Страница 5416 из 5500 << < 5412 5413 5414 5415 5416 5417 5418 5419 5420 > >>
DILBER | Salamun aleykum. Size bele bir suallim var. Yuxuda yaxin bir insani tez-tez olmus gormek pis seydirmi. SAG OLUN.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Yuxuya ciddi ehemiyyet vermeyin. Chunki yuxu agila ve mentiqe deyil, xeyala ve vehme esaslanir ve buna gore de, hech bir ciddi deyeri yoxdur.
Задан: 20 Апрель, 2008 , Опубликовано: 20 Апрель, 2008
DILBER | Salamun aleykum. Size bele bir suallim var. Neye gore namaz qilib qurtardiqda zikr edende 34-defe Allahu ekber deyirsen amma Elhemdullilllah ve Subhenallahi 33-defe deyirsen. SAG OLUN.
Ответ / Cavab

Aleykum salam. Dediyiniz zikr "Hezreti Fatime" zikri adlanir. Revayete gore bu zikri Hz. Peyqember oz qizi Fatimeye hediyye olaraq oyretmishdir. Ele oyretdiyi kimi de indiyedek muselmanlar o cur zikr edirler.
Задан: 20 Апрель, 2008 , Опубликовано: 20 Апрель, 2008
Fuad | A ssalamu aleykum. Haddi buluqa catmish baci va qardash bir otaqda yata bilarlarmi?
Ответ / Cavab

Aleykum salam. Baci ve qardash bir-birine mehrem olduqlari uchun sher'i cehetden bu, qadaqan deyil. Lakin yeniyetmelerin shuurunun tam formalashmamasini nezere alaraq adetde onlarin yataq otaqlarini ayirirlar.
Задан: 20 Апрель, 2008 , Опубликовано: 20 Апрель, 2008
elshen | salam aleykum!! sualima gore uzr isteyirem bu suala gore cox mubahiseler etmishem. sizin cavabiniz meni qane eder! sizce qadinin ya kisinin cinsi munasibetde olanda hezz almaq meqsedile eks terefin cinsiyyetine bashqa cur toxunmasi( elle, bedenile, agiz ile) ne derecede duzdur!!! xaish edirem sulima cavab veresiniz. teshekkur edirem.
Ответ / Cavab

Aleykum salam. Suala bir defe evveller cavab verilib. Cinsi munasibet zamani alimler esasen anal seks, spermanin udulmasi kimi hallari haram bilirler. Diger dediyiniz hallar barede qadaqan edici bir gosterish yoxdur, bezilerinin ise caizliyi (yani icaze verilmesi) barede fitvalar da vardir. Amma, tebii ki, heddi ashmaq da olmaz.
Задан: 20 Апрель, 2008 , Опубликовано: 20 Апрель, 2008
gulsen | Salam. size 3 sualim var. Evvelceden size oz tesekkurumu bildirirem, Allah sizden razi olsun. 1) Namazda sehv edenden sonra onun yeniden qilmaq lazim oldugunu bilirem, sadece sorusmaq isterdimki eger eyni namazi ikinci defe qilanda niyyetde qeza sozunu isledirikmi? 2) Eger kisi qadini aldadirsa, basqasi ile gezirse ve yeniden arvadina qayidib onunla cinsi elaqede olmaq isteyirse qadinin haqqi varmi yox desin? 3) Eger kisi qadina hormet etmirse, onu tehqir edirse, aci sozler, hetta doyurse, soyusler deyirse, onun qelbini qirirsa, bu zaman da qadinin haqqi varmi onunla cinsi elaqede olmasin? Bunu ona gore sorusuram ki, oxuduguma gore qadin kisi ile cinsi elaqeda olmasina yox dememelidir, gunahdir. Men bunun ne derecede duzgun olub-olmadigini bilmek isterdim. Diqqetinize gore cox sag olun.
Ответ / Cavab

Aleykum salam. Namazda sehv ederken hech de hemishe namazi yeniden qilmaq lazim deyil. 1. Namazi yeniden yalniz o zaman qilirlar ki, ya namazin ruknlerinden birini unutsunlar (niyyet, tekbiretul ehram, ruku ve s.) ya da fikir ele qarishsin ki, namazin hansi yerinde olduqunu tamamile yaddan chixartsin. diger hallar uchun ise xusui qaydalar var. Yani sadece sehv olaraq soz deyibse, sonda bir secdeyi sehv etmesi kifayetdir. Lakin hetta namazi yeniden qilirsinizsa da, eger namazin vaxti kechmeyibse, qeza sozunu demek lazim deyil. 2-3. Dediyiniz hallarda kishi qadinin haqqini tapdalamish olur ve bu onun terefinden gunahdir. Ona gore de hesab etmirik ki, qadini tehqir edenden sonra onunla cinsi elaqeye girmek isteyen kishiye "yox" deyilmesi gunah olsun. Amma burada edaleti gozlemek lazimdir. Yani biz meselenin heqiqeten ne yerde olduqunu da bilmirik. Qadin bu meseleden oz menafeyi (prinsipi, kishini neyese mecbur etmek ve s.) xatirine sui istifade etmemelidir. Amma haqqinin kobud suretde tapdalanmasina da doze bilmirse, oz haqqini teleb ede biler.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
LALE | men namaz qilanda tel zeng calanda ve ya her hansi basqa sebebden qeyri-iradi olaraq casiram.bu barede bele 1 sey esitmisem ki,eger insan qildigi namazin ruketine gore sekk elemirse ki,hansi ruketdedi onda o qaldigi yerden davam ede biler namazina.sualim beledir ki,bu ne derecede dogrudur?cox sag olun evvelceden
Ответ / Cavab

Chashmaqinizin formasindan asilidir. Eger chashib qibleden donursunuzse namaz batildir. Yox sadece bir qeder dayanirsiz, ya diksinirsizse namazi hemin yerden davam ede bilersiniz. Chashib artiq soz deyirsinizse, namazi davam edib, sonda secdeyi sehv etmek lazimdir.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
LALE | salam.sualim beledir ki,islamda qadinin dirnaqlarinin cox yox,normal uzunluqda olmasi gunahdirmi?1 de deyirler ki,seytan balalarin qadinin dirnaqlari altinda gun isigindan qoruyur.bunu ele de basa dusmurem,yeni ne menada deyirler bunu?dogrudurmu umumiyyetle?cox sag olun evvelceden
Ответ / Cavab

Aleykum salam. Qadinin dirnaqlarini bir qeder uzatmasinin islamda hech bir problemi yoxdur. Esas odur ki, dirnaqlar o qeder uzun olmasin ki, destemaz almaqa mane olsun. Dirnaqlarin altindaki sheytanlar barede dediyiniz revayet ise, esasen dirnaqlarin altinin temiz saxlanmasina aiddir ve bir qeder bashqa curdur.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
LALE | salam.sualim beledir ki,eger biz gun erzinde terkibinde spirt olan etriyyat ve s.den istifade edirikse ve sonradan namaz qilanda qusl ve ya basqa bu kimi nese almaq lazimdirmi ki,aldigimiz destemaz temiz sayilsin?eger lazimdirsa niyyeti nece olacaq?
Ответ / Cavab

Aleykum salam. Insanin bedenine hetta necis deyende bele qusl almaq lazim deyil, sadece necisi deydiyi yerden yumaq lazimdir. Onu da deyek ki, spirtli ichki necis, yeni murdar shey hesab edilse de, alimlerin fikrince etirlerdeki spirtler pakdir, yani murdar deyil. Buna gore de etir vurmusunuzsa da, namaz uchun xususi qusle ve ya yuyunmaya ehtiyac yoxdur. Adi qaydada destemaz alib, namazinizi qilin.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
VAFA | Assalamu Aleykum.Ilk novbada onu qeyd etmak istayiram ki,bu bolmaniz sayasinda namaz haqda olan malumatlarim daha da artib.Manim 24 yasim var.Bir neca aydir ki,namaz qiliram.Calisiram ki,butun qaydalara riayat edim.Mani narahat edan 1 neca masalaya aydinliq gatirmayinizi istardim 1.Bizim ailada atam 1 az rus tabiatli insandir.ona gora da o bizim dini qaydalara riayat etmayimiza icaza vermir(namaz qilmaq,oruc tutmaq va s.)Bu sababdan man ondan gizlin namaz qiliram.Bu duzgundu?Butun aila uzvlarim bilir,takca atamdan basqa.Bilsa mana cox boyuk problemlar yaradacaq. 2.bir da bilmak istardim tam qaranliq otaqda namaz qilmaq olar? Avvalcadan siza oz tasakkurumu bildiriram.saq olun
Ответ / Cavab

