Страница 4894 из 5400 << < 4890 4891 4892 4893 4894 4895 4896 4897 4898 > >>
Gulshan | salam ! Bayram namazinda sadece niyyet edilir ve subh namazi kimi qilinir,yoxsa xususi qaydasi var bayram namazinin ? Nese bashqa sureler deyilir ? Mumkunduse,adlarini yazardiz.Oruc tutmamish wexse bayram namazi dushur? qebul olunur ? yoxsa ferqi yoxdu qilib-qilmamagin ? Cox sagolun! Teshekkurler )
Ответ / Cavab

Aleykumussalam. İki rükətdir lakin sübh namazından bir az fərqlidir. Bu namaz müstəhəbdir, və hər kəs qıla bilər Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Eva | salam...bayram namazini yalniz oruc tutuanlar qilmalidir?..2 ruket olur ?birde vaxtini deyerdizde kecmeyibse zehmet olmasa
Ответ / Cavab

Aleykumussalam. Bayram namazı orucun sonu deməkdir, lakin oruc tutmayanlar da tuta bilərlər. 2 rükətdir və sizdən əvvəlki sualların cavablarında onun qaydalarını tam yazmışıq Bayram namazını vaxtı bayram günü gün çıxandan sonradır. Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
XMAN | Salamaleyukum.Oruc tutub,yatandan sonra yani orucu tutub,namaz qilib yatandan sonra insanin boyuna cenabet qusulu gelse hemin gunun Orucu sayilir?Teyemmumu hara etmek olar?Bina evinde torpaq hardan tapmaq olar?Divarda horulmush kubik dash uzerine ve ya doshenmish palaz,xalcha,tamet dash(adeten heytlere doshenen ag-qirmizi dashi nezerde tuturam) uzerine teyemmum etmek olar?Onceden minnetdaram.
Ответ / Cavab

Aleykumussalam. Həmin günün orucu düzdür, lakin ibadətlər üçün qüsl almalısız. Təyəmmüm torpağa, toza gilə və sair edilə bilər. Bina evində xalçanın altına toplaşmış toxzu da cəm edibüzərinə təyəmmüm etmək olar. Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Gul | Salam, menim sualim namazla baglidir, kecen defe anam menden sorushdu ki niye namazda basini bagliyirsan? Men de dedim ki bu Allaha olan hormetden ireli gelir... ancaq duzu bu sualin cavabindan ozum de emin deyilem... Qadinin basqa insanlar arasinda bagli olmasini basha dushurem, qadin ozunu qorumalidir, ancaq namazda niye gore qadin bagli olmalidir, axi evde namaz qilanda meselen hec kes gormur seni, Allahdan basqa... Cavab ucun evvelceden tesekkur
Ответ / Cavab

Aleykumussalam. Bu Allahın əmridir və qadın namazda tam örtünməlidir. Burada kiminsə onu görməsi yaxud görməməsinin fərqi yoxdur. Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
ulker | Salam bayram namazini oruc tutmayan insanlarin qilmagi duzgundurmu? tewekkur
Ответ / Cavab

Aleykumussalam. Bəli qıla bilərlər. Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
a | salam bayram namazinda tovhid ixlas suresi deyilmelidimi
Ответ / Cavab

Aleykumussalam. Bir rükətində şəms, digərində isə əla surəsi oxunur Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
a | salam men rusiyada yashayiram.bu gun burda ramazan bayrami qeyd ediler.bilmek isterdim bu gun heqiqeten bayramdimi
Ответ / Cavab

Aleykumussalam. Bayram Şəvval ayının hilalı çıxandan sonra edilir. Bu günün bayram olması isə mümkün deyil. Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
sehriyar | salam sefrde olanda vaxta mehdud deyilse mumkunde namazi qesd yox butov qilim orucuda hemcinin yosa bu vacibdi
Ответ / Cavab

Aleykumussalam. Mümkün deyil, bu hökmdür. Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Ramil | Salam Sizden bilmek isteyiremki Men Ayin 1innen oruc tutmusam ayin 2si seher genceden bakiya gelmisem ve bugunki gune qeder bakidayam bilmek olarmi men ayin 2si yolda tutduqum oruc sayilir yoxsa sayilmir.28gundur bakidayam
Ответ / Cavab

