Страница 5313 из 5357 << < 5309 5310 5311 5312 5313 5314 5315 5316 5317 > >>
ülker | Salam. Belə bir sayt olduguna çox sevindim. Evdə balaca körpə böyüdürəm. Heç bir yerə çıxa bilmirəm. Dinlə əlaqədar çoxlu suallar meydana çıxır. Suallarımın cavabını sizdən alamaq ümüdü ilə yazıram. Həyat yoldaşım imkanlıdır, amma xəsisdir. Onun cibindən uşagımız və ya sırf ev üçün pul götürüb xərcləsəm bu pul mənə haram sayılarmı? Bir az konkretləşdirim: yoldaşım sintetik parçadan pal-paltar alıb gətirir mən də bunu körpəmə geyindirmək istəmirəm. Və yaxud da dərmanın birini alır, birini almır. Mən də söylənəndə dava-dalaş düşür. Əvvəlcədən t&#
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Dediyiniz veziyyetde son hal kimi, heyat yoldashinizin qazancindan, onun icazesi olmadan lazimi meblegde pul goturmeyinize icaze vardir. Islam dovletlerinde bu vezifeni sheriet hakimi (muctehid, veliyyi-feqih, mufti) icra edir. Lakin bizim olkemizde din dovletden ayri oldugu, sheriet hakiminin idarechilikde ishtiraki mumkun olmadigi uchun, onun komeyinden istifade etmek imkani yoxdur. Buna gore de, son hedd kimi ozunuzun tedbir gormeyiniz caizdir. Lakin bu zaman heddi ashmamaq, yalniz lazim gelen zeruri meblegi goturmek, ailenin dolanishigina ziyan vurmamaq gerekdir.
Задан: 9 Декабрь, 2007 , Опубликовано: 9 Декабрь, 2007
Eldaniz | Biz Rusiyada bir dukan acmishiq va isleyirik. Dayimizi da goturduk yanimiza ishlemeye. Dayimin 60 yashi var, dayim bashladi bizim dukanda sherabxorlud va zina ila meshgul olmaga. Bizim ona defelerle xahishimiz hech bir netice vermediyinden, biz onu oradan uzaqlashdirdiq. Dayim ise her cur yalanlarla bizle valideyinlerimizin arasina nifag saldi! Indi valideyinlerimiz bizden ya dayimin tezeden ishe berpasini, ya da onlari tanimamagi teleb edirler! Dayim oz ailesini 20 ildir ki atibdir, mescid, namaz ne oldugunu bilmir! Imam Rzani (a) ziyaret etdikden sonra bele, oz pis amellindedir. Biz ne edak? Biza bir meslehet verin! Allah razi olsun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bu meselede oz re’yinize amel ede bilersiniz. Chunki Siz Allahin buyurduqlarini elde esas tutursunuz. Bununla bele, valideynlerle munasibeti gerginleshdirmeyin, onlara da oz qerarinizin sebebini basha salmaga sebrle chalishin. Eger chox israr ederlerse, sonuncu defe xeberdarliq sherti ile dayinizi yene ishe goture bilersiniz. Bu defe de haram ishler gorerse, birdefelik olaraq derhal uzaqlashdirmaga haqqiniz vardir.
Задан: 9 Декабрь, 2007 , Опубликовано: 9 Декабрь, 2007
Vefa | Salam. Men bilmek isterdim ki, namazlari mutleq vaxti giren kimi, ye’ni azan oxunandami qilmaq lazimdir, yoxsa o biri namazin bashlanma vaxtina qeder ne vaxt istesen qilmaq olar? Bizim sheherde her mescidde azan bir vaxtda oxunur. Namaz cedvellerinin de hamisi bir-birinden ferqlenir. Qisasi, olarmi ki, misalchun zohrle asr namazini saat 1-de yox, 4-de qilim? Yaxud megrible ishani 6-da yox, 10-da qlim? Bu, namazi gecikdirmek sayilirmi? Gunahdirmi bu?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Hedislerde namazlari oz vaxtinin evvelinde qilmaq barede te’kidli xaberler vardir. Namazi evveli-vaxtda qilmagin savabi boyukdur. Eger insan imkan dairesinde butun elave ishlerini kenara atib, Allahin chagirishina hay verse, ya’ni azan chagirishi ile namaza bashlasa, hedsiz savab qazanar. Lakin bu, vacib deyildir. Caferi mezhebinde namazlari birleshdirib ortaq vaxtda ardicil olaraq qilmaga icaze vardir. Ba’zi hallarda (meselen, ishleyen ve tehsil alan shexsler uchun) namazlari birleshdirmek zeruret halina gelir. Siz de bu yungulleshdirici shertden istifade ede bilersiniz. Amma savabinizin chox olmasini isteyirsinizse, imkan dairesinde, ishinize ve dolanishiniza ciddi ziyan vurmadigi halda, namazlari evveli-vaxtda qilmaga chalishun.
