Страница 5492 из 5614 << < 5488 5489 5490 5491 5492 5493 5494 5495 5496 > >>
lamia | Salam Aleykim Bu saytta ilden ile sexer axsham dualari oruj saxlamaq ucun var idi ,bilmirem deishir onlar yoxsa yox,amma butun 30 gune var idi sexer ne demek lazimdi,axsham ne demek lazimdi,indi tapa bilmirem,hardadi onlar?nie yoxdu?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ramazanin gundelik dualari (transkripsiyasi ve azerbaycan diline tercumesi ile birlikde) saytimizin "Kitabxana" bolmesinde movcuddur. Unvan: http://www.islam.az/az/modules/sections/index.php?op=viewarticle&artid=16 Axsham iftar zamani oxunan dua ise beledir. Yaxşı olar ki, iftar edərkən birinci tikəni ağıza qoyanda bu dua oxunsun: «Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəlt. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirət-iğfirli». Tərc.: «İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Çox mərhəmətli və həmişə mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!»
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
hicran | Xahis edirem sualimi cavablandirin. Gecenin axirinci ucde biri olduqu vaxt saat necedir?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Sheriete gore, gece - Gunesh batandan o biri gun subh achilana qeder kechen vaxt sayilir. Ya'ni meselen, bu gun axsham saat 20:23-de megrib azani, sabah saat 05:50-de ise subh azani verilirse, bu iki vaxtin arasindaki 9 saat 27 deqiqelik muddet gece hesab edilir. Bu muddetin axirinci 1/3 hissesi teqriben saat 02:41-de bashlayir ve subh azani vaxti bitir.
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
Gulbahar | Salam.Oruc tutmaq haram olan gunler hansi gunlerdir?Xahish edirem tez cavablandirasiniz
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ramazan ve Qurban bayrami gunlerinde qesden oruc tutmaq haramdir ve bele oruc batildir.
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
Bayaca_qiz | Essalamun eleykum. Men sizin suallara cavablarinizi oxuyuram ozumun de size bir sualim var. Sualim beledir ki oruc ola ola namaz vaxti agiza ve buruna su almaq olarmi? Eyer birde su bilmeden bogaza getse oruc batil sayilarmi? Evvelceden size tesekkurumu bildirirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Oruclu shexsin agzina ve burnuna su alib yaxalamasina icaze verilir, bir shertle ki, bu zaman bogaza su getmesin. Eger insan adi gunlerde agzini ve ya burnunu yaxalayarken, adeten bogazina su kechirse, ya'ni ozunu saxlaya bileceyine gumani yoxdursa, onda oruclu halda bunu etmek olmaz. Eger suyu udmaq xasiyyeti yoxdursa ve tesadufen bogazina azaciq su gedibse, orucu sahihdir inshaAllah.
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
namik | salam.oruc tutan zaman cimmak olar?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Beli, olar. Amma diqqetli olmaq lazimdir ki, agiz, burun ve qulaq deliklerinden su kechmesin.
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
Xedice | Bilmek isterdim ki, seherler oruc tutarken kalorili mohkem yemekler yemek ne derecede dogrudur?Ewitmiwem ki, Ramazan ayinda diger gunler kimi adi seher yemeyi ile qidalanmaq lazimdir.Xorek yemek dogru deyil.Evvelceden tewekkurler
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Her bir meselede oldugu kimi, orucluq zamani yemek meselesinde de ne ifrat, ne de tefrit etmek meslehet deyil, orta yolu tutmaq lazimdir. Obashdanliq zamani gerek insan o qeder yemek yesin ki, gun erzinde acliq ve susuzluqdan eziyyet chekmesin. Chunki Islam dini insanlari eziyyete ve chetinliye salmaq uchun deyil, onlara yungulluk ve rahatliq getirmek uchun gonderilib. Eyni zamanda, gerek ele yesin ki, ma'desi agirlashmasin ve hezm sistemi guce dushmesin. Bu, her kesin bioloji qurulushundan, ishtahasindan asili olan bir meseledir ve her kes imkanlari cherchivesinde ozu uchun olchu qoymaldir.
