Страница 5500 из 5554 << < 5496 5497 5498 5499 5500 5501 5502 5503 5504 > >>
MikayiL | Salam, sualim budur ki, movzuda yazmisham, sach uzatmaq haramdir, yoxsa yox? Sag olun, Allah razi olsun sizden.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Geyim ve zahiri gorunush meselesinde Islamin insandan telebi budur ki, sherietin qaydalarini gozlemekle yanashi, urfe (adet-eneneye) de amel etsin. Yani sherietde gosterilen shertlerden elave, geyim ve qiyafe hem de gerek bashqa insanlar terefinden normal qarshilansin. Insanlarin barmaqla gosterdiyi, mesxere etdiyi geyimleri geymek ve bu cur qiyafelere ozunu salmaq olmaz. Eger bir kishi o qeder uzun sach saxlasa ki, camaat onu mesxereye qoyub guler ("qadina oxshayir" ve s. sozlerle), ya da bi qiyafe ile bashqalarindan chox sechiler ve ona qeribe bir adam kimi baxarlar, bele qiyafeni dinimiz meslehet bilmir. Islamin bir qanunu da bundan ibaretdir ki, kishiler ne geyimde, ne bezek-duzekde, ne zahiri gorunushde, ne de hereketde ozlerini qadinlara benzetmemelidirler. Qadinlar da elece, ozlerini kishiye oxshatmaga chalishmamalidirlar.
Задан: 10 Январь, 2008 , Опубликовано: 10 Январь, 2008
Mahammad | Assalamu aleykum. Allah sizden razi olsun. Menim sualim: Manim paltarlarimi paltaryuyan mashinda yuyurlar, bes mene deyibler ki, o paltarlari pak elemir. Ve deyibler ki, orada daha pak paltar yumag olmaz ve deyirler ki, menim namazlarim batildir. Chunki paltarlarim pak deyil. Evdekilere de basha sala bilmirem. Siz mene ne meslehet vere bilersiniz? Allah sizden razi olsun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Paltaryuyan mashin paltarlari pak elemek uchun yox, yumaq uchun nezerde tutulub. Eslinde eger paltar necasete bulashib murdar olmayibsa (ya'ni paltara sidik, necaset, qan, sperma dushmeyibse, nem halda itin ve donuzun bedenine toxunmayibsa), onu pak etmek vacib deyil. Choxlari temizlikle pakligi sehv salirlar. Paltar chirk olanda onu yumaq kifayetdir. Murdar olmaynca, paklamaq teleb olunmur. Ona gore de, paltarinizin necasete bulashmadigini bilirsinizse, onu paltaryuyan mashinda yudurda bilersiniz. Amma burada bir shert de var. Gerek Sizin paltarlarinizla birlikde, eyni suda yuyulan o biri paltarlarin da pak oldugunu bilesiniz. Eks halda, onlarin necaseti su vasitesile Sizin paltarlara kechecek. Hemchinin, eger mashinda murdar paltar (yuxarida sadalanan necasetlere bulashmish paltar nezerde tutulur) yuyulubsa, bundan sonra mashinin ichini de pak elemek lazimdir ki, orda yuyulan paltarlar bulashmasin. Eger pak sheraitde yumaq mumkun deyilse, yene paltaryuyan mashindan istifade ede bilersiniz. Ya'ni paltari mashinda yuyandan sonra adi qaydada pak edin. Bunun uchun paltarin ustune 3 defe su tokub (tam islanmasi sherti ile) her defeden sonra suyunu sixin. 3-cu defenin suyunu sixandan sonra paltar pakdir.
Задан: 10 Январь, 2008 , Опубликовано: 10 Январь, 2008
Sara | Salam. Men sehhetime gore orucluq vaxti orucumu tuta bilmedim. Indiyse qezasini tutmaq isteyirem, ancaq orucluq vaxti gun qisa idi, indiyse uzun. Indi oruc tutmaq asan olacaq ve buna gore orucumun duzgun olub-olmadiqindan shubhem var. Menim sualim beledir: Indi oruc tutsam sayilacaqmi? ALLAHA emanet olun, chunki O, emanetine xeyanet etmir.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qeza orucunu istediyiniz vaxt tuta bilersiniz. Qeza orucu tutulan gunle qeza edilen gunun uzunlugunun eyni olmasi shert deyil.
Задан: 10 Январь, 2008 , Опубликовано: 10 Январь, 2008
lala | Salam. Meherremlik ayinda oruc tutmaq olar?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Meherrem ayinda oruc tutmagin hech bir manechiliyi yoxdur. Yalniz ashura gununde shia mezhebine esasen, oruc tutmaq meslehet gorulmur. Eksine, ehli-sunnede ashura gununun orucu musteheb bilinir. Shia mezhebinin ashura orucunu mekruh saymasinin subutlari barede oxucularimizdan birine etrafli cavab vermishdik. Sual-cavab bolmesinin evvelki sehifelerine muraciet etmeyinizi meslehet goruruk.
