Страница 4813 из 5236 << < 4809 4810 4811 4812 4813 4814 4815 4816 4817 > >>
yagmurlu gun | Assalmun Aleykum! mene bir defe dedilerki, mohurle namaz qilmaq duzgun deyil, cunki Peygemberimiz (s.a.s) alnini temiz torpaga qoyub, biz qoydugumuz mohurse torpaqin daslasdirilmis formasi oldugu ucun but sayilir,bu nederece duzgundur? dogruluq payi ola biler??? Allah razi olsun!
Ответ / Cavab

Aleykumussalam. Ağılsız və məntiqsiz bir iraddır. Torpaq bərkiyəndə büt olur? Heç olmasa büt nədir? onu bilirlər. Onda əgər həyətlərimizdə torpaqlar bərkiyibsə, həyətlərimiz bütxana olub?Torpaq torpaqdır, bərkimişidə torpaqdır yumuşağıda. Qoyun yunundan hazırlanmış xalça məntiqən bütə daha yaxındır. Allah sizə yar olsun
Задан: 14 Июнь, 2011 , Опубликовано: 14 Июнь, 2011
anonim | salam.eger insan gunahlarindan el ceke bilmirse namazi buraxmalidi?
Ответ / Cavab

Aleykumussalam. Namazlarını düzəltməlidir ki, namaz da onu tərbiyə etsin. Allah sizə yar olsun
Задан: 14 Июнь, 2011 , Опубликовано: 14 Июнь, 2011
xeyal | SALAM ALEYKUM. TEYEMMUMLU VEZIYYETDE QEZA NAMAZI QILMAQ OLAR,YOXSA QUSL (VE YA DESTEMAZ) ALINMALIDIR SONRA? EVVELCEDEN TEWEKKURLER. ALLAH KOMEYINIZ OLSUN!
Ответ / Cavab

Aleykumussalam. Əgər vəzifəsi təyəmmümdürsə, elə təyəmmümlə qıla bilər. Allah sizə yar olsun
Задан: 14 Июнь, 2011 , Опубликовано: 14 Июнь, 2011
Ismet Sadiqov | salam, cox xahish eliyirem, Deyerdiniz HEMD suresinin 2 defe gonderilmeyinin sebebi nedi, cox vacibdi menimcun xahish eliyirem cavblandirardiz
Ответ / Cavab

Aleykumussalam. Bu həmin surənin əzmətidir və o bir dəfə Məkkədə və bir dəfə Mədinədə nazil olub. İki dəfə nazil olmasının hansısa səbəbi məlum deyil. Allah sizə yar olsun
Задан: 14 Июнь, 2011 , Опубликовано: 14 Июнь, 2011
Muslim | Здравствуйте. Прошу помочь мне с советом, ибо я уже потерял голову Дело в том, что вот уже на протяжении почти года я люблю девушку и она любит меня. Я знал, что она крещенная, но не обращал на это особого внимания. Но когда мы уже начали о дальнейшоем браке воявилась проблема Она ходит в церковь, и вообще хотела, что будущие дети были так же как и она А я не хочу этого Сам я потомственный сеид. Я не думал ,что она так сильно любит и на сколько я понимаю, мы даже брак заключить не сможем,т.к она хочет венчаться,а я хочу КЕБИН и вообще что можно сдел
Ответ / Cavab

Aleykumussalam. Yesli ona tak privyazena k svoyey reliqii i daje xoçet svoix detey sdelaç xristianinom, to vı ne imeyete pravo na ney jenitsa. Ona doljna soqlasitsa na kyabin i znaç şto vaşı deti budut musilmanami. İ ona toje doljna postepenna pereyti s xristianstvo na musilmanstvo. Allah sizə yar olsun
Задан: 14 Июнь, 2011 , Опубликовано: 14 Июнь, 2011
aysu | selamun aleykum.cenabet quslundan sonra destemaz almaq olmaz deyirler.ne menada? Qusldan sonra destemazi pozacaq weyler olsa nece?
Ответ / Cavab

Aleykumussalam. Əgər dəstəmazı pozan iş baş versə, dəstəmaz alınmalıdır. Allah sizə yar olsun
Задан: 14 Июнь, 2011 , Опубликовано: 14 Июнь, 2011
zaur | Bismillah.Salam. Iftari gecikdirmey olar? Azan verilan vaxt oruc acmadan gedib namazlarivi qilib gelib orucuvu aca bilersen(imkanin ola ola)?
Ответ / Cavab