Задан: 8 Декабрь, 2007 , Опубликовано: 8 Декабрь, 2007
betul | Salam aleykum. Onceden sizden cox cox uzr isteyirem, hemcinin saytin istifadechilerinden de. Bir sual vermek isteyirem, bildiyim qeder insan kichik bayira chixarken (uzr isteyirem) yuyunmalidir. Yani bu dinle elaqeli olmasa bele, temizlik uchun vacibatdir. Amma men ishlediyim yerde su o qeder soyuq olur ki, insan yuyunmaqdan qorxur. Bu, esasen qiz ushaqi ucun saqlamliq cehetden tehlukelidir, indi ise bildiyimiz kimi soyuq fesildir, indi daha da tehlukelidir. Ish yerimde ise uzun bir koridorun sonunda yerleshir tualet (uzr isteyirem). Butun koridor boyu kishilerin qarshisindan elimde hansisa qabda su aparmaga ise utaniram, chunki mence yaxshi hereket deyil bu. Cunki meqsed hamiya belli olur, insan utanir. Bu proses menim namazlarima mane olmur, yani zohr namazinin vaxtinadek men destamaz saxlaya bilirem, evden alib gelirem, zohre kimi destamazim qalir, yani namaz qezaya getmir. Amma gunun ikinci yarisi yuyunmamish qalxmaq gunah sayilar? (namazimla elaqesiz, namazdan sonra). Eve gedib yu
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Muselmana vacib olan budur ki, namaz zamani bedeni ve paltarlari pak olsun. Bundan bashqa hallarda zeruret uzunden pakliga riayet ede bilmezse, uzrludur. Eve qayitdiqdan sonra bedeninizin bulashmish yerlerini pak etseniz ve paltarinizin pakligina riayet etseniz, namaz uchun kifayetdir.
Задан: 7 Декабрь, 2007 , Опубликовано: 7 Декабрь, 2007
Məçədi Azər | Hörmətli redaksiya, xahiş edirəm, mümkünsə hicri-qəməri ilə miladi təqvimini qarşılıqlı olaraq mənə göndərin.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Saytimizin “Konvertor” bolmesinde teqvimleri chevirmek xidmeti vardir. Hemin bolmedeki konvertorla istenilen kechmish ve gelecek tarixi miladi teqvimden hicri-qemeri teqvime ve eksine, hicri-qemeri teqvimden miladi teqvime chevirmek olur.
Задан: 7 Декабрь, 2007 , Опубликовано: 7 Декабрь, 2007
Abbas | Namazi avaznan qilmaq olar?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Beli, namazda Qurani-kerimin surelerini, elece de zikrleri avazla oxumaq olar. Neinki olar, hetta bunun savabi var. Chunki hedislerin birinde buyurulur ki, "her sheyin bezeyi vardir; Quranin da bezeyi gozel sesdir". Dunyanin bir chox olkeleriinde (o cumleden, Mekke ve Medinede) qilinan camaat namazlarinda da imam-camaat terefinden namaza aid kelmelerin avazla ve selis ifade ile oxundugunun shahidi oluruq. Burada bir meseleye diqqet etmeliyik. Gundelik namazlarda qiraat ferqli shekillerde oxunur. Ya'ni subh, megrib ve isha namazlarinda sureleri bir qeder uca sesle (buna "cehr" deyilir), zohr ve asr namazlari ise pichilti ile (buna "ixfa" deyilir) qilinmalidir. Demeli, avazla namaz qilmaq subh, megrib ve isha namazlarina, bir de camaat namazlarinda imam-camaatin qiraatina aiddir. Unutmaq olmaz ki, namazda sesi heddinden artiq yukseltmek, qishqirmaq olmaz. Ona gore de, insan namaz qilarken avaza uyub sesini hedden artiq ucaltmamalidir. "Cehr"in heddi budur ki, insanin yaninda durmush adam onun ne soylediyini anlamish olsun. Bundan artiq sesi yukseltmeye ehtiyac yoxdur.
Задан: 7 Декабрь, 2007 , Опубликовано: 7 Декабрь, 2007
arzu07 | Selam. 1. Qurban bayraminda qadin neylemalidir: bu bayramda bayram namazi qilmalidirmi? Qilmalidirsa, nece ve ne vaxt? 2. Namazi birleshdirib qiliram. Ekser adam deyir ki, eger namazi birleshdirib qilirsansa, onda meselen, ele qilmalisan ki, zohr qurtarana yaxin asr girene yaxin. Bu ne derecede duzdur? Yoxsa mustahabdir ki, zohr girende daliyca asri de qilmaq? Allah rizasi uchun yazin.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Qadinlar da bayram namazi qila bilerler. Bayram namazlari camaatla mescidde qilinir. Bayram namazinin vaxti adeten, bir neche gun qabaqdan elan edilir (seher qilinir). Namazin qilinma qaydasini etrafli shekilde sheriet risalelerinden oyrene bilersiniz. 2. Shia (caferi) eqidesine gore, zohr ve asr namazlarini ardicil qilmaq olar. Bu namazlari zohr azanindan megrib azanina kimi muddet erzinde istediyiniz vaxt qila bilersiniz. Chunki iki azan arasindaki bu muddet zohr ve asr namazlarinin mushterek vaxtidir. Amma elbette ki, namazlari vaxtin evvelinde qilmagin fezileti barede hedisleri nezere alsaq, zohr namazini zohr azanindan derhal sonra qilmaq, bundan sonra asri bashlamaq daha yaxshidir. Namazlari ardicil qilmaq barede “Meqaleler” bolumundeki yazini oxumaginizi meslehet goruruk.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
pervin | Salam. Sualim beledir: Men hemishe boynumda “Covshan” duasi gazdiriram. Bu haqiqi “Covshan”di, yani duz yazilir bu dualar? Bu “Covshan” mende, hem de ushaqlarimin boynunda olur hemishe. Men bilmek istayiram ki, cinsi elaqada olanda “Covshan” boyunda qalsa gunah deyil ki, ya da qusulun olanda? 2-ci sual: namaz qilan momin ilan baliqi yeye bilermi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Sizdeki duani gormediyimiz uchun duz ve ya sehv, butov ve ya yarimchiq olmasi barede hech ne deye bilmerik. 2. Cinsi elaqe zamani ve ya elaqeden sonra insanin oz ustunde her hansi duani gezdirmesi gunah deyil. Bir shertle ki, dua ortulu olsun ve yazilari bedene toxunmasin. Meselen, medalyonun, dukanlarda satilan kise shekilli dua qablarinin ichinde olarsa, manechiliyi yoxdur.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
gizlin | Salam, axşamınız xeyir! Mən Sizə belə bir sual vermək istəyirəm. Deyirlər ki, yalnız sübh namazında qadın uca səslə namazın sözlərini deməlidir. Bu nə dərəcədə düzdür? Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm, sağ olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Dinimizin qaydalarina gore, subh, megrib ve isha namazlarinin 1-ci ve 2-ci ruketlerinde qiraat (“Fatihe” ve sure) bir qeder uca sesle oxunmalidir. Buna “cehr” deyilir. Cehrin heddi budur: gerek qiraati ele sesle oxuyasan ki, seninle yanbayan durmush shexs sesini eshide bilsin. Namaz vaxti sesi heddinden chox ucaltmaq, qishqirmaq olmaz. Qadinlar da hemin namazlari cehrle qila bilerler, ya’ni seslerini deyilen qeder ucalda bilerler. Lakin eger namehrem shexs eshidirse, onda qiraati pichilti ile oxumalidir.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
vugar | Salam, Allah razi olsun sualimi cavablandirdiniz. Mumkunse, bu sualima da cavab verin. Eger menim, meselen, 10000 dollar pulum varsa, men onu banka qoyub aybaay mueyyen qeder pul alsam, bu selemdir, yoxsa olar? Evvelceden minnetdaram!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Her shey bankin hansi esaslarla ishlemesinden asilidir. Eger bankin ish prinsipi selemchiliye yonelmishse, ya’ni bele demek mumkunse, bank yatirilmish pullari meselen, kredite vermekle ozu pul qazanir ve yatirimchilarin faizini buradan temin edirse, bu proses ribadir (selemchilik) ve bele banka pul qoymaq haramdir. Yox, eger bank yatirimlari her hansi fealiyyete yoneldirse (meselen, tikinti, teserrufatchiliq, ekin, maldarliq ve s.) ve bu yolla elde edilmish qazancdan yatirimchiya pay verirse, yatirimchi butun hallarda bankin sheriki ve paychisi kimi chixish edirse, bankin hem xeyirinden, hem de ziyanindan ona da pay dushurse, bu halda hemin banka pul qoymaq caizdir inshaAllah.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
Allah qulu | Assalamu aleykum, eziz bacl ve qardashlar. Bir sualim var. Islamda "qismet" deyilen mehfum varmi? Yeni "Allahin qismeti", "demeli Allah Teala terefinden bele yazilib", "alin yazisi demeli beledir" kimi ifadelerin ishledilmesi ne derecede doqrudur? Sadaladiqim amilleri (her sheyin qabaqcadan "planlashdirildiqini") tesdiq ve ya inkar eden deliller vardirmi? Cavab vere bilseniz chox sevinerem. Allah razi olsun! Assalamu Aleykum
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bu movzu hedsiz ehatelidir, yazdiginiz suallar chox etrafli izahat teleb edir. Lakin sual-cavab gushemizin hecmi buna imkan vermir. Saytimizda qeza-qeder, irade azadligi ile bagli bir neche meqale yerleshdirmishik. "Meqaleler" bolumundeki "Allah heç kimə zülm etmir", "İnsan iradə azadlığına malikdirmi?" ve s. yazilari oxuyun. Onlara muraciet etseniz, movzu haqqinda qenaetbexh malumat ala bileceyinizi dushunuruk.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
kenan152 | Salam aleyküm və rahmətullahi və bərəkətüh. 1-ci sualım belədir: Mən həkim məsləhəti olmadan spermadan analiz verdim və müalicə aldım. Indi isə müalicənin xeyri düşüb-düşmədiyini bilmək üçün yenə analiz vermək istəyirdim. Amma sizdən oxudum ki, elə insanlar lənətlənmiş insanlardır. Mən günah olduğunu bilmirdim, indi bildim çox günah qazanmışam. Indi mən analiz versəm günahdır? 2-ci sualım siğə haqqındadır. Evli kişi evli bir qadınla siğə edə bilərmi? Bakirə bir qizla sige edə bilərmi? Dul qadınla sige edə bilərmi? Eger qadın evil də olsa, bakirə də olsa, dul da olsa razıdırsa. Xahiş edirəm cavab ver&#
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Dediyiniz halda eger saglamliginizda ve cinsi orqanlarin fealiyyetinde heqiqeten problem varsa, sirf mualice ve muayine meqsedile sperma analizi vermek caizdir inshaAllah. Spermanin goturulmesi uchun bashqa usul mumkun deyilse, ozunuzun bedenden sperma chixartmaginiza icaze verilir. Sigenin hokmlerine gelince, bilin ki, bu, chox genish bir movzudur. Sigenin shertleri ehateli ve murekkebdir. Lakin sualiniza qisaca cavab olaraq bildiririk ki, erli (ya’ni faktiki olaraq talagi verilmemish ve kebinde sayilan) qadinin ister daimi, isterse de muveqqeti nikaha (sige) daxil olmasi HARAMDIR! Bakire qiz ister daimi, isterse de muveqqeti nikah uchun kebin kesdirerken, mutleq babasindan ve ya atasindan icaze almalidir. Dul qadin yalniz idde muddeti (4 ay 10 gun, ye’ni teqriben 130 gun) bitdikden sonra ikinci defe ere gede biler, yaxud sige nikahina gire biler. Eger vefat etmish erinden hamiledirse, ushagin dogulmasina kimi ere getmemelidir. Eger ushaq 130 gunden tez dogulsa, yene ehtiyata gore 130 gun bitene qeder gozlemelidir. 