Страница 5 из 5645 << < 1 2 3 4 5 6 7 8 9 > >>
Ayan2 |

Salam axşamınız xeyir. Yaşadığım rayonda 20:31 in üstünə 10dəqiqə gəlməklə namaz qılıram. Yəni 20:41 də azan vaxtıdır. 20:38 də heyz halım başladı. Şam namazım qəzaya gedirmi? Bir də vaxtı idi amma açıq açıq bulanıq kareçniyə oxşar axıntı idi həmin vaxt. Bu heyzdən sayılırmı? əvvəlcədən təşəkkür edirem.

Ответ / Cavab

Aleykumussalam

Heyz azandan əvvəl olubsa sam daha qəza sayılmaz.

Allah sizə yar olsun

Задан: 13 Июнь, 2019 , Опубликовано: 13 Июнь, 2019
000 |

Salam. Size qarisiq bir sual vermisdim.15 km.lik mesafede olan kend ve seherde nsmaz qilmaq barede. Dediz ki ilk olaraq 10 gun atamgilde qalin ki namazlariniz butov olsun. Amma heyf ki ilk olaraq atamgilde qala bilmeyecem. Ilk olaraq qaynatamgilde qalmaliyam.3gun qakib sonra atamgile gedecem.3gun qalib yene kende qayidacam. Beke olan halda kendde namazlarim qesr olacaq?

Ответ / Cavab

Aleykumussalam

Bir yerdə on gün qalmayinca namazlar tam olmayacaq.

Allah sizə yar olsun

Задан: 13 Июнь, 2019 , Опубликовано: 13 Июнь, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, hacı Şamaxıya qəsr düşür? Sistani ağayadır təqlidim, qəsr namazlarında yalnız 4 rükətli namazlar 2 rükət qılınır? Səsli yoxsa səssiz?

Ответ / Cavab

Aleykumussalam

Bəli Şamaxı qəsr sayılır, 4 rukətlilər iki rükət şəklində qılınır və səslilər səsli, səssizlər isə səssiz qılınacaq.

Allah sizə yar olsun

Задан: 13 Июнь, 2019 , Опубликовано: 13 Июнь, 2019
Muslim 313 |

As'Salamu Aleykum, hacı namaz qılmayan şəxs Şəhid sayıla bilər?

Ответ / Cavab

Aleykumussalam

Allahın dinində qeyd olunan, qiyamət günündə çox yüksək dərəcədə olan o şəhidlik olmaz. O şəhid gərək ilk olaraq Allahla rabitəsində düz olsun.

Allah sizə yar olsun

Задан: 13 Июнь, 2019 , Опубликовано: 13 Июнь, 2019
bende |

Salam Haci.bilirem ki namazda wekk olunarsa 1reket eksik qilmaqda ehtayyat namazi qilirsan.bes wekk olunsa ki 1reket artiq qildim namazi yenilemelisen yoxsa ehtiyac yoxdu?ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam

4 ya bes rükət arasında şəkk olarsa namazdan sonra səhf səcdəsi ediləcək.

Allah sizə yar olsun

Задан: 13 Июнь, 2019 , Опубликовано: 13 Июнь, 2019
Enver |

Salam bu il meherrem ayi ne vaxt bitir zehmet olmasadeyerdiniz

Ответ / Cavab

Aleykumussalam

Sentyabrın əvvəli başlayacaq, 59 ya 60 gun əza günləri olacaq

Allah sizə yar olsun

Задан: 13 Июнь, 2019 , Опубликовано: 13 Июнь, 2019
Fatma |

Salam haci.Qurban bayrami inseAllah hacandir?

Ответ / Cavab

Aleykumussalam

insha'Allah avqustun 13 u olmalıdır.

Allah sizə yar olsun

Задан: 13 Июнь, 2019 , Опубликовано: 13 Июнь, 2019
Bəndə |

Salam. Qusul alib qurulanandan sonra gorurəmki uzumdə yuyulmamis yer qalib dərimə nəsə yapismişdi onu təmizləyib təzədən umvalnikdə üzümü yudum düz etmişəm? Ya təzədən qüsul almaıiyam

Ответ / Cavab

Aleykumussalam

Üzü yuduqdan sonra gərək bədən tam olaraq yuyulsun.

Allah sizə yar olsun

 

Задан: 13 Июнь, 2019 , Опубликовано: 13 Июнь, 2019
Allahu Akbar |

Salam Aleykum, hacı rukuda ovucun dizə dəyməsi vacibdir? Sübh namazında barmağarımın barmağların bitdiyi yer (ucu yox ovuca tərəf olan hissə) dəydi dizimə zikri dedim düzdü?

Ответ / Cavab

Aleykumussalam

Xeyr,o qədərində əyilmək lazımdır,əli dizə qoymaq yox.

Allah sizə yar olsun

Задан: 13 Июнь, 2019 , Опубликовано: 13 Июнь, 2019
Mehri |

Salam..men bu gun orucluydum. Sabahda inshallah olacam. Iftardan sonra yoldasimla opuwduk . Men sabahda oruc olacam. Men qusl almaliyam yani opuw oldu ancaq.

Ответ / Cavab

Aleykumusalam.

Öpüşmək üçün qüsl vacib olmur. Orucunuzu tuta bilərsiz

Allah sizə yar olsun

Задан: 13 Июнь, 2019 , Опубликовано: 13 Июнь, 2019
000 |

Salam.men 2 ayliq Azerb-na gedirem. Bu 2 ayi gah atamgilde, gah da qaynatamgilde qalacam. Bir yerde davamli 10 gun qalmayacam. Atam şeherde,qaynatam kendde yasayir. 2 menteqenib arasi texminen 15-20 km.di. Mene deyirler ki qaynatamgilde namazlari qesr qilmaliyam. Cunki bura menim vetenim deyil ve dalbadal 10 gun qalmayacam. Siz deyin nece qilim?

Ответ / Cavab

Aleykumusalam.

Atanız gildə ilk olaraq 10 gün qalın, namazlarınız tam olsun. sonra oradan 15 km yerə getdikdə  səfər sayılmayacq.

Allah sizə yar olsun

Задан: 13 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
Sevil |

Salam her vaxtınız xeyir olsun.Bilmek isterdim eminin yanında hicabsiz olmaq olar?emi mehrem sayılır?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, əmi, dayı, bunlar məhrəmdirlər.

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, hacı suala görə üzr istəyirəm, təqlidim Sistani Ağayadır, namaz qılarkən yelin gəldiyini hiss etdim sonra o hiss itdi (sıxdım özümü) amma yelin xaric olmasına əmin deyiləm sadəcə 1 şey narahat etdi məni yel gəlibsə çıxmalıdır axı özümü sıxmağla ola bilsin hiss etməmişəm amma çıxıb buna baxmayaraq yenədə davam etdim namazı düzdür?

Ответ / Cavab

Aleykumussalam

Əgər yelin cixmasina yəqinlik yoxdursa deməli çıxmayıb.

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
bende 313 |

Salam Haci.Bakida kiwiler ucun cimerlik varmi?ya hovuz kimi yer aciq.varsa deye bilersiz zehmet olmasa.Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Dini məsələlərinizi həll etmək üçün sualınız olsa verin cavablandiraq.

Biz çimərliklərdə olmuruq ki onların var ya yox olmasını bilək.

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
Kerbelai |

Salam Hacı. Men 2013-də evlendim 2014-də bir qızım oldu 2015-də rəhmətə getdi və ailəm də dağıldı yaşayış yerinə görə.indi 36 yaşım var ondan sonrada bir xeyli başqa vaxtlarda qız cıxıb qarşıma amma ki alınmayıb hələdə alınmır.Da iş o yerə çatıb ki hetda sizdə desəz bu adamla evlənin alınmayacaq.Sizdən məsləhət istəyirəm namaz qılıb oruc tuturam inşallah.Əvvəlki yoldaşımlada muxtəlif vaxtlarda barışmaq istəsəmdə elə əvvəldə indidə İstixarə elətdirirəm deyirlər düz gəlmir barışıb yenə ayrılacaqsız.Mənə bir yol deyərdiz zəhmət olmasa.Əvvəlcədən təşəkkürlər.

Ответ / Cavab

Aleykumussalam

Əgər ailənizi bərpa etmək imkanı varsa, istixarə lazım deyil,ailənizi bərpa edin. Allaha təvəkkül edin. insha'Allah O ən xeyirlisi nədirsə yetirər.

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
Ayan2 |

Salam.əsəblə bağlı dərmanın tərkibində sığır jelatini var. Amma dərman Türkiyə istehsalıdır.Müsəlman ölkəsi olduğu üçün ata bilərəmmi? Bildiyim qədəriylə Türkiyə halal jelatin istehsal edir.Birdə ayaqlarım güclü yaradır. Qüsl edən vaxtı sağ tərəfi yuduqdan sonra , bədənimə yayılmasın deyə əlimi dabunlayıb yuyub sonra sol tərəfi yuya bilərəm?əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.

Ответ / Cavab

Aleykumussalam

Həmin dərmanın əvəzedicisi yoxdursa istifadə edə bilərsiniz.

Bəli əlinizi sabunlayib sonra o biri tərəfi yuya bilərsiniz.

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
Fərid |

Salam əleykum Hacı məsələn sabah xüms günüdü və sabahda məsələn 50 manatlıq alış-veriş etməliyəm bu halda 50 azn çıxıb sonra xümsü hesablamalıyam yoxsa xümsdən sonra qalan pulla almalıyam ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumussalam

Əgər ərzaq alinacaqsa, onsuzda onlar xumsda hesablanacaq. Paltardirsa gərək alinib geyilsin. Evə lazım olan ləvazimatlar olarsa, xalça palaz kimi,o zaman ona xums gəlməz.

 

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
.... |

Salam Aleykum Hacı səfərdə olarkən Namazda niyyət necə edilməlidir? zəhmət olmasa yazardınızda əvəllcədən təşəkkürlər

Ответ / Cavab

Aleykumussalam

Niyyəti elə adi qaydada edin. Sadəcə dörd rükətli namazları iki rükət şəklində qilin.

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
Senan |

Salam Aleykum Ickili biri ile uz uze gorusdukde qusl almag ya destemaz almag lazimdi?

Ответ / Cavab

Aleykumussalam

Xeyr bu nə qüsl nə də dəstəmaz tələb etmir. Əgər içki sizə dəyərsə həmin yeri yuyub paklanmaq lazımdır

İçkili səxslərlə belə isti münasibət düzgün deyil.

Allah sizə yar olsun

Задан: 12 Июнь, 2019 , Опубликовано: 12 Июнь, 2019
...... |

Salam haci. Axir vaxtlar oruca cixanda burnumda qan olur. Az da olsa, bir iki noqte salfetde gorsenir. Yusamda yene cixir salfete. Artiq yumuram bele cixiram oruca. Qan axmir, ola bilsin ki, balaca yara var burnumda. Gun erzinde burun qurudur, agiz suyunu tupurende temizdir. Qan gorsenmir. Ancaq iftari acanda isti yemek yedim ve belgem cixib, onu burnumdan dartib agzimdan tupurdum, belgem ile qarışıq biraz qan cixib. Gun erzinde yox idi. Sualim beledir eger gun erzinde belgem bogazdan aşağı gedirdise orada qanin olub olmamasi menim ucun belli deyil, bu oruca manedir? Yeni men bile bile qani udmamişam, çunki bilirem olmaz, heç qanin olmasi menim ucun deqiq deyil. Yeni bogaza belgem nece gedirse onu gore bilmerem axi. Qanin dadinida hiss etmirem. Bu halda oruc duzdur? Anam deyir her şey duzdur, çox fikir elesen xestelenersen.

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən halda orucunuz düzdür.

Allah sizə yar olsun

Задан: 11 Июнь, 2019 , Опубликовано: 11 Июнь, 2019
Страница 5 из 5645 << < 1 2 3 4 5 6 7 8 9 > >>
© 2019 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com