Aleykumussalam. Əgər ac halınız fikrinizi namaz vaxtı qaçırmayacaqsa, gözəldir. Allah sizə yar olsun
Задан: 14 Июнь, 2011 , Опубликовано: 14 Июнь, 2011
Elcin | geceniz xeyir.Menim size bir sualim var eger bir kes namaz qilandirsa onun aile quracaqi qadin ecnebi ola biler rus ve yaxud diger.Olmazsa da aile qurandan sonra onu dine imana getirmek olarmi.Allah sizden razi olsun.
Ответ / Cavab

Aleykumussalam. Əgər islamı qəbul edəcəksə, qeyri müsəlman qadını almaq olar Allah sizə yar olsun
Задан: 14 Июнь, 2011 , Опубликовано: 14 Июнь, 2011
Rar | Men bele basha dushdum ki, eger shekk namazin vaxtidirsa, 2 ve 3 ruketli namazlarda bu batildir, eger bu namazlar artiq qilinib qurtarmishsa, onda yeniden namaz qilmaga ehtiyac yoxdu, yani etina etmemeliyem. Eger 4 ruketli namazi qilib qurtardiqdan sonra , shekke dushsem ki, 3 ruket yoxsa 4 ruket qilmisham onda ne etmeliyem? Allah razi olsun.
Ответ / Cavab

Aleykumussalam. Bəli namazı qurtardıqdan sonra şəkkə etina etməyin. 4 rükətli namazlarda da belədir. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
Nadir | Salam aleykum qardashim dunen ki, sualimi tam vermediyim ucun uzur isteyirem qizin Anasi ile Atasi ayriliblar Atasi azerbaycanda yashayir Qiz ise Avropada Yeni qiz Atasindan bir xeberdi atada qizindan bela halda Ananin raziliqi yeter kebin ucun ?
Ответ / Cavab

Aleykumussalam. Atanın vilayəti qızın üstündədir. Əgər Ata qızının taleyinə tam biganədirsə, o zaman ata babası icazə verməlidir. O da yoxdursa onun şər"i vəlisi. O da yoxdursa və qız yaşı keçmiş qızdırsa, öz ixtiyarındadır. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
vusal | Salam eleykum men bilmek isteyiremki menim etdiyim gunahlar valideynlerime yaxinlarima tesir edir menfi olaraq?birdeki gelecekde menim etdiyim gunalhlar menim ovladlarimin qabagina cixa biler?suallarima ore uzr isteyirem
Ответ / Cavab

Aleykumussalam. Elə günahlar var ki, öz təsirini qoyur. Bu səbəbndən ümumən günahlardan uzaq olmaq lazımdır. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
zaur | Bismillah.Salam.Eger Qeza orucu ola ola musteheb oruc tutub ve hokmunu bilmiyib bes o tutdugu oruclar batil olur? Yoxsa Geza orucu hesablamalidi o oruclari ?
Ответ / Cavab

Aleykumussalam. Qəzalardan sayılar. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
Ya ZEHRA | Assalamu aleykum va rahmatullahi va barakatuhu!Allahin salami va rehmeti uzerinize olsun,inshAllah! Suallarim beladir: 1)Rububiyyet ne demekdir? 2)İsmi Akbar,İsmi Ezemi ne demekdir? 3)Ummul-kitab hansi kitabdir? 4)"La hovle ve la quvvete illa billah" zikrinin tercumesi necedir? Allah razi olsun..!!! Vassalamu aleykum!
Ответ / Cavab

Aleykumussalam. 1.Belə demək mümkünsə, Rəbblik. 2.İsmi əkbər- Böyük ad, İsmi əzəm-Əzəmətli ad. 3.Ummul kitab Fatihə surəsinin adıdır. 4.Allahdan kənar güc və qüvvə yoxdur. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
GUNAHKAR | SALAMUN ALEYKUM RECEB AYINDA TUTULAN ORUCUN NIYYETI ZAMANI VACIBI QUREBETEN DEYILIR YOXSA SADECE QURBETEN ILELLAH ?ONCEDEN TEWEKKURLER
Ответ / Cavab

Aleykumussalam. Bu ayda tutulan oruclar vacib deyil, müstəhəbbdir. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
unknown | salam eleykum. Sizden sorusmaq isterdim ki her bir namaz qilan oruc tutmalidir? Cunki men namaz qilmaq isteyirem. Amma oruc tutsam qorxuram sehhetimde problem ola. zm ox arigam hem de reyimde problemler var. Men eger oruc tutmasam gnah sayilar? Evvelceden tesekkr.
Ответ / Cavab