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
qafar | salamun aleykum. əgər qusl almağa imkan olmasa amma abdest(dəstəmaz) almağa imkan varsa larmı ki, qüsl üçün təyəmmüm edib su ilə dəstəmaz alınsın. təşəkkür edirəm
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Eger heqiqeten, qusl almamaga sher'i cehetden uzrunuz varsa (burada bashqalarinin xeber tutacagi uzunden utancaqliq kimi uzrler nezere alinmir), onda qusl evezine teyemmum ede bilersiniz. Caferi mezhebine gore, bundan sonra namaz qilmaq uchun destemaz almaga ehtiyac yoxdur, qusl pozulmayinca namaz qila bilersiniz; pozulandan sonra destemaz alin. Qusl almaga ilk imkan yaranan kimi qusl edin. Ehli-sunne mezhebine esasen, quslle ve ya qusl evezine teyemmumle namaz qilmaq olmaz ve mutleq destemaz almaq lazimdir.
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
Rufet | Salam-aleykum. Men bilmek isteyirem ki,Ramazan ayinda her gunun oz duasini oxumaq vacibdirmi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Xeyr, Ramazan ayinin gundelik dualarini oxumaq vacib deyil, mustehebdir (beyenilendir).
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
Orxan | Salam aleykum va rahmatullahi va barakatuh. Seher subh ezanina qeder yemek olar yoxsa namazin vaxti chixana qeder meselen: 05:46 yoxsa 07:10 a qeder? Evvelceden teshekur edir oruclarimizin Allah terefinden qebul olunmasini dileyirem...
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Oruc subh azani verilen an bashlayir ve megrib azani verilen an qurtarir. Ona gore de, Gunesh chixana kimi deyil, subh azani verilene kimi yemek olar. Saytimizdaki cedvelde bu, "Subh" qrafasinda gosterilib.
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
FSS | Salam.Mene bir sey maraqlidirki "Oruc" luq Sentiyabr ayinin 13 durse neye gore her kes Sentiyabr ayinin 1 den oruc tutular?!!! Men Sentiyabr Ayinin 13 den oruc tutacam taki Oktiabr ayinin 12-ne dek be bele etsem 1 ay oruc tutumus olura yoxsa ayin 1 den tutmaliydim oruc?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Niye mehz sentyabrin 13-den oruc tutmaq fikrinde olmaginizin sebebini basha dushe bilmedik. Bu il dunyanin hech bir olkesinde hech bir dini icma oruclugun 13 sentyabrda gireceyini elan etmeyib. Ferq yalniz sentyabrin 1-de, yoxsa 2-de bashlamasindadir. Zennimizce, Siz kechen ilki orucluq cedveline esaslanirsiniz. Amma bilin ki, hicri-qemeri il miladi ilden teqriben 10-12 gun qisa olduguna gore, her il Ramazan ayinin evveli de 10-12 gun evvele kechir. Ya'ni eger kechen il Ramazan ayi sentyabrin 12-i ve ya 13-de bashlamishdisa, bu il sentyabrin 1-de (ve ya ba'zi olkelere gore 2-de) bashlayib. Ne qeder gec deyilse, oruca bashlayin ve tutmadiginiz gunleri Ramazandan sonra qeza edin.
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
Bende3823 | Salam aleykum .Eqer qiz ushaqi evlenmeden oqlanla cinsi alaqeye qirerse bu gunahi nece yunaq olar?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Kebinsiz cinsi elaqede olmaq zinadir ve boyuk gunahdir. Hemchinin, bakire qizin oz atasindan ve ya babasindan icazesiz kebin kesdirmesi ve cinsi elaqeye girmesi de zinaya beraber olan gunahdir. Her bir gunahda oldugu kimi, burada da semimi qelbden tovbe etmek lazimdir. Allah-teala en agir cinayetleri bele, bagishlayacaq qeder merhemet sahibidir. Ona gore de, Allahin rahmetine umidvar olaraq tovbe etmeli, oz toretdikleri gunahin ne qeder boyuk oldugunu derk etmeli, bunu bir daha tekrar etmeyeceklerine soz vermeli ve gelecekde hech bir vaxt bu gunaha yol vermemelidirler.