Задан: 10 Январь, 2008 , Опубликовано: 10 Январь, 2008
cvd | Salam aleykum. Sualim beledir: "namehrem" sozu hansi insanlara aiddir? Zehmet olmasa genish achiqlayardiniz. ALLAH komeyiniz olsun, gabagcadan chox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qadin uchun bu kishler mehrem sayilirlar: a) ata, baba, ulu baba, b) emi, dayi, atanin ve ananin emisi ve dayisi, c) qardash, qardash oglu ve baci oglu, hemchinin, qardashin ve bacinin neveleri, d) ogul, neve, netice, e) er, qaynata, erin babasi. Kishi uchun bu qadinlar mehrem sayilirlar: a) ana, nene, ulu nene, b) xala, bibi, atanin ve ananin xalasi ve bibisi, c) baci, baci qizi ve qardash qizi, hemchinin, bacinin ve qardashin neveleri, d) qiz, neve, netice, e) heyat yoldashi, qaynana, heyat yoldashinin nenesi. Bunlardan elave, butun kishiler qadina namehremdir, butun qadinlar da kishiye namehremdir. Mehremler sirasina ogey qohumlar da daxildir. Meselen: ogey ata, ogey ana, ogey qardash, ogey baci ve s. Sud vermekle de mehremlik yaranar. Sud anasi, sud qardashi, sud bacisi insana mehremdir (sud vermeyin shertleri barede risaleye bax).
Задан: 10 Январь, 2008 , Опубликовано: 10 Январь, 2008
nizam | Salam. 1. "EL-MIZAN" tefsirinin turkcesi chapdan cixib? 2. Bakida Islam kitabxanasi var?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. “El-Mizan” tefsiri bir neche ildir ki, Turkiyede turk dilinde neshr olunur. Bize ma’lum olduguna gore, bu kitabin artiq 10 cildden de choxu chapdan chixib. Internet sehifelerinde ba’zi cildleri oxuya bilersiniz. Ashagidaki internet unvaninda ilk 7 cild yerleshdirilib: http://www.caferilik.com/kuran/tefsir.htm Bakida xususi olaraq, islami bir kitabxananin olmasi barede bizde de ma’lumat yoxdur. Ma’lum olan budur ki, ba’zi resmi dovlet kitabxanalarinin fondunda ister qedim, isterse de muasir dovrun dini edebiyyati saxlanilir. Meselen, M.A.Axundov ad. Milli Kitabxanada, AMEA-nin, Elyazmalar Fondunun kitabxanalarinda istenilen qeder dini edebiyyat saxlanilir. Duzdur, bunlarin choxusu kechmish esrlerde neshr olunmush dini kitablar ve ya elyazma nusxelerdir. Hemin kitabxanalara uzv olmaqla, onlarin fondunun bir hissesinden istifade ede bilersiniz. Bundan elave, Gencliye Yardim Fondunun zengin umumi kitabxanasi vardir. Kitabxanada esasen arab ve turk dillerinde Quran tefsiri, hedis, ehli-sunne fiqhi, tarix, etiqad, tasavvuf ve s. movzularda orijinal eserler vardir. Unvan: Baki, Caferov qardashlari kuch., 16 (metronun “Baki Soveti” stansiyasina yaxindir). Tel: 492-32-23, 493-02-93. Iran Islam Respublikasinin Bakidaki Sefirliyine tabe olan Medeniyyet Merkezinin kitabxanasinda da arab, fars ve azerbaycan dillerinde kulli miqdarda edebiyyat vardir. Klassik islam metnlerinin boyuk bir hissesine burada rast gelmek olar. Xusuile, tefsir, hedis ve rical bolmeleri chox zengindir. Unvan: Baki, Iskra kuch., 42 (metronun “Nizami” stansiyasinin arxasi). Tel: 498-23-45.
Задан: 9 Январь, 2008 , Опубликовано: 9 Январь, 2008
nizam | Salam. Vefat etmish bir nefere uch, yeddi, qirx vermeyin menasi nedir?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Sherietimize gore, merhum uchun 3, 7, 40, cume axshami, il vermek vacib deyildir. Bu meclislerin teshkili boyuk ehtimala gore, sonralar yaranmish bir deb ve enenedir. Yas meclislerinin me'nasi ve kechirilme qaydasi ile bagli “Meqaleler” bolmemizde rusca maraqli bir yazi vardir: "О некоторых религиозных обрядах". Onu oxumaginizi meslehet goruruk.
Задан: 9 Январь, 2008 , Опубликовано: 9 Январь, 2008
айгун | Салам, Аллах сиздан рази олсун, мен сорушмак истийирам, егер евинда Гуран варса и мусалман бир подруган ону алиб бир муддатлик охуйуб гайтармак истайир, вермак олар?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Niye de olmasin? Insan Qurani-kerim oxumaq isteyir (ferqi yoxdur orijinalini ya tercumesini). Ona yardim etmek lazimdir. Qurani-kerimi ne qeder chox oxusalar, bir o qeder savabi var. Hem de eger Quran evde istifadesiz qalirsa (ya'ni oxunmursa), dinimiz bunu beyenmir. Hedislerde var ki, qiyamet gununde evde bagli halda qoyulmush ve oxunmamish Quran oz sahibinden Allaha shikayet edecek. Ona gore de Quranin tercumesini tez-tez oxuyun. Eger orijinalini oxuya bilmirsinizse, hech olmazsa, oxuya bilenlere muveqqeti verin ki, Sizi gunahdan xilas etsinler.