3. Qusl alan zaman vacib olan budur ki, insan evvelce bashini ve boynunu tamamile yusun ve su onun bashinin, sifetinin, boynunun her terefini islatsin. Sonra bedeninin sag terefini tamamile yusun. Axirda da bedeninin sol terefini tamamile yusun. Ortada qalan hisseleri – gobek ve cinsiyyet uzvleri – her iki terefle yumaq meslehetdir. Qusl alarken bedeninin yuxari hissesinden bashlayib ashagiya dogru gelmek, evvel qabaq teref, sonra arxa teref (ve ya eksine), her hansi dua soylemek vacib deyil. Vacib olan budur ki, budun beden uzvleri su ile islanmish olsun, su ile beden uzvleri arasinda manea (meselen, uzuk ve s.) qalmasin. Bir de ki, quslun her bir hissesi qurtarandan sonra o biri hisseye kechmek olar. Ya’ni bashi ve boynu tam yumadan bedeni yumaq olmaz. Sag teref tamamile yuyulmadan, sol teref yuyula bilmez. Eger insan meselen, sol terefi yuyarken yadina dushse ki, sag terefi tamamile yumayib, gerek sag terefin yuyulmayan hisselerini yusun, sonra sol terefi bir de evvelden yusun
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
Mirfaig | Salamun Alaykum! Allah islamin dushmenlerine Lenet Elesin! Chunki onlar islamin adini lekelemek isteyirler ve yazirlar ki, meselen Qurani Kerimde "cihad" sozu 6898 defe, "doyush" sozu 4258 defe, "zebt etmek" 798 defe, "nesrani ve yehudileri oldurmek" 948 defe, "qisas" 117 defe istifade olunub. Sizden xahishim bele olacaq ki, zehmet olmasa Qurani Kerim umumi nece ayesini yazasiniz "Bismillahir-rahmanir-rahim" daxil olmaqla ve olmamaqla. Sonra bu sozlerin hansilari Qurani Kerimde var, eger varsa onlar nece defe istifade olunublar? Sonra eger mumkunse reqemsal mocuzelerinden yazsaniz, cox gozel olar. Cunki dushmene layiqli muqavimet gostermek lazimdir.Allah razi olsun ve haqq- edaletin berqarar olmasi ucun Mehdinin (a) zuhurunu tecil etsin! Amin.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qurani-kerimdei ayelerin sayi barede muxtelif menbelerin, o cumleden, qedim ve muasir kitablarin malumatlari ferqlidir. Bu o demek deyil ki, Qurana elaveler olunub ve ya ondan ayeler chixarilib. Xeyr, Quran Hazret Muhammed Peygambere (s) nece nazil olmushsa, hal-hazirda da eynile hemin veziyyetdedir, qiyamet gunune kimi de orijinalligini qoruyacaq. Bunu Qiran ayesi beyan edir”: Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (“Hicr” suresi, aye 9). Mesele bundadir ki, ba’zi alimler muayyen bir Quran ayesini hisselere bolerek ayri-ayri ayeler hesab etmish, yaxud bir niche ayeni birleshdirerek bir butov aye saymishlar. Ba’zi alimler surelerin evvelindeki “Bismillahir-Rahmanir-Rehim” cumlesini aye kimi saymish, ba’zileri saymamishlar. Buna gore de ayelerin sayi ayr-ayri hesabatlarda ferqlenir. Gunumuzde chap olunan ve butun dunyada yayilmish Qurani-kerimler (xettati Osman Taha) cemi 6236 ayeden ibaretdir. Quranda bu ve ya diger kelmelerin tekrarlanma sayina gelince, bu barede Sizin yazdiginiz malumatlarin heqiqete uygun olmadigini ve shishirtme