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
leyla | salam aleykum! qusul almagin gaydalarini deqiqliynen xahish edirem basha salardiz. teshekkur edirem. Allah orucunuzu qebul elesin.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Saytimizin "Kitabxana" bolmesinde "Fiqh ve sheriet" rubrikasindaki sheriet kitablarina muraciet edin. Orada hem shia, hem de sunni mezhebine uygun olaraq, qusl qaydalari etrafli izah edilib.
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
наза | при орудже можно ли сдавать кровь?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Да, в принципе можно, и орудж будет считатся действительным, но нежелательно это делать. так как сдача крови может стать причиной сильной слабости постящегося.
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
Antiqe | Я хотела бы узнать.считается ли пост действительным если по окончанию менструации в течении 4-5 дней бывают светло светло розовые выделения ? Держать ли пост в эти дни? Не считается ли это не правильным?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Женщина не должна держать орудж только в дни менструации и послеродовых выделений крови. При всех остальных случаях надо поститься
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
Orxan | Salam Aleykum necesiniz,Ramazan bayraminiz mubarek.Size sualim xahis edirem bu suala cavab tapasiniz.Men namaz qilmaq ucun sie ve sunnu qaydasinda qilmaq lazimdir yoxsa onun ferqi yoxdur kim nece istiyir ele qilsan.Xahis edirem bu suala cavab veresiniz.Sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Shia ve sunni mezheblerinin her ikisi oz namaz qaydalarini Peygamberimizin sunnesi ile baglayir ve iddia edir ki, mehz Hazret Muhammad Peygamberin (s) buyurdugu ve qildigi kimi namaz qilirlar. Sheriet hokmlerindeki ferqler hedislerden ireli gelir. Ya'ni bir mezheb muayyen hokmu bildiren bir hedisi qabul edirse, o biri mezheb ondan ferqli ve ba'zen ona eks olan me'nani ifade eden hedisi moteber sayr. Hem shia, hem de sunni mezhebli muselmanlarin Allahi, peygamberi, Qurani, qiblesi birdir, hamisi gunde eyni miqdarda namaz qilir, Ramazan ayinda oruc tutur, eyni vaxtda ve eyni yere hecce gedirler. Buna gore de her iki mezheb ehtirama layiqdir. Shia yoxsa sunni namazinin duzgun oldugunu qeti shekilde soylemeye chetinlik chekirik. Chunki bu halda eks terefin dini hisslerine toxunmush ve Sizin sechiminize tezyiq gostererek sechim ixtiyarinizi mehdudlashdirmish olariq. Her iki teref oz fikrini esaslandirmaq uchun subutlar getirir. Bu, sirf elmi bir meseledir. Insan ne cur namaz qilacagini ozu muayyen etmelidir. Bunun uchun choxlu mutalie etmek, her iki terefin delilleri ile tanish olmaq, deyerlendirmek, hansi daha inandirici gorunurse, ona amel etmek lazimdir.
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
amir | Salam aleykum..men bu saytdaki meqaleleri oxudum ve bir cox faydali melumat topladim,,naraziciliqim ise ondan ibaretdir ki,burda ehli sunna eks teref kimi qeleme verilir..demek olar ki butun mubahiseli movzularda ehli sunnani eks teref kimi gosterirsiniz..eks teref menim fikrimce dusman teref ve ya xosa gelmeyen teref bir de ki ters teref menalarinda ishledilen sozdur..bildiyimiz kimi qiybet gunahdir..qiybet kimimse dalinca danishmaqdir..ona gorede besdi gunaha batdiniz..sizden xahis edirem bele sheylere diqqetli olun..