Aleykum salam ve rehmetullah Allah ibadetlerinizi qebul etsin. 1. Ata-anaya hemishe qulaq asmaq lazimdir, birce Allahin vacib qoyduqlarina qarshi chixmaqa chaqirdiqlari hallardan bashqa. Yeni eger valideyn size namaz qilmaqi, oruc tutmaqi qadaqan edirse onlara qulaq asmaya bilersiniz. Elbette hormet heddini ashmadan. Allah komeyiniz olsun. 2. Beli olar.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
mesi | ESSALAMUN ALEYKUM.SIZI BIR SUALLA NARAHAT EDECEM.BILDIYIMIZ KIMI SPIRTLI ICKILER HARAMDI.RESTARANDA NAMUSUYLA VE ZEHMETIYLE OFSIANT ISLEYEN BIRININ PULU HALALDI?YENI NAMAZ QILAN INSAN YIYE BILER BU PULLA ALINAN NEISE?YENIKI OFSIANT MUTLEQDIRKI SIFARIS OLUNAN SPIRTLI ICKINIDE APARIB-GETIRIR.XAHIS EDIREM ETRAFLI CAVAB YAZASIZ.BUNA COX EHTIYACIM VAR.NE EDECEYIMI BILMIREM.IMZA ********* MESME******** ONCEDEN TESEKKUR EDIREM.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Hedislerden ma'lum olur ki, sherabla bagli olan her kes gunah ish gormush sayilir: sherab hazirlamaq niyyetile uzum eken, uzume qulluq eden, uzumu deren, dashiyan, ondan sherab hazirlayan, bunu shushelere token, dashiyan, satan ve alan, ichen - hamisi gunah qazanirlar. Amma eger bir insanin ofisiantliqdan bashqa peshesi be qazanc yeri yoxdursa, halal yolla ruzi qazana bilmirse, onun aldigi maashin haram olduguna hokm vere bilmerik. Elbette, imkan daxilinde ish yerini deyishdirib halal bir ishe duzelmeye chalishsin. Eger hele mumkun deyilse, ne etmek olar? Allah qelbleri oxuyan, niyyetleri bilendir.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
Aynur | Salam Aleykum.Xais edirem cavab yazardiz Quranda adi cekilen cennetler hansilardir?Bu cennetlerin ne kimi xususiyyetleri var?Eger seytan daxil ola bilmirse Hevva(e) ni nece cennetde aldatdi?Eger bu movzu haqqinda her hansi saytda meqale varsa onun linkini yazardiz zehmet olmazsa.ALLAH RAZI OLSUN
Ответ / Cavab

Aleykum salam. Qurani Kerimde cennet muxtelif adlarla xatirlanir ve bunlarin tehlili uzun zaman alar. Amma qisasi, hedislerden bize gelen budur ki, Cennet birdir ve sadece onun 8 derecesi vardir. Insanlar menevi keyfiyyet ve emellerine muvafiq olaraq bu mertebelere yerleshdirilecekler. Adam ve Hevva Cennetden chixarilmamishdan evvel, Iblis de Allah dergahindan qovulmamishdi ve o, Allaha ibadet edirdi. Mehz asilik ve tekebburluluk gostererek Allahin emrini pozduquna gore Iblis Allah terefinden qovuldu ve Allah teala onu cehenneme gondereceyini ved etdi. Lakin Allah teala ona qiyamete qeder mohlet vererek insanlarin imanlarini ve seviyyelerini yoxlamaq uchun insanlari sehv yola chaqirmaqa icaze verdi. Lakin bunu da bilmeliyik ki, Iblis, insanlari sehv yola yalniz chaqira biler, mecbur etmek iqtidarinda deyil. Sechimi insanlar ozleri edir.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
muslim girl | Essalamu Aleykum Namazin rukn olan hisseleri hansilardir?birde boynunda vacib quslu olan wexs muqeddeslerin adini qelemle yaza biler?beleki onlara elle toxunmur.ALLAH sizlerden razi olsun.Size oz tewekkurumu bildirirem.
Ответ / Cavab