oldugunu biz de dushunuruk. Chunki eger dogrudan da, Quranda “cihad” sozu 6898 defe ishlenirse, demeli, en azi her ayede bir defe bu sozun ishlenmesi lazim gelir. Eslinde ise bu bele deyildir, ya’ni Qurani oxuyarken bu kelmenin chox nadir hallarda qarshimiza chixdiginin shahidi oluruq. Ve ya “doyush” sozunun 4258 defe ishlenmesi haqqinda fikir de Quran ayelerinin umumi sayi baximindan en azi iftira kimi gorunur. Quranda her hansi sozun ishlenme sayi barede choxlu kitablar vardir. Bunlara “Fehris” ve ya “Mocemi-mufehris” deyilir. Biz bu sahede son dovrlerde chap olunmush en ugurlu kitablardan biri olan doktor Muhammed Ruhani terefinden yazilmish “El-Mocemul-ehsai li-elfazil-Quranil-kerim” (Qurani-kerimin sozlerinin say gostericisi) adli kitabina esasen, Sizin ba’zi suallariniza cavab vermeye chalishacagiq. Hemin kitabda yazilir ki, Quranda “cihad” sozu cemi 1 defe (“Tovbe” - 24), “cihaden” kelmesi 2 defe (“Furqan” – 52 ve “Mumtehine” - 1), “cihadihi” kelmesi 1 defe (“Hacc” - 78) ishlenib. Elbette, Quranda bu kokden olan bashqa sozler de ishlenir. Meselen, “cahedu”, “yucahedunekum”, “cahedtum” ve s. Lakin eger “cihad” kelmesinin ozu bu qeder az ishlenmishse, eyni kokden olan bashqa sozlerin de buna munasib sayda ishlendiyi malumdur. Meselen, “cihad edin” ma’nasini veren “cahidu” emri cemi 4 defe tekrar olunub. Nesranileri ve yahudileri oldurmek barede chagirishlarin Quranda 948 defe ishlenmesi barede malumat da heqiqeten guluncdur. Ozunuz tesevvur edin: Quranda “yehud” kelmesi 9, “Beni-Israil” kelmesi 43 defe, “nesrani” ve “nesara” sozleri ise 15 defe ishlenib. Bu halda, nece ola biler ki, onlari oldurmek barede emrler 948 defe ishlensin?! Yazdiginiz kimi, heqiqeten, bu malumatlar qerezlidir ve realliqdan uzaqdir. Qurani-kerimin reqemsal mocuzeleri barede saytimizin “Meqaleler” bolumunde (rusca hisse) maraqli bir material yerleshdirilib. Aghagidaki unvanda hemin meqaleni oxuya bilersiniz: http://www.islam.az/modules/sections/index.php?op=viewarticle&artid=12
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
kuku | Salam aleykum. Sual: eger bakire qiz evli olmaya-olmaya oz-ozluyunde sevdiyi insanla cinsi elaqe haqqinda fikirleshirse, gunaha batir? Chox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Meshhur hedisde buyurulub ki, “ameller niyyetlere baglidir”. Her bir amelin ozu haramdirsa, onu niyyet etmek, onun baresinde xeyallara dalmaq ve olmasini arzulamaq da HARAMDIR! Muselman qiza yarashmaq ki, beynini bele sheyler baresinde dushuncelerle yorsun.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
cvd | Salam aleykum sualim beledir: masaja gedib belini ovdurmaq baresinde ne deye bilersiniz? Eger masaj eliyen qadindirsa? Chox sag olun. ALLAH RAZI OLSUN.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Islam sherietine gore, qadinin kishi hekime ve eksine, kishinin qadin hekime muraciet etmesi son derece zeruri hallarda caizdir. Ya’ni eyni cinsden hekim tapilmazsa ve ya eyni cinsden olan hekimin daha az savadli olmasi ve mualicesinin fayda vermeyeceyi barede guclu ehtimal varsa, sherietimiz buna icaze verir. Lakin burada da bir chox mehdudlashdirici shertler nezerde tutulub. Meselen, bedenin yalniz muayine uchun zeruri olan hissesi gorunmelidir, el ile