Aleykumussalam. Əgər 2 günorta namazəna qədər bakıdakı qaldığınız yerə çatmısınızsa, o zaman 2 dən orucunuz sayılır. Yox əgər günorta namazından sonra çatmısınızsa, ayın 3 dən oruclarınız sayılır, yerdə qalanları qəza edəcəksiz. Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
ruslan | salam qardas,men kemerimin ne derisinden oldugunu bilmirem onunla namaz qilmaq olar ?birde butun peygemberleri nece salamlamaq olar,zehmet olmasa yazardiz.evvelceden tesekkurler
Ответ / Cavab

Aleykumussalam. Əgər müsəlman ölkəsinindirsə ondan çəkinməyə ehtiyac yoxdur. Əssəlamu ələykum ya ənbiyaƏllah, cəmiyən və rəhmətullahi və bərəkatuh. Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Nazli | Salam men orucu ayin 25 tutdum ve bu gun 4 gundu tuturam xaish edirem bele bir sualima cavab veresiz,men 25 ne olan duani demeliyem ya ayin 1nde orucun sozunun sozlerini demeliyem meselen bugun ayin 29du men 29na olan duani demeliyem yoxsa menim 4 gundu oruc tutdugumgunun ayin 4nun duasini demeliyem?xaish edirem sualima cavab veresiz size cox minnatdar olaram evvelceden cox sagolun soyluyurem.
Ответ / Cavab

Aleykumussalam. Ramazan ayinin hansi gunudurse hemin gunun duasini oxumalisiniz. Allah size yar olsun.
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Islam | salam. Men hal hazirda Merdekandayam. Bu gun saat 06:19-da subh namazini bitirdim. Ancaq hava isiqli idi, lakin gunes gorunmurdu. Buludlarda az miqdarda qirmizi reng var idi. Teqvime baxdim, gunun saat 07:04-de cixacagi gosterilir. Indi namazimi qeza etmeliyem yoxsa bele duzgundur mu?
Ответ / Cavab

Aleykumussalam. Subh namazinin vaxti subh azanindan gun chixana kimidir, odur ki, namaziniz duzdur. Allah size yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Allahin qulu | salam.cavablariniza gore sag olun.Biz seferde 3gun qalacagiq.Amma bu oruc sayilmasada men tutacam.Sizden sorusmaq isteyirem ki,men seferde ola-ola bayram namazi qilmaliyam?Bir de seferde oldugum ev oz evimizde sayilir,yeni qaynatamgildir.
Ответ / Cavab

Aleykumussalam. Eger Ehli-sunne mezheblerine aidsinizse bezi hallarda sefede de orucunuzu tuta bilersiz, ceferi mezhebine aidsizse (shie) tuta bilmezsiz. Seferde olarken emellerin icrasinin butun mezhebler uzre hokmleri barede saytin ana sehifesinde meqale var. Qaynatanizin evi size veten sayila bilmez, veten saymasi uchun her ay orada 10 yashamaniz lazimdir. Allah size yar olsun.
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Ehtiram | Salam Fitr bayraminda cammatla namaz qilmaq vacibdirmi? evde tek qilmaq olarmi? 2.evde qilinsa nece qilmaq olar bu namazi? 3.Mechidde camaatla qilinsa nece qilinmalidir?
Ответ / Cavab

Aleykumussalam Fitr və qurban bayramı namazları iki rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır. Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: «Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali) muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun». Bu namaz camaatla da tek de eyni cur qilinir. Namazin mehz mescidde camaatla qilinmasi tekid olunsa da vacib deyil. Allah sizə yar olsun.
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Casan | Salam Aleykum. Bayram namazinin niyyeti nece edilir? evvelceden tesekkur edirem.
Ответ / Cavab

Aleykumussalam. Bayram namazı qılıram qurbətən ilƏllah. Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
murad | Salam. Xahish edirem mumkunse etrafli olarag izah edesiniz, Bu vehabiler neye gore rehmete gedene yasin suresini oxutmurlar ve neye gore gebirleri ziyaret etmeyi bidet sayirlar? Bezileri izah edir ki Umimiyyetle yasin suresinin olumle hec bir aidiati yoxdur,hegigeten de tercumede yoxdur, bir de izah edirler ki,guranin ayelerinde oluler eshitmezler ve sair kimi izah getirirler, sizin izahiniz necedir? Minnetdaram.
Ответ / Cavab

Aleykumussalam. Vəhhabilər yaranan gündən İslamı parçalamaq, nifaq salmaq və dağıtmağı özlrinə vəzifə bilirlər. Bunun üçün həqiqi islamı döndərmək və Peyğəmbərimizin gətirdiyi İslamı aradan aparmaq onların adətinə çevrilib. Bu əsasda hər şeyi yalanlamaq bidət saymaqla insanları çaşqınlığa doğru sürükləyirlər. Quran oxumaq savabdır. Bu savabı isə ölülərimizə ehsan etməkdə nə qəbahət var ki? Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Elnur | Esselamu eleyke. Zehmet olmasa namazin sonunda wielerin dediyi 3 cumleden ibaret olan salamlari yazardiniz. Ve bir de, eger namazin sonunda salamlari deyerken bilmeyerekden herf xetasi edilirse,namaz batil olur? Men, meselen, ikinci salamda "esselamu eleyne ve ela ibadillahissalehin" deyirem. Bu, duzgundur?
Ответ / Cavab

Aleykumussalam. Əssəlamu ələykə əyyuhən Nəbiyyu və rahmətullahi və bərəkatuh Əssəlamu ələyna və əla ibadillahissalihin. Əssəlu ələykum və rahmətullahi və bərəkatuh. Əgər səhf desəniz, yenidən düz deyin. Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Tamelan | Salam. komeyiniz ucun cox sagolun. size suallarim olacaq. 1.sige dinde movcuddur? 2.Uzr isteyirem sualima gore. oglanin evlenmishden qabaq intim munasibetde olmasi her bir teqdirde gunahdi? 3.kebin kesdirende qiz ve ya oglan terefinden qohumlar olmalidir? bes qizin atasi rehmete gedibse nece? Indiden cox sagolun. salamat qalin.
Ответ / Cavab

Aleykumussalam. 1.Bu məsələ Quranda zikr olan mövzulardandır. 2.Ancaq bir qdınla daimi ya müvəqqəti əqd vasitəsiylə haram deyil. 3.Kimlərinsə olması vacib şərt deyil. Qız əgər bakirədirsə, onun atası yaxud o yoxdursa ata babası icazə verməlidir Allah sizə yar olsun
Задан: 29 Август, 2011 , Опубликовано: 29 Август, 2011
Gulya | Salam Aleykum.Bayram günü ayin 30 dur.Bayram günü oruc tutulur? və birdə ki bilmək istərdim Qadinlar bayram namazi qilmalidirmi? Və əgər qilmaq lazimdirsa nece qilinir? Allah sizdən razi olsun.Allah dualrnizi qəbul etsin və hamimizi cənnət əhli etsin.AMİN
Ответ / Cavab

Aleykumussalam. 1.Bayram günü oruc tutmaq haramdır. Bayramın şəriət qaydalarına əsasən nə zaman olması isə Şəvval ayının hilalı görsəndikdə dəqiqləşəcək. 2.Bayram namazı müstəhəbdir və qadınlar da bunu qıla bilərlər. Qaydasını əvvəlki sualların cavabında vermişik. Zəhmət olmasa ora müraciət edin. Allah sizə yar olsun
Задан: 28 Август, 2011 , Опубликовано: 28 Август, 2011
aysel | YOOX MEN HECH VAXT USHAG GOTUZDURMEREM SIZ YAZMADINIZ XAISH EDIREM QABAGCADAN USHAGIN CINSIYETINI HESABLATDIRMAG ALLAHA ZIDD HEREKET DEIL KI,ALLAHA SHERIK QOSHMAG KIMI DEIL?CHUN KI BEZEN QORXURAM KI ALLAH AXI ISTESE QISMETIMDE OGLAN YA QIZ USHAGININ SAYINI TANRIDAN BASHQA HELL EDE BILMEZ BEZENDE DUSHUNUREM KI ALLAHIN ELMIDI DE HAMI HESABLATIR...SORA QORXURAM SADECE 1OGLUM VAR ISTERDIM KI 1QIZIM DA OLSUN...VE MEN DEIREM KI EVIM OLSUN SORA 2USHAG FIKIRLESHERIK...BU ALLAHNAN SHERT QOSHMAG KIMI SAYILMIR KI...MENIM SUALLARIMI OXUYUB CAVAB YAZDIGINIZ ICHIN CHOX SAG OLUN ALLAH KOMEINIZ OLSUN...
Ответ / Cavab

Aleykumussalam. Dediklərinizin heç birində haram əməl yoxdur. Allah sizə yar olsun
Задан: 28 Август, 2011 , Опубликовано: 28 Август, 2011
Страница 4894 из 5400 << < 4890 4891 4892 4893 4894 4895 4896 4897 4898 > >>
© 2018 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com