Aleykum salam ve rehmetullah Namazin ruknleri: 1. Niyyet 2. Tekbiretul ehram (ilk tekbir) 3. tekbir vaxti ve rukudan qabaq qiyam halinda olmaq (duz ayaq uste, beden eyilmish olmamalidir) 4. ruku 5. Iki secde birden Beli, eger elle ve ya bedeninin diger hisseleri (qol, dirsek ve s.) ile toxunmursa yaza biler.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
bende | Salam Islam.az. Cox sag ki bizlere bele bir imkan yaradmisiz.Men bilmek isterdim ki qadinlara camaat namazinda ishtirak etmek olar?ve eger olarsa bu qadinlara vacibdir mi?2.eger men namaz qilib qurtardiqdan sonram gormuwem ki sacimin ucu hicabimdan cixib menim namazim batil sayilir?hemde o vaxt otagda namehrem wexs olmayib.men indi o namazin qezasini qilmaliyam?3.namazin niyyetini dille soylemek yaxwidir yoxsa ureyde kecirmek?4.eger men iwleyiremse ve 1il otenden sonram maawimdan bir mebleg qalmirsa bu o demekdir ki men xumsden azadam?5.men bilmeyerekden 1ile yaxin olaraq dirnaqimda laknan destamaz alib namaz qilmiwam, amma sonram bilenden sonram day bele qilmiram, indi bilmek isterdim ki o qildigim namazlar batildir?men hemde o namazlarnan bir yerde qeza namazlarimida qilmiwam.xaiw edirem suallarima cavab veresiz.Cox sag olun.
Ответ / Cavab

Aleykum salam ve rehmetullah 1. Beli, qadinlar camaat namazlarinda ishtirak ede bilerler, bu savabdir, lakin bir chox alimlerin reyine gore vacib deyil. 2. Xeyr, namaz bitenden sonra xeber tutmusunuzsa, tezeden qilmaq lazim deyil. 3. Niyyeti berkden demek olmaz. Ya urekden kechirmek, ya da yalniz dodaqlari terpederek demek lazimdir. 4. Beli, xums, size vacib olmur. 5. Dirnaqda lak olan zaman alinan destemaz batildir. Buna gore de hemin destemazla qilinan namazlar da batil hesab olunur.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
Musulmanka | Salam Aleykum. Sualllarim bunlardan ibaretdir: namazda bilmeyerekden hansisa bir musteheb emeli dogru yerine yetirmemek namazi batil ede biler?namazda rukudan qabaq tekbir demek amma rukudan sonram dememek duzgundur?(yeni rukudan qabaq tekbir deyirem ve rukudan sonrada bawqa musteheb zikr edirem),2.qusl zamani, destamaz alanda, oruc tutanda ve saire vacib emmeleri yerine yetirinde men niyyetimde qurbeten yoxsa vacib qurbeten demeliyem?cunki men risalede oxudum ki qusl alarken sadece qurbeten demek kifayetdir,3.men namaz qilirdim, ve otaga namehrem bir wexs daxil oldu men bu halda ne etmeliydim, namazimi dayandirmaliydim yoxsa qilmaga davam etmeliydim?qeyd edim ki men qilmaga davam etdim, ve o wexs bilmirdi ki bu menim ucun gunahdir, men indi o namazimin qezasini qilmaliyam?yoxsa qildigim namaz sehihdir?4.eger mumkunse mene azeri dilinde bir link veresiz ki orda insan huqulari barede yazilsin, yeni Islamda insan huquqlari barede.(valideyn, ovlad, kiwiyle qadinin huquqlari), 5ve sonunda
Ответ / Cavab

Aleykum salam ve rehmetullah 1. Namazda mustehebb emeli yerine yetirmemek namazi batil etmez, lakin eger bu zaman artiq sozler deyilibse secdeyi sehv etmek lazimdir. Indiyedek namazlarda bele sehvler edilibse de onlarin yerine bir secdeyi sehv indi etmek olar, namazlar sehihdir, inshallah. Secdeyi sehv uchun eqidenize uyqun sheriet kitabina baxin. Mustehebb tekbirlerin deyilib deyilmemesi namaza hech bir sehv getirmir, hetta bezilerinin deyilib, bezilerinin deyilmemesi de. Odur ki, dediyiniz forma sehv deyil 2. Qusl ve destemaz alarken sadece qurbeten ilellah demek kifayetdir. Vacibi ibadetler uchun ise (vacib namaz ve oruc kimi) "vacib qurbeten ilellah" deyilmelidir. 3. Qildiqiniz namaz sehihder, inshallah. 4. Dediyiniz movzuda linkler: http://www.islam.ru/pressclub/analitika/ispar4/ http://www.kavkazcenter.com/russ/islam/hr_islam/ Beli ishtirak ede biler, bu barede saytimizin meqaleler bolumunde "Ilk muselman qadinlar..." movzusunda meqale de var.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
Muslim | Əssalamu əleykum və rahmətullah. 1- Artıq dərəcədə xahiş edirəm, sualımı cavablandırasınız. Çoxdandır bu sual məni narahat edir: Şiə məzhəbi Həzrəti Fatimənin (s.ə.) qətlində konkret olaraq kimləri müqəssir bilir?! Bu sual ixtilaf yox, öyrənmək üçündür. 2- Nəyə görə sui-qəsd nəticəsində öldürülən Əhli-beyt imamları şəhid hesab olunur? Məsələn, İmam Həsən (ə), İmam Rza (ə) və s. 3- Şiə məzhəbinin kitabların Aişə xanımın fəziləti barədə ümumilikdə hədis var? Əgər varsa xahiş edərdim mənbəsi ilə birlikdə bir neçəsini göstər&#
Ответ / Cavab