toxunmaga ehtiyac yoxdursa hekim toxunmamalidir, hetta mumkun halda birbasha ayib yerlere baxmamali, guzgu ile baxmalidir, elcekle toxunmalidir ve s. Bele olan halda ozunuz dushunun: kishinin massaj uchun qadina muraciet etmesine ne ehtiyac vardir? Gunumuzde massaj eden mutexessisler arasinda hem qadinlar, hem de kishiler vardir. Ona gore de, insan mualice meqsedile massaj qabul ederken, oz cinsinden olana muraciet etmelidir. Elave edirik ki, hazirki muctehidlerin bir qismi qadinin namehrem kishinin bedenine (beden deyerken, adeten paltarla ortulmeyen hisseler nezerde tutulur) baxmasini, ister lezzet meqsedi ile, isterse de lezzet meqsedi olmadan, HARAM sayirlar.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
Sabina | Esselamu aleykum ve rehmetullahi ve bereketuh! Menim Size 2 sualim var. 1. Qurbani kesen zaman hansi sozleri demek lazimdir? 2. Qurbani nece paylamaq lazimdir (neche hissesini ve neche aileye)? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Qurban kesilen zaman Allahin adini demek, ya’ni “Bismillah” soylemek esas shertdir. (Azerbaycanda heyvan keserken adeten "Bismillahi, Allahu ekber" deyirler) Bundan elave, “Qurban duasi” kimi taninan xususi dualar var ki, muvafiq kitablardan hemin dualari oyrene bilersiniz. 2. Qurban etinin en azi 1/3 hissesi ehtiyacli shexslere (feqirlere) sedeqe olaraq verilmelidir. Qurban sahibinin ixtiyari var ki, etin 1/3-ne qederini ozu istediyi adamlara hediyye etsin. Etin 1/3-ne qeder hisseni de ozu ve ailesi goture biler.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
maka | Salam. Sizden sorushmaq isterdik ki, namaz qilan qizlara sachini renglemek, tatu elemek ve dirnaq uzatmaq olarmi? Evvelceden teshekkurler.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Namaz qilan qizlarin sachlarini rengletmesi caizdir (elbette, eger hicaba riayet edirlerse). Bu zaman onlarin sachini namehremler gormurler ve sachin renglenmesi namehrem kishilerin gozunde gozel gorunmek meqsedini dashimir. Dirnaq uzatmaq hem gigiyenik baximdan ziyanlidir, hem de destemaz alarken problemler yaradir. Bele ki, destemaz suyunun beden uzvunu tamamile ve maneasiz islatmasi shertdir. Lakin uzun dirnagin barmaqdan kenara chixan hisseleri suyun barmaq ucuna deymesini engelleyir, bununla da destemazin sherti pozulmush olur. Ona gore de, dirnaqlari uzatmaq meslehet deyil. Bedene tatu (doyme yazi ve naxish) vurdurmaq agrili bir prosesdir. Ozu de bunun ne orqanizme, ne de exlaqa hech bir xeyri yoxdur. Bedene ziyan veren her bir amel Islamda haramdir. Hem de gunumuzde ictimai re’yde bedenine tatuirovka vurduran qadinlar yungul exlaq sahibleri kimi taninirlar ve urf-adetde qadinin tatuirovkadan istifade etmeyi yaxshi hereket sayilmir. Ona gore de bundan istifade etmemeyin meslehet oldugunu dushunuruk.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