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Iradlarinizin haqli olduguna shubhe edirik. Chunki sual-cavab gushesinde butun suallara cavab vererken, bacardiqca obyektivliye riayet etmeye chalishir, ixtilafli meselelerde bu ve ya diger mezhebin eqide esaslarini tehqir ede bilecek ifadelerden qachir, mezhebler arasi qarshidurma yarada bilecek ba'zi radikal suallara ise umumiyyetle cavab vermirik. Mezheblerde ferqli olan her bir sheriet hokmu her iki terefin gorushlerine uygun olaraq izah edilir. "Qarshi teref" terminini yalniz ba'zi hallarda elmi polemikalar zamani ishledirik. Ya'ni shia mezhebinin ferqli gorushunu izah edir, sonra sunni mezhebinin bu barede eks-arqumentlerini veririk. Burada hech bir dushmenchilikden sohbet gede bilmez. Elmi mubahiselerde bir-birine zidd olan (ve qetiyyen dushmen olmayan) terefler adeten "qarshi teref" ifadesinden istifade edirler. Ona gore de, bu sozun ehli-sunne qardashlari incide bileceyini guman etmirik. Axi, ba'zen de bu ifadeni eks terefe (shialara) unvanlayiriq. Ele suallar olur ki, onlari cavablandirarken sunni mezhebinin fikrini izah edir ve "qarshi teref" adi altinda shia mezhebinin eqidesini beyan edirik. Bize irad tutan oxucularimizin diqqetine bunu da chatdiririq ki, saytimizdaki informasiyalar ba'zi yerli ve xarici saytlardaki yazilara nizbeten qat-qat qerezsiz ve obyektivdir. Bizi ehli-sunne mezhebine qarshi qeyri-obyektivlikde gunahlandiran oxucumuza xatirladiriq ki, muxtelif dillerde fealiyyet gosteren yuzlerle internet saytinda shia mezhebine qarshi aglasigmaz, her cur mentiqe ve vicdana zidd olan chirkin iftiralar derc edilir. Bizim yazdiqlarimiz ise qetiyyen tehqir ve iftira deyil, elmi-dini meselelerin izahi barede polemikalardan ibaretdir. Qeybete gelince, ehli-sunne mezhebine aid etdiyimiz hech bir fikir heqiqetden uzaq ve ya yalan deyil. Ekser informasiyalarin menbeyi deqiq suretde gosterilir. Inanmayanlar hemin menbelere muraciet ede bilerler. Eger Size ele gelirse ki, biz ehli-sunne haqqinda qeybete yol veririk, onda oz iradlarinizi umumi ifadelerle deyil, daha konkret shekilde bildirmeyinizi xahish edirik.
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
Nur | Sunnni ve shia mezheblerinde namazlarin sozlerinde ve vaxtlarinda ferqlilikler vardir. Bes sunni namazinin sozlerini demekle shia namazinin vaxti ile namaz gilmag ne derecede duzgundur? Bir de Nigar adinun menasini bilmek isterdim. Evvelceden teshekkurler.Allah razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Insan oz mezhebini konkret olaraq muayyen etmelidir. Her bir sheriet amelini de bu mezhebin gosterishlerine esasen yerine yetirmelidir. Bir ameli shia, o biri ameli sunni mezhebine uygun olaraq icra etmek duzgun deyil (sohbet mezhebler arasinda ferqli olan amellerden gedir; meselen, namazi mohurle, amma qollari charpazlayaraq qilmaq). Oz mezhebinizi muayyen edin ve butun meselelerde hemin mezhebin menbelerine esaslanin. Eger namazi ehli-sunne mezhebine uygun formada qilirsinizsa, namaz vaxti da sunni mezhebinin qaydalarina zidd olmamalidir. Ya'ni meselen, ehli-sunne mezhebinde subh namazinin vaxti shia mezhebine nisbeten bir neche deqiqe gec bashlayir. Buna gore de, namazi sunni qaydasi ile (elleri charpazlamish halda, xalcha uzerine secde ederek) qilan adam ehli-sunne mezhebinde icaze verilen vaxtdan evvel namaza bashlaya bilmez, eks halda bu namaz batildir. Chunki, eger sunni mezhebi uzre namaz qilirsa, namazi vaxtindan evvel bashladigi uchun batildir. Eger shia mezhebine uygun vaxtda qilirsa, ellerini charpazladigina, xalchaya secde etdiyine gore, namazi duzgun deyil. Belelikle, ne sunni, ne de shia mezhebine butovlukde uygun gelmeyen yarimchiq bir namaz alinir. "Nigar" sozunun fars dilinden tercumesi "resm, shekil" demekdir. Bir ma'nasi da "perestish edilen but"dur. Bu soz qadin gozelliyinin remzi kimi ishledilir.
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
Fariz | Salam aleykum.siza 1 sualim var. oruclu ola ola suya girmak olar. Chunki manim ishim eladi ki, heftede 2, ya 3 dafa hovuza girmaliyem. eger olarsa dagig olarag neye digget etmeliyem, ve yaxud olmazsa, bu problemi nece aradan qaldirmaq olar? Onceden teshekkurler, Allah razi olsun
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Butun muselman mezheblerine gore, oruclu shexsin burun, agiz ve qulaq deliklerinden icheriye su kechirmesi (qesden) orucu pozar. Amma shie eqidesine gore, hetta burun, qulaq ve agizdan icheriye su kechmese bele, insanin bashini suya tamamile batirmasi (suya bash vurmaq) orucu pozar. Eger butun bedenini suya daxil etse, amma bashi sudan cholde qalsa, ziyani yoxdur. Eksine, butun bedeni cholde qalsa, amma yalniz bashini butovlukde suya batirsa, oruc pozular. Ona gore de, oruclu halda hovuzda chemerken, burun, qulaq ve agiz deliklerinden su kechmemesine ciddi nezaret etmelisiniz. Shia mezhebindesinizse, suya bash vurmaq qadagandir.
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
AAAAA | Salam aleykum.Size bir sualim var.Qizlarda ele vaxt olur ki namaz qilmaq onlara olmaz.Men esitmisem ki,10 gun olar namaz qilmamaq.Bu ne derecede dogrudur?Xais edirem cavablandirasiniz.Allah razi olsun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qadin yalniz 2 halda namazdan azaddir: menstruasiya gunlerinde ve dogushdan sonra qan kesilinceye qeder. Ona gore, qizlara her ay menstruasiya gunlerinde namaz qilmaq olmaz. Bu namazlarin qezasini qilmaq da lazim deyil.
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
Adelya | Salam. İnsan heyetindeki ağacları kəsə bilərmi? Bu gunah deyil ki? Yəni ağac bar getiririr, lakin gocadirlar. Mumkunse izah edin. Allah razı olsun
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Umumiyyetle, bar getiren ve insanlara faydasi olan agaci kesmek mekruhdur (beyenilmez ishdir). Amma eger agaci kesmekle daha boyuk fayda elde edilecekse ve bu zeruridirse (meselen, onun yerinde her hansi vacib bir bina tikilecek), onda kesmeye icaze verilir. Hemchinin, eger agac chox qocalibsa ve getirdiyi meyveler artiq yararsizdirsa, bu zaman bashqa yolla (meselen, qol-budagini qisaltmaq, calaq etmek ve s.) problemi hell etmek mumkun deyilse, agaci kesmek olar.
Задан: 2 Сентябрь, 2008 , Опубликовано: 2 Сентябрь, 2008
Страница 5492 из 5614 << < 5488 5489 5490 5491 5492 5493 5494 5495 5496 > >>
© 2019 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com