Aleykum salam ve rehmetullahi ve berekatuh. 1. Bu sualla bize defelerle muraciet edilse de, her defe cavab vermekden imtina etmishdik ki, mezhebler arasi dushmenchiliyin qizishdirilmasina xidmetde gunahlandirilmayaq. Qisaca olaraq bunu bildiririk ki, shia mezhebine esasen, Hazret Fatimenin (a) bashina getirilen musibetlerde bir chox shexslerle birlikde birinci ve ikinci xelifeler de gunahlandirilir. Bele ki, birinci xelife Hazret Fatimeni Fedek bagindan mehrum etmekle ve erinin (Hazret Alinin) xilafet haqqini qesb etmekle ona agir manevi zervbe vurmush, ikinci xelife ise bir neche neferle Hazret Fatimenin yashadigi eve gelib, qapini achmasini teleb etmish, eks halda evi yandiracagi ile hedelemish ve qapini zorla achmishdir. Bu zaman qapi ile divar arasinda qalmish Fatimenin betnindeki korpe dushmush (saqt olmush), bundan sonra Fatimenin hem fiziki, hem de manevi veziyyeti pozulmush ve qisa muddetden sonra ruhunu Allaha teslim etmishdir. Butun bunlar shia revayetlerine goredir; aydindir ki, sunni mezhebinde butun bunlar redd edilir. Daha artiq melumat uchun muvafiq kitablara, meselen, Sheyx Abbas Qumminin "Beyt-ul-ehzan" kitabina muraciet ede bilersiniz. Kitabin azerbycanca tercumesinin linki http://muntozor.net/index.php?showfile=1&fid=748&p=downloads&categ=76 2. Shehid - Allah yolunda, ya'ni Allahin dinini yashatmaq yolunda oldurulen shexsdir. Cihadda oldurulen shexs de ona gore shehid sayilir ki, Allahin peygamberinin ve ya onun xelifesinin emri ile doyushe getmish ve bu yolda canini qurban vermishdir; bununla da Allahin dininin yashamasina ve quvvetlenmesine xidmet gostermishdir. Shia eqidesine gore, imamlar Allah terefinden bu meqama (imamete) tayin olunmushlar. Ona gore de, bu meqamdan uzaq salinarken eziyetlere maruz qalmalari - Allah yolunda chekilmish eziyyet kimi qiymetlendirilir. Axi, onlar oz shexsi menafelerine gore hereket etmemish, hakimiyet herisi olmamishlar. Meqsedleri - Allahin ve Peygamberin emri ile, onlara verilmish hakimiyyet haqqindan istifade edib muselmanlari dogru yola hidayet etmek, gunahlardan chekindirmek, ummeti islah etmek olmushdur. Bu ilahi vezifeni yerine yetirmeye onlara imkan vermemish ve ba'zen achiq, ba'zen de gizli shekilde qetle yetirmishler. Ona gore de, onlar shehid sayilirlar. Nece ola biler ki, haqqi yaymaq yolunda shehid edilmish Zekeriyya, Yehya kimi peygamberler shehid sayilsinlar, amma imamlar shehid sayilmasinlar? 3. Shie menbelerinde de Aishe xanim "ummul-mominin", yani mominlerin anasi hesab olunur ve bildiyiniz kimi, Hz. Eliye qarshi muharibede ishtirak etmesine baxmayaraq, Eli (e) onunla mehz peyqember zovcesi kimi reftar ederek hormet ve ehtiram gostermishdir. Lakin mehz bu muharibesine gore shie eqidesinde Aishe xanim sehv addim atmish hesab olunur.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
Gulcan | Suallarima cavab verdiyinize gore cox minnetdaram. Ve size daha 2 sualim olacaq. 1)men namaz qilmiram,ancaq artiq namaza bawlamag isteyirem.men namaz qilib onun savabini rehmetlik atama gondere bilarammi? 2)qardawima deyiblerki rehmetlik atamin yerine hecce adam gondare biler.yeni savabi atama yazilmagla.bu ne derece duzgundu ve ne derece mumkundu?eger duzgunduse bu nece olmalidi?zehmet olmasa etrafli melumat veresiz.onceden cox minnetdaram. Allah razi olsun
Ответ / Cavab

Salam aleykum 1. Inshallah, tezlikle namaza bashlayin ve oz boynunuzda olan vacib namazlari qilin. Beli, siz vefat etmish ataniz uchun de namaz qila bilersiniz. Lakin eger bele bir niyyetiniz varsa, sadece namaz qilib savabini atanizin ruhuna hediyye etmekdense, atanizin qeza namazlarini qilsaz daha yaxshi olar, bele ki, onun buna daha chox ehtiyaci var. Onu da qeyd edek ki, eger siz evin boyuk oqlu olsaydiz, atanizin qeza namazlarini qilmaq hetta size vacib olacaqdi. 2. Eger atanizin saqliqinda hecce getmek imkani olub ve getmeyibse, qardashiniz imkani olan kimi atanizin yerine hecce ya adam gondermeli, ya da ozu hecc ederek atanizin vacibi hecc borcunu yerine yetirmelidir. Bele ki, dediyimiz kimi atanizin bele bir imkani olub ve getmeyibse, bu ish, onun boynunda borc kimi qalir ve sorqu sual da olunur. Onun yerine hecc yerine yetirmekle bu borcu onun boynundan goturmek olar. Lakin eger hecc uchun imkani olmayibsa, sadece savab xatirine de onun yerine hecce adam gondere bilersiniz.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
Cavidan | 20 yasim var, namaza bu gun baslamisam. Evvelki illerin namazinin qezasini qilmaq vacibdirmi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Beli, yetkinlik yashindan etibaren qilmadiginiz butun namazlarin ve oruclarin qezasi Size vacibdir.
Задан: 19 Апрель, 2008 , Опубликовано: 19 Апрель, 2008
Ceferi | Assalamu aleykum. Size bir sualim var. 3-cu ve 4-cu reketlerde sehven hemd suresinden sonra ixlas suresini tam ve ya ondan bir qism demek namazi batil edirmi? Edirse bele hallar bir neche defe bash veribse ve hansi namazda olubsa yadinda deyilse onda ne etmelidir? Allah razi olsun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Xeyr, namazi batil etmez. Eger derhal bunu bilseniz, namazdan sonra secdeyi-sehv etmeyiniz kifayetdir (qaydasi uchun sheriet risalelerine bax). Bu hallar bir neche defe bash verse ve hansi namazda oldugunu deqiq xatirlamasaniz, gerek zenninize amel edesiniz. Ya'ni neche defe oldugunu texmin edirsinizse, o qeder sayda sehv secdesi yerine yetirin.
Задан: 18 Апрель, 2008 , Опубликовано: 18 Апрель, 2008
Gulcan | Salam. Sizden cox xahish edirem suallarima dolgun cavab verasiz.bunlar mencun cox vacibdi. Ve birda eger mumkunsa cavablari e-mail unvanima gondarasiz. Onceden coxsagolun.. 1)Allah butun dunyasini deyishenlere rehmet etsin inshaallah.demek bu il Qurban bayraminin 3cu gunu,dekabr ayinin 22de atam gizli geden 1xestelik sonucu qefilden dunyasini deyishdi.eshitmishemki Qurban bayrami gunu dunyasini deyishenler shehid kimi hesab olunurlar ve axiret dunyasinin sorgu sualindan qismen de olsa azad olunurlar.bu ne derecede duzgundu?umumiyyetle zilhicce ayinda rehmete gedenler hagda nese bir melumat varmi? 2) men atamin axiret dunyasi ucun cox narahatam. Atam oruc tutsa da namaz qilmazdi,hecce getmemishdi. Yeyib icen adam idi.islamda araqin cox gunah olduqunu biliram,ancaq atam arag da icen bir adam idi. Ancag buna baxmayarag ailesine sedagetli,zekat veren,ureyi qelbi Allahla doyunen,Allahdan qorxan biri idi.hele heckese pislik etmemishdi.imkansizlara et tutar,xastalari mualice eletdirer ve ya