betul | Salamaleykum. Sual: Men ishleyirem ve ishlediyim yer dovlet orqanidir. Ona gore de vaxt meselesi cox ciddidir. Zohr namazi saat 12:31-de girir, amma men hemin vaxt hetta ishim olmasa da, ish saati olduqu ucun qila bilmirem, yarim saat gec, yani obed vaxtinda namaz qiliram. Bilirem ki, diger namazin vaxti girenedek bu namazin vaxti var, amma elbette ki, yaxshi olar azan verilende qilim, amma azan verilende qilmaq menim uchun problemdir, buna gore de gec qiliram.Belke de icaze alsam icaze vererler, amma men xosh reftardan istifade etmek istemirem, bele ki, onlar menim hicabli ishe gelmeyime qarshi cixmadilar. Amma bilirsiz ki, bu olkede ekser ishlerde buna qarshidirlar, amma menim ishlediyim yer tam dovletle beynelxalq munasibetlerle baqli olduqu halda, qetiyyen (Allah razi olsun) problem yaratmadilar mene.Namaz qilmaq uchun otaqda icaze veribler. Cumeye getmeyime icaze verirler. Ve men sui-istifade etmek istemirem. Chunki men namaz qilan vaxt menimle eyni otaqda oturan yoldashlar mecbur
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Sizin yazdiginiz sheraite gore, namazi nahar fasilesinde qilmaginiz meslehetdir. Chunki bu halda ne ozunuzun, ne de ish yoldashlarinizin ish vaxtina tecavuz etmez ve chalishdiginiz idarenin daxili qayda-qanunlarini gozlemish olarsiniz. 2. Sizin yazdiginiz qayda namaza aiddir. Namaz qilan insana bir kes salam verse, o da salamin cavabini verildiyi qaydada qaytarmalidir. Lakin namazdan bashqa vaxtlarda salamin cavabini insan istediyi kimi vere biler. Salamin cavabini ele salamin ozu kimi qaytarmaq da mumkundur. Lakin mentiq baximindan, eger kimse Size salam verirse ve Siz de onun salamin cavablandirirsinizsa, dediyiniz sozler cavab kimi seslenmelidir. Mehz buna gore, salam veren shexse “aleykumus-salam” deye cavab verirler ki, bunun da me’nasi budur: “size de salam olsun”. Hedislerde de Peygamberin ve imamlarin verilen salami mehz bu qaydada aldiqlari bildirilir.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
Gunel | Salam. Ofisde biz - menecerler yigishib sohbet edende, ishchileri muzakire edirik. Hansinin yaxshi ishlemeyi, yaxshi ishchi olmagi, hansinin pis ishlemeyi, pis olmagi barede muzakire edirik ve s. Sizce bu qeybet sayilirmi? Teshekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Eger bu sohbetler heqiqeten, ishguzar muzakire cherchivesinde heyata kechirilirse ve ish fealiyyetinin daha semereli olmasina, ishchilerin gelecek fealiyyet dairesinin muayyen edilmesine, onlarin potensialinin lazimi istiqamete yoneldilmesine xidmet edirse, caizdir. Lakin sadece olaraq dedi-qodu ve shexsi ambisiyalar uzerinde qurulursa, qeybet sayilir ve terk edilmesi meslehetdir.
Задан: 6 Декабрь, 2007 , Опубликовано: 6 Декабрь, 2007
Gulya | Esselamu eleykum. Meni bezi suallar chox maraqlandirir. Eger mumkunse, sizden cox xahish edirem ki, imkan daxilinde suallarimi cavablandirasiniz. Men bilmek isterdim ki, aile qurandan sonra (YENI BU SUALIM ANCAQ MOMIN BACI VE QARDASHLARIMIZA AIDDIR) ye’ni yaxinliqdan sonra da alinan destemaz evvelki kimi olur, yoxsa onun ferqi tamam bashqa curedir? Teshekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Destemazin alinma qaydasi eynidir. Evli adamla subay adamin aldiqlari destemaz hech ne ile ferqlenmir. Cinsi yaxinliqdan sonra qusl almaq lazimdir. Caferi mezhebinin ekser alimlerinin fetvasina gore, cenabet quslu ile namaz qilmaq olar ve bu zaman quslden sonra destemaz almaga ehtiyac yoxdur.
Задан: 5 Декабрь, 2007 , Опубликовано: 5 Декабрь, 2007
Страница 5313 из 5357 << < 5309 5310 5311 5312 5313 5314 5315 5316 5317 > >>
© 2018 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com