Задан: 9 Январь, 2008 , Опубликовано: 9 Январь, 2008
Leyla | Salam aleykum hormetli Islam.az. Men burda bir suala cavab oxudum ve size sualim yarandi. O cavabdan men bele anladim ki, kishiler fasiq olan qadinlarin achiq qalan yerlerine pis niyyeti olmadan baxa bilerler. 1-ci sualim odur ki, fasiq kime deyilir? Onda bele chixir ki, bir qiz namaz qilib, oruc tutursa ve bashqa Islamin buyurdugu emelleri gorurse, amma hicabsizdirsa, o fasiqdir? Ve eger fasiqdirse, onda ona namaz qilmaq olar? 2-ci sualim ise kishilere pis niyyet olmadan qadinlara baxmaqa icaze velilir ya yox?Ve eksine, qadinlara adi baxishla kishilere baxmaqa icaze verilir ya yox? Teshekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi veb berekatuh. "Fasiq" - vacibleri yerine yeturmeyen ve haramlardan chekinmeyen (qismen de olsa), amma kufre de dushmeyen gunahkar insana deyilir. Verdiyimiz cavabi bir daha tekrar edirik. Kishi namehrem muselman qadinin bedeninin her hansi yerine (sifeti ve elleri de olsa) shehvetle baxa bilmez, bu haramdir. Burada qadinin momin ya fasiq olmasi shert deyil. Hetta ehli-kitabdan olan (xristian ve yehudi) qadinlarin da bedenine (hetta uzune ve ellerine) shehvetle baxmaq olmaz. Muselman qadinin sifetinden ve ellerinden bashqa yerlerini kishilere gostermesi haramdir. Bu gunah qadina yazilir. Eger qadin hicaba riayet etmirse, kishi onun ellerine, sifetine ve adeten ortulmeyen yerlerine SHEHVETSIZ baxa biler. Adeten ortulmeyen yerler deyerken bunlar nezerde tutulur: bash, sach, boyun-bogaz, hedden artiq achiq olmamaq sherti ile sinenin bir hissesi, qollar, hedden artiq qisa olmamaq sherti ile yubkadan ashagida qalan ayaqlar. Ehli-kitabin qadinlarina da bu shertle baxmaga icaze verilir. Namaz qilmaga gelende ise, bu, haminin borcudur. Hicabsiz qiz da namaz qila biler ve qilmalidir. Qadin da oz novbelerinde namehrem kishinin bedeninin her hansi yerine (hetta ellerine) shehvetle baxa bilmez. Lakin kishinin adeten ortulmeyen beden uzvlerine (sifetine, ellerine, boynuna, qisaqol paltar geyilerken gorunen qollarina) qadin SHEHVETSIZ baxa biler.
Задан: 9 Январь, 2008 , Опубликовано: 9 Январь, 2008
Shahsuvar Asadov | Salamun Aleykum ve rehmetullahi ve barakatuh. Allahdan sizlere zehin achikligi dileyerek bu suali sorushmaq isteyirem. Ehli-sunne kitablarinda Ebu Hureyradan "Allah Hz. Ademe, chetinliye dushende 5 mesuma tevessul etmesini emretdi" hedisinin olmasini bilirem. Amma hansi kitabda oldugunu bilmirem. Xahish edirem eger melumatiniz varsa bize de bildirin. Elbette ki, bu movzu Qurani-Kerim ayesi ile sabitdir. Amma Ebu Hureyradan dinlemeyin keyfi bir bashqadir. Allah amaninda.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi veb berekatuh. Teessuf ki, hedis kitablarinda dediyiniz mezmunda mehz Abu Hureyrenin dilinden hedise rast gelmedik. Bu sahede axtarishimizi davam etdiririk ve bir netice vererse, mutleq Size xeber vererik.
Задан: 9 Январь, 2008 , Опубликовано: 9 Январь, 2008
Nigar | Salam Əleykum! Sizin məsləhətinizə ehtiyacım var. Bildiyimə görə, Məhərrəm və Səfər aylarından başqa qalan aylarda da elə günlər var ki, həmin günlər xeyir iş keçirmək məsləhət deyil. Məsələn, peyğəmbərin və imamlarin vəfat günlərində. Bəs bu təqvimi hardan tapmaq olar? Əgər bu mümkün deyilsə, onda zəhmət olmasa aprel ve iyun aylarinda hansı günlərin xeyir iş üçün münasib olub-olmadıgını qeyd edə bilərsinizmi? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bu ilin aprel ayi teqriben hicri teqvimle 24 rebiul-evvel – 25 rebiul-axir aylarina tesaduf edecek. Iyun ayi ise teqriben 26 cemadiyul-evvel – 27 cemadiyul-axir aylarina tesaduf edecek inshