Страница 5032 из 5263 << < 5028 5029 5030 5031 5032 5033 5034 5035 5036 > >>
Ramiq | Salamun Aleykum Qardawim! Men burada size verilen suallara baxiram ve gorurem ki, cox asan suallar verirler. Bizim camaata meslehet gorerem ki, teqlid meselelerine baxsinlar, risale oxusunlar. Cunki, her bir muselman Muctehide teqlid etmelidir. Daha dogrusu vacibdir. Ve bunu etseler size verdikleri suallara ozleri cavab taparlar. Soz yox bilmeyib oyrenmek ayib deyil. Amma ki, teqlide riayet etseler gozel olar. Meger hele deyil? Bir de sizden bir soz soruwum, bu yaxinlarda Xamnei Aganin vefati xeberi yayilmiwdi. Ne sohbetdir? Bir wey bilirsizse, xahiw edirem mene de deyin. Vaxtinizi aldigima gore bagiwlayin. Cox sag olun. Allah razi olsun. Allah amaninda ve Mehdi(e.f) intizarinda olun...!!!
Ответ / Cavab

Aleykum salam. Təəssüf ki, haqlısınız. Müsəlman bacı və qardaşlar ən elementar dini bilikləri öyrənməyə çalışmırlar. Ayətullah Seyyid Əli Xameneyinin vəfatı ilə bağlı Qərb mətbuatında dərc olunan yazılar təsdiqini tapmadı.
Задан: 19 Октябрь, 2009 , Опубликовано: 19 Октябрь, 2009
lale | Salam.Estegfirullah ayrica duadir,yoxsa estegfirullahi rebbi ve etubi ileyh duasinin adidir?Cox sagolun.
Ответ / Cavab

Aleykum salam. Əstağfirullah dediyiniz cümlənin bir sözüdür.
Задан: 19 Октябрь, 2009 , Опубликовано: 19 Октябрь, 2009
nezrin | Salam.Hec bilmirem nece yazim.Men ozum namaz qilanam.amma ele bir gunah ishletmishem ki,bu namaz qilan xanima hec yarashmaz.Sizden cox-cox uzr isteyirem, men sevdiyim oglanla opushmushem ve o menim bedenime el vurub.indi bu herekete gore cox peshmanam ve Allahdan nece bagishlanma dileye bilerem.ve bununcun ne etmeliyem.bundan sonra menim qildigim namaz qebuldumu?Allah meni bagishlayarmi?Xahish edirem bu barede etrefli cavab yazardiz.Evvelceden cox sag olun.Allah komeyiniz olsun.
Ответ / Cavab

Aleykum salam. Etdiyiniz günahlara görə, tövbə edin. Bu yeganə yoldur... Daha çox dua, istiğfar və peşimanlıq... Tövbənin əsası peşimanlıqdır. İnsan etdiyi əməldən səmimi qəlbdən peşiman olub, günahlarda Allaha sığınmalıdır...
Задан: 19 Октябрь, 2009 , Опубликовано: 19 Октябрь, 2009
bende | Salam, men firmada ishleyirem, orda muxtelif mallar var, ve bizde qiymetlar siyahisi var, men bu qiymetin ustune elave edib sata bileremmi?mala qoyulan qiymeti firmaya verib qalanini ozume goture bileremmi? bu haramdimi? ALLAH razi olsun, ALLAH komek olsun hamiya
Ответ / Cavab

Aleykum salam. Sizin bir mali alıb üstünə pul qoyub satmanızda mane yoxdur, bu, ticarətdir.Ancaq əgər işlədiyiniz firmadan gizli olaraq bunu edirsinizsə, bu halda onların haqqını tapdayırsınız. Bu, günahdır.
Задан: 19 Октябрь, 2009 , Опубликовано: 19 Октябрь, 2009
banu | assalamu aleykum allah sizdän razi olsun suallarimizi cavablandirdiginiza görä 10 ildän artigdi ki namaz giliram amma yadimda deil här zaman alnimi möhürä goyanda burnumuda yerä vururdun ya yox hindi bu vaxdin namazlarinin gäzasini gilmaliyam 2ci sual gonshumuzda bir yashli kishi häcc ziyarätinä hazirlashir 2ci däfäsi olacag bu il niyyät edib sag älil gizinin yerinä amma gizi älildä olsa özünü idarä edir azmazda invalid kaläskadada gezirbilmäk istärdim sag insanin yerinä häcc elämäk olar suallarin cavabina görä gabagcadan öz minnätdarligimi bildiriräm
Ответ / Cavab

Aleykum salam. Burnunuzun yerə dəyməsi namazı pozmur. Diri insanın daha yaxshi olsar ki, özü ziyarətə getsin.
Задан: 18 Октябрь, 2009 , Опубликовано: 18 Октябрь, 2009
Ayan | Salam. Men namaz qiliram amma hicab ortmurem.bilmek isdeyiremki namaz qilan her bir muselman qadina hicab ortmek vacibdirmi? Cox sag olun.
Ответ / Cavab

Aleykum salam. Bəli.
Задан: 17 Октябрь, 2009 , Опубликовано: 17 Октябрь, 2009
Nargiz | Salam Aleykum! Oglum ve men namaz qiliriq. Ogluma temiz derisinen ayaqqabi almishiq amma onun ustunde istehsal olkesinin adi tapa bilmedik. Indi bu ayaqqabi ona geymek olar ya yox?
Ответ / Cavab

Aleykum salam. Sualınız aydın deyil.
Задан: 16 Октябрь, 2009 , Опубликовано: 16 Октябрь, 2009
Cavidan | Salam Aleykum sizden sorushmaq olarmi Hz Omere Hz Ebubakra Hz Osmana ve Hz Aisheye lenet oxumaq duzgundurmu?eger duzgundurse subutu varmi? Cavaba gore sagolun
Ответ / Cavab

Aleykum salam. Dinimiz bir müsəlmana lənət oxumağı bizə qadağan edir.
Задан: 15 Октябрь, 2009 , Опубликовано: 15 Октябрь, 2009
momin | Salam.Men bu suali vermishem,amma cavabini almamisham.Mumkunse xahish edirem sualimi cavablandirin.Daimi xestlikle elaqedar olaraq burundan gelen axinti destemazi pozur?
Ответ / Cavab

Aleykum salam. Xeyr.
Задан: 15 Октябрь, 2009 , Опубликовано: 15 Октябрь, 2009
Gulnar | Salam.men Mucir duasini ancaq namazda olanda oxuya bilerem,yoxsa bawqa vaxt da olar.eger bawqa vaxt olarsa bununcun destemaz almaliyam?
Ответ / Cavab

Aleykum salam Oxuya bilərsiniz. Müstəıhəbdir ki, dəstamazlı olasınız.
Задан: 15 Октябрь, 2009 , Опубликовано: 15 Октябрь, 2009
XEDICE | Salamun aleykum. yadinizdadirsa size cenabet quslu ile bagli sual vermisdim ve sag olun ki, sizde cavablandirdiniz. Basa dusduyum qederiyle canabet quslu bu cur alinir.1-ci niyyet edirsen(cenabet quslu aliram vacib qurbeten ilellah) sonra bas ve boyun yuyulur sonra sag daha sonra sol teref vacib ehtiyyata esasen yuyulur. gobeyi sag terefle yarisi sol terfle yuyursan duzdurmu? bes men sizden onu oyrenmek isteyirem ki, gobeyi nece yarisini sag yarisini sol terfle yuyursan men bir tek bunu basa dusmedim yeni 1 ci suyu gobeyin sag terefine sonra suyu sol terfinemi yuyulmalidir sizden cox xahis edirem bunu mene izah edesiniz cun ki, cox vacibdir sag olun
Ответ / Cavab

leykum salam. O cümlələr risalədən idi, ona görə görünür düzgün anlaşılmayıb. Bu cümldə məqsəd insanın bədəninin bütün hissələrinin yuyulmasına əmin olmasıdır. Yəni siz əmin olmaq üçün bədəninizin sağ tərəfin yuyanda yarıdan çoxunu yuyursunuz, sol tərəfdə də həmçinin.
Задан: 15 Октябрь, 2009 , Опубликовано: 15 Октябрь, 2009
Irade | salam. Zehmet olmasa deyerdiz Qurban ucun kesilmis qoyunun qalmis etinden ( yeni paylanildiqdan sonra) kabab etmek duzgundur?
Ответ / Cavab

Aleykum salam. Maneəsi yoxdur.
Задан: 15 Октябрь, 2009 , Опубликовано: 15 Октябрь, 2009
Ayan | Salm. bilmek isdeyiremki oglanla qizin nigahi oldugu halda evde soz-sohbet olanda ve oglan hirslenib "Get, artiq seni isdemirem" kelmesini isletdikde ve bu hal 3defe tekrarlandiqda kebin pozulmus olur???
Ответ / Cavab

Aleykum salam. Xeyr, bu təlaq sayılmır.
Задан: 15 Октябрь, 2009 , Опубликовано: 15 Октябрь, 2009
Gulnar | salam.her weye gore coxsagolun. men namazdan sonra MUCIR duasini oxumuwam,amma axirda Amin dimiwem,salavat cevirmemiwem.menim bu duam qebuldur???coxsagolun
Ответ / Cavab

Aleykum salam. Duanın qəbul olması bəndə ilə Allah arasında olan məsələdir. İnşAllah sizin də duanız qəbul olar.
Задан: 14 Октябрь, 2009 , Опубликовано: 14 Октябрь, 2009
ayka | salam bilmak istardim sidiyli yeri sildikdan sonra namaz qilmaq olar ?qusl vermak lazimdi ?yoxsa destamaz alib namaz qilmaq olar?
Ответ / Cavab

Aleykum salam. Sidik dəyən yeri və ya paltarı iki dəfə yuduqdan sonra paklanır. Qusl verməyə ehtiyac yoxdur.
Задан: 14 Октябрь, 2009 , Опубликовано: 14 Октябрь, 2009
Maya | Xahish edirem cevab verediniz Hamile qadin ne vaxta qeder Namaz qilmalidir ?
Ответ / Cavab

Salam aleykum. Hamiləlik səbəbilə qadının namaz qılmaması haqda şəriətdə (Əhli Beyt Cəfəri məzhəbində) göstəriş yoxdur. Yalnız hamilə xanımlar onların səhhətlərinə uyğun şəkildə, məsələn, əyilmək mümkün olmadıqda oturmiş halda namaz qılmasına icazə var.
Задан: 14 Октябрь, 2009 , Опубликовано: 14 Октябрь, 2009
GulCan | Salam. Evlerde, duwdan gelen su hansi hokmu dawiyir? Eger kurr hokmunu dawiyirsa axi men deqiq bilmirem ki krantdan gelen su 384 kq hecmindedir? Bedenimde yaralar olur, cox vaxt qan gelir, bedenim necis olur, mende her gun qusl almali oluram, bele olar ki men niyyet edim qusl almaga sonramda bedenimin her yerini 2 defe yuyuym, 1 defe pak etmek ucun,(necasetden) 2 ci defede qusl almaq ucun?
Ответ / Cavab

Aleykum salam. Krantdan gələn su kürr hökmündədir. Bədən yarasından gələn qana görə, qusl almağa ehtiyac yoxdur. Ancaq qusla ehtiyac olduğu halda ilk növbədə həmin nəcasət təmizlənməli, sonra suya verilməlidir. Qusl daha çox mənəvi paklıq vasitəsidir.
Задан: 13 Октябрь, 2009 , Опубликовано: 13 Октябрь, 2009
muslim | Salam Aleykum. Sualim destamazla baglidir. Mende sidik saxlamamaq hali movcuddur. Yeni tez tez sidik qacirtmalar olur. Bu namaz vaxtida, destamaz vaxtida, (ele olurki bir nece defe destamazi yeniden bawlamali oluram bu hala gore) namazlar arasida bash verir. Men cox cetinlik cekirem namaz qilmaqda. Bilmirem ne edim. Duzdu her namazda olmur, amma olduqca tez tez baw verir. Mene dediler ki bu hal destamazi pozmur, cunki sidik saxlaya bilmeyende ele bir destamazla namaz qilina biler, hetta sidik xaric olsa bele. Men nece etmeliyem? Ve ele insanlar olurki onlar bagirsaq yelini saxlaya bilmirler onlar nece hereket etmelidirler?
Ответ / Cavab

Aleykum salam. Bоvlu аrdıcıl оlаrаq хаric оlаn bir kәsdәn iki nаmаz аrаsındа bоvl хаric оlmаsа, bir dәstәmаz ilә hәr iki nаmаzı qılа bilәr. Nаmаzın әsnаsındа хаric оlаn qәtrәlәrin еybi yохdur. ... Bоvl vә qаiti fаsilәsiz оlаrаq хаric оlаn bir şәхs nаmаzın hеç bir hissәsini dәstәmаzlа qılа bilmәsә, bir nеçә nаmаzı bir dәstәmаzlа qılа bilәr. Аmmа iхtiyаr üzündәn bоvl vә qаit хаric еtsә, yахud dәstәmаzı bаtil еdәn bаşqа işlәr bаş vеrsә, qеyd оlunаn kimi әmәl еdә bilmәz. ... Әgәr bir kәs хәstәlik sәbәbi ilә hаvа çıхmаsının qаrşısını аlа bilmәsә, qаitin çölә gәlmәsinin qаbаğını аlа bimәyәn şәхslәr kimi әmәl еtmәlidir. ... Әgәr bir kәsdәn dаmcı-dаmcı bоvl хаric оlursа, nаmаz üçün әlindә pаmbıq vә bаşqа şеy оlаn, bоvlun vә bәdәninin bаşqа yеrlәrinә dәymәsini qаbаğını аlаn bir kәsin vаsitәsi ilә özünü qоrumаlıdır. Еhtiyаt-vаcib budur ki, hәr nаmаzdаn qаbаq bоvlun nәcis оlmuş mәхrәcini suyа çәksin. Hәmçinin qаitin çölә gәlmәsinin qаrşısını аlа bilmәyәn şәхs, imkаn dахilindә, nаmаz qıldığı müddәtdә qаitin bаşqа yеrlәrә sirаyәt еtmәsinin qаrşısını аlmаlıdır. Еhtiyаt-vаcib budur ki, mәşәqqәti оlmаyаn hаldа hәr nаmаz üçün qаitin mәхrәcini suyа çәksin. .... Әgәr bir kәs bоvl vә qаitin çölә çıхmаsının qаrşısı аlа bilmirsә, mümkün оlаn hаldа nаmаz qıldığı müddәtdә hәttа хәrci dә оlsа, bоvl vә qаitin çıхmаsının qаrşısını аlsın. Еhtiyаt-vаcibә әsаsәn оnun хәstәliyi аsаn yоllа müаlicә оlunаrsа gәrәk özünü müаlicә еtsin.
Задан: 13 Октябрь, 2009 , Опубликовано: 13 Октябрь, 2009
Dilber | Salamu aleykum. Size iki suallim olacaq 1-ci Su icen zaman bele demek olar? SALAMULLAHU HUSEYNI SEHID. LENETULLAHI YEZIDI PELID.. xahis edirem bunu basa salardiniz. 2-ci dini kitablarda bele bir sey oxumusam ki, orada yazilib destemaz dualari . Meselen ellerini yuyanda dua yazilib sonra tercumesinde bele deyilir ki, ilahi meni tovbe edenlerden pak olanlardan qerar ver . Ve hemcininde uzu yuyarken basa mest cekerken heresinin dualari yazilib. Bunu destemaz aldiqda etmek olarmi tercumesini mi demeliyik yoxsa duani butovlukde ? Xahis edirem izah edesiniz. sag olun .
Ответ / Cavab

Aleykum salam. Belə bir zikr eşitməmişəm. Ancaq su içən zaman, Kərbəlada susuz öldürülən Huseyni (ə) anmaq İmamlardan (ə) qalma sünnətdir. Dəstamaz zamanı müstəhəbb dualar var, onları oxumaq (orijinal və ya tərcümədə) öz ixtiyarınızdadır.
Задан: 13 Октябрь, 2009 , Опубликовано: 13 Октябрь, 2009
Elshan | Allah sizdən razi olsun. Men sizə sual ünvanladım ancaq cavab almadim xahish edirəm imkan varsa cavab yazın. "QURAN.az"-la, "Azerimuslims.com"-da Quranin 40-cı surəsi ferqli yazılıb biri "Ğafir" o, birisi isə "əl-Momin" surəsi kimi yazib xahish edirem deyin hansi düzdür. Çox saqolun
Ответ / Cavab

Salam aleykum. Qeyd etdiyiniz kimi, iki variantda yazılır. Ancaq daha məşhur olan variant "Ğafir"dir.
Задан: 13 Октябрь, 2009 , Опубликовано: 13 Октябрь, 2009
Страница 5032 из 5263 << < 5028 5029 5030 5031 5032 5033 5034 5035 5036 > >>
© 2018 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com