cavab

Aleykumussalam.

Net, ne şitayetsya qrexom, eto halal.

Allah sizə yar olsun

Задан: 27 Март, 2017 , Опубликовано: 26 Март, 2017
... |

Esalamun Aleykum.Receb ayı ayın neçəsi daxil olur inşaAllah ?

Ответ / Cavab

Aleykumussalam.

29 u daxil olmalıdır.

Allah sizə yar olsun

Задан: 27 Март, 2017 , Опубликовано: 26 Март, 2017
tural |

salam aleykum.bir qadina arinin babasi mahramdi?allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, qayın ata və qayın baba məhrəmdirlər.

Allah sizə yar olsun

Задан: 27 Март, 2017 , Опубликовано: 26 Март, 2017
Salam |

Men ne edim ki,men olende meni Necefde basdirsinlar,oxumuwam ki,orada qebr ezabi vermirler,Cox qorxuram qebrden,Qəbr əzabı tənhalıq, zülmət, qorxu, qəbrin darlığı, hətta qəbrin sıxılaraq ölünün bədənini əzməsi, torpağın təkindəki həşəratların bədəni yeməsi kimi Cox qorxudur meni

Ответ / Cavab

Aleykumussalam.

Salim ömr sürmək lazımdır, salim olsaq və bu halda ölsık, harada olsq belə əzab verilməz. Əgər saleh olmasaq və buna hətta belə çalışmasaq, harda basdırılmağımız bizi əzabdan nicat verməz.

Allah sizə yar olsun

Задан: 27 Март, 2017 , Опубликовано: 26 Март, 2017
Salam |

Namazlari gucle qildim,diqqetsiz,periwan halda,namazdan sonra Allaha dedim,niye Onunla danismagimi istemir,men ne etmiwem,niye meni unudub,niye mene ewitmir,sanki,incimiwdim,goresen bele demekle gunah etmiwem.

Ответ / Cavab

Aleykumussalam.

Belə ərkiyana danişmağa gücünüz varmi? Yəni Allahla bağlılığda, ibadətə aludəlikdə və haramardan qaçmaqda bu ərki əldə etmisiz?. Əgər azından bunlar yoxdursa, ALlahla belə ərklə danışmayın. Onu yox, özünüzü qınayın.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 26 Март, 2017
Salam |

Salam. Sual cavabın e mail ünvanınız necədi?

Ответ / Cavab

Aleykumussalam.

sualcavab2011     mail.ru da bu ünvana yazın.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 26 Март, 2017
0101 |

Salam Aleykum. imamet peyğemberlikden üstündur ne demekdir yeni imamlar peyğemberden üstün olub?

Ответ / Cavab

Aleykumussalam.

İslam Peyğəmbərinin bütün İslam dünyasının qəbul etdiyi bir hədis var.

Ümmətimin alimləri, bəni israilin peyğəmbərlərindən fəzilətlidir.

Diqqət etsəz burada nəinki İmam, hətta alimlərin daha fəzilətli olması buyurulub.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 26 Март, 2017
Haqqı tapan |

Salam. Əraf surəsi 158-ci ayədə Allah buyur: "De: Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm." Ayədən aydındır ki, Rəsullallah (ə) bütün insanlara göndərilib. Onun gətirdiyi şəriət və sünnə Qiyamətə qədər haqqdır. Amma siz deyirsiniz ki, İlyas, İdris, Xızır peyğəmbərlər sağdırlar. Əgər onlar sağ olsaydılar mütləq gəlib Allah Rəsuluna (ə), Xatəmul-Ənbiyəyə, Peyğəmbərlər möhürünə iman gətirərdilər, onun şəriəti ilə hökm verərdilər. Bu Peyğəmbərlərin sağ olması İslam dininə nə xeyri var? İsa (ə)-mı Allah öz dərgahına qaldırıb, Qiyamətin əlamətidir. Bəs guya diri olan bu Peyğəmbərlər? Siz bu dəlili haradan götürmüsünüz? Peyğəmbərdən (ə) dəlil gətirin ki, İlyas, İdris, Xızır sağdırlar. Sizdən başqa heç bir məzhəb bunu iddia etmir. Əhli sünnənin kitabların araşdırdım ki, bəlkə nəsə tapım, şiə mənbələrinə oxşar. Əksinə

Ответ / Cavab

Aleykumussalam.

Kimliyinizi bilmirik, amma qayda belədir ki, insan sualı öyrənmək üçün verir, iddia üçün yox. Sizin dəlil istəməniz xəstənin həkimdən dərmanı niyə  yazdığına görə dəlil istəməsinə  bənzəyir.

Sizin əlinizdə İbn Kəsirin ya Zəhəbinin kitabları var? Əgər bu kimi kitablar əlinizdə varsa və ərəbi bilirsizsə, o zaman sizin sual verməyiniz nəyə lazımdır?