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Bir kesin heftenin ve ya ilin muayyen gununde vefat etmesi onun uchun guzesht sayilmaz. Insan qiyametde yalniz oz amellerine gore cavab verecek. Onun hansi gun vefat etmesi axiretde hech bir ehemiyyet kesb etmez. Ola biler ki, qebirdeki muddetde qebir ezabindan qismen rahat olmaq uchun bunun cuzi rolu olsun. 2. Merhumun Allah yaninda hansi meqamda oldugunu deye bilmerik. Onu bilirik ki, vacib ibadetleri yerine yetirmediyi ve haram ishlere (sherab) bulashdigi uchun, onu ciddi sorgu-sual gozleyir. Amma xeyir amelleri muqabilinde bagishlanacagini ve ya ezabinin yungullesheceyini istisna etmirik. 3. Ataniz uchun Quran oxuyun. Xeyir ishler gorub, savabini ona hediyye edin. Hedislerde var ki, bri chox hallarda ovladin xeyirxah ishler gormesi (meselen, kimsesizlere yardim etmesi, yol chekmesi, mescid, medrese, mekteb, xestexana tikdirmesi ve s.) merhumun qebir ezabindan nisbeten rahat qalmasina sebeb olar. Qiyametde butun bunlarin ataniza xeyir vereceyini deqiq deye bilmerik. Amma her halda, qebir ezabindan onu qorumaq uchun bu ishleri gormeyiniz faydali olar.
Задан: 18 Апрель, 2008 , Опубликовано: 18 Апрель, 2008
LALA | SALAM COXSAGOLUN KI VARSIZ VE BIZIM SUALLARIMIZA AZIYYAT CAKIB CAVAB VERIRSIN ALLAH SIZDAN RAZI OLSUN. AGAR BIR NECA GUNUN NAMAZI GAZAYA GALIBSA AMMA DAQIQ SAYINI YADDAN CIXARINSA YANI QAZALARININ YARISINI GILIB AMMA NAGADAR DAQIQ QALDIQI YADINDAN CIXIB NA ETMAK LAZIMDI? BIRDA BADANDA SARGI OLANDA (YANI YARA QAN VARSA UZARINDA TUTALIM AMALIIYATDAN SONRA TIKISH QULAQDA)DASTAMAZI NECA ALMAQ LAZIMDI?UMMUYITLA NAMAZ QILMAQ OLAR YA TAZADAN QUSUL ALMAQ LAZIMDI? VE OTURAQ VAZIYYATDA NECA NAMAZ GILMAQ?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Eger qezalarin deqiq sayini bilmirsinizse, teqribi sayinin ashagi heddini muayyen edin ve o qeder namaz qilin. Ya'ni meselen, 10 yoxsa 12 gunun qeza namazlarinin qaldigina shekk edirsinizse, sayini 10 goturun. Qezalari qilarken tertibe (ardicilliga) riayet etmeyiniz vacib deyil. Her hansi ardicilliqla namazlari qila bilersiniz. Kechmish muctehidler bir gunun qeza namazlarini qilmamish, sonraki gunun qeza namazlarini qilmaga icaze vermirdiler. Indiki muctehilderde bu mehdudiyyet yoxdur. Birce buna diqqet yetirin ki, asr namazinin qezasini hemin gunun zohr namazindan evvel qilmayin. Hemchinin, xifteni hemin gunun megribinden evvel qeza etmeyin. Bedeninde yara olan shexs de destemaz almalidir. Buna "cebire destemazi" deyilir. Cebire destemazinin qaydasi sheriet kitablarinda etrafli tesvir edilib. Saytimizin "Kitabxana" bolmesinde, "Din ve sheriet" rubrikasinda yerleshdirilmish risalelerde bu barede malumatlat vardir.
Задан: 18 Апрель, 2008 , Опубликовано: 18 Апрель, 2008
Страница 5416 из 5500 << < 5412 5413 5414 5415 5416 5417 5418 5419 5420 > >>
© 2018 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com