Aleykumussalam. Oruc da namaz kimi hər bir müsəlmana vacibdir. Oruc tutmaqdan qorxmayın. Oruc tutma xəstələnməyə yox, sağalmaya kömək edir. Əgər ac qaldıqda şiddətlənən xəstəliyiniz varsa, sizə oruc vacib olmaz. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
primorelcin | ASSALAM ALEYKUM, Qardaslm ,,,,,sadaca olaraq,,yazlrslz ,,,HAQQYOLU.COM,,,axtarls edirsiz.umumi xabar, clxacaq,goracaysiz, ki,ramkada,sag tarafda,asaglda yazlLlb,//ALI ,ka'ba ovladI,.!!cox sagolun, minnatdaram,...!!!
Ответ / Cavab

Aleykumussalam. Sayta daxil olmaq olmur. Amma onu deyə bilərik ki, Həzrət Əlinin bu dünyada ilk azançı kimi tanınması tarixdə rast gəlinməyib və islamın ilk azançısı Həzrət Bilaldır. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
Nadir | Salam Aleykum qardashim...Qardashim gece yatanda qurana qulaq asa asa yuxuya getmek olar? 2 Destanamazsiz qurana qulaq asmaq olar...3..Islama gore Sevgi yeni kebinsiz sevgi olar..4.. Eger qizin anasi oglanin anasi bu cutluyun yeni oglan ile qizin gorushmesine razidilarsa onlar gorushe bilerler ?
Ответ / Cavab

Aleykumussalam. 1. və 2. Heç bir problemi yoxdur. 3.Sevməyi qadağan etmək olmur. Məgər ki, kəbin olmadan heç yaxınlıq olmaz. 4.Ana qızın vəlisi deyil, ata qıza vəli sayılır. Əgər o da razıdırsa kəbin oxutdursun, sonra görüşsünlər. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
Sahin | Salam aleykum.Təqlid etdiyim muctəhid Ayətullah Sistanidir..Bu məsələdə mənim şəri vəzifəm nədir???
Ответ / Cavab

Aleykumussalam. Ağa Sistanin rəyinə əsasən əgər səfərlərin sayı həfdədə 3 dəfə və ya ay ərzində on gün olarsa, o şəxsin namazı bütövləşər. Əks halda namaz qəsr qılınmalıdır. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
Rar | Salam. Zehmet olmasa, Sistani aganin risalesinde 1188ci mesele ile 1174cu meselenin 3cu hissesi arasinda ferqi mene izah ederdiniz. Chunki birinde yazilir ki batil edir, birinde ise yazilir ki etina edilmemelidir. Bir az yaxshi basha dushe bilmirem bu hisseni. Men demek olar ki, her 10 sham namazdan 3, 4de shekk edirem ki, 3 yoxsa 4 ruket qilmisham(men kesirush-shekk olub-olmadigimi da bilmirem ). Bu shekk mende xuften namazini qilanda yaranir, yani sham namazinin vaxti chixmamishdan evvel. Men namazlari birleshdirmeden qiliram. Shamin ustunden 3-4 saat kechdikden sonra xufteni qilanda bu shekk mende yaranir ki, goren shami 3 ruket yoxa 4 ruket qilmisham. Bu zaman hansi addimi atim? Eger xuften namazini qilib qurtarmishamsa, ve shekke dushmushemse onda shami qeza niyyeti ile qilmaliyam? Evvelceden Allah razi olsun.
Ответ / Cavab

Aleykumussalam. Əvvəla iki məsələni nəzərinizə çatdıraq. 1. İki və üç rükətli namazlarda rükətlərin şəkki namazı batil edir.2. Məhəlli keçmiş şəkkə etina edilməz. Sizin şəkkiniz namaz bitdikdən sonra olduğu üçün ona etina etməyin. Kəsiruşşək o adama deyilər ki, bir namazın içində 2-3 şəkk edə və bu adi halda ola, yəni əsəb, qorxu həyəcan və bu kimi hallarda olmaya. Allah sizə yar olsun
Задан: 13 Июнь, 2011 , Опубликовано: 13 Июнь, 2011
Ramit | Essalamu aleykum ve rehmetullahi ve bereketuh.Bilmek isterdimki eger qeza orucum varsa musteheb oruclardan tuta bilerem?suallarimizi kimler cavablandirir ve nece gun erzinde?Allah razi olsun
Ответ / Cavab

Aleykumussalam. Qəza orucu olan müstəhəbb oruc tuta bilməz. Suallar hər axşam cavablandırılır. Allah sizə yar olsun
Задан: 12 Июнь, 2011 , Опубликовано: 12 Июнь, 2011
Страница 4813 из 5236 << < 4809 4810 4811 4812 4813 4814 4815 4816 4817 > >>
© 2018 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com