Bizim anladığımız budur ki, bu sözləri də kimdənsə eşidib  bura yazmısız. Bunu danışanlardan dəlil istədizmi? İbn Kəsirin hansı əsərində , hansı cild, hansı səhifədə , hansı hədislə bunu cəfəngiyyat adlandırıb? Nəisə. Bir şeyi öyrənmək istəyirsizsə, soruşub öyrənin, kimlərdənsə eşitdiyiniz sözləri burada müzakirəyə çıxarmayın.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 26 Март, 2017
Bende |

Salam men yoldasima gore sual vermisdim.o kebin etmek istemir.sadece eylenmek.eks halda menden gizli gezer.men ona icaze versem mene gunah olar?

Ответ / Cavab

Aleykumussalam.

Cavab verdik, kişinin ikinci evliliyi icazəlidir.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 26 Март, 2017
Agabaci |

Salam 1 qadin zaqsda erinin familyasina kecmesi islama gore gunahdirmi 2 eger er sagliginda qadina 1 cox qadagalar qoyarsa ozune goreçusaga gore er rehmete gedenden sonra qadin erin qoydugu qadagalarin eksine ozu istediyi kimi hereket ede bilermi 3 men her defe anamgile gedende erimden icaze almaliyammi cunki 1 defe icaze aldim dediki ne vaxt istesen get Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Günah deyil.

Dinə və əxlaqa zidd əməllər deyilsə ziyanlı da deyilsə, olar.

Əgər istədiyin zaman gdə bilərsən icazə  veribsə, gedə bilərsiz.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 26 Март, 2017
sual |

salam.burda oxudum bir qardaw yazib duwen uwaq ucun qusul lazimdir siz nifas qusulu yazmisiz.menim oktyabirda 2ayliq aciliwim oldu amma qusul almamiwam.namaz qilmiwam indi onlar qezadir?indide hamileyem 4ayliq.her cume cume qusulu aliram, hamisi bow oldu haci indi?

Ответ / Cavab

Aleykumussalam.

Qadın  nifas qüslü verəcək.

Qeyd edilən hadisədən sonra hansısa vacib qüsl vermisizsə, həmin qüsl də o zaman pozulur.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 26 Март, 2017
Gunel |

Salam.Mene elci cixmisdi.Cox tereddude idik mueyyen vaxt sonra istixare etdirdi atam.Yeni din xadimi birine haci basi cixan birine.Yox cixdi cavab.Indi refiqemin biri deyirki ele seylere inanirsan sen ALLAHa serik qosmaqdi bele isler.Ele pis olmusam bilmirem ne eliyim cox pis olmusam.Duz deyir?

Ответ / Cavab

Aleykumussalam.

Bu Allaha şərik qoşmaq deyil, İstixarə dini qaydadır və rəsiqənizə deyin ki, özündən dinə qaydalar gətirməsin, bu haramdır.

Evlənmək üçün istixarə edilməsin. Elçi düşən insanın şəxsiyyəti, xasiyyəti, imanı və nəsli axtarılıb oruşulub öyrənilsin. Salim insandırsa, müsbət cavab verin, əks təqdirdə isə yox.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 25 Март, 2017
Bende |

sualima gore uzr isteyirem.yoldasim basqa qadin isdeyir.evlenmeye yox eylenmeye.men ona icaze versem gunah olar?

Ответ / Cavab

Aleykumussalam.

Kişi əgər aralarında ədalətə uyğun rəftar edə biləcəksə ikinci qadını kəbininə sala bilər.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 25 Март, 2017
Firengiz |

Salam. Receb ayının evvelinci günü haçandır?

Ответ / Cavab

Aleykumussalam.

29 na gözlənilir. 30 da ola bilər

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 25 Март, 2017
Salam |

Men hemiwe xeyal qurmaq isteyirem,chox xeyal qururam.bu xowuma gelir,amma bu halda anama,eve qarwi diqqetsiz oluram,namazin ilk vaxti kecir,her namazda soz verirem ki,etmeyeceyem,edirem.,bacarmiram,indi de ozume qezebliyem,bilmirem ne edim.

Ответ / Cavab

Aleykumussalam.

Xəyalları boş vaxtlarınızda edin.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 25 Март, 2017
emin |

Salam..Haci.1.Suxari adli mehsul var `Goyercin` firmasindandir.Terkibinde corek qurusu ves.Yeni haram mehsul yoxdu amma bir az subheli qaldim dedim belke terkibinde kolpasa var.Indi men terkibine guvenib,hemin mehsuldan istifade ede bilerem? ALLAH razi olsun!

Ответ / Cavab

Aleykumussalam.

Tərkibində haram bir qatqının olması yazılmayıbsa, yeyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 26 Март, 2017 , Опубликовано: 25 Март, 2017
Страница 4 из 4903 << < 1 2 3 4 5 6 7 8 > >>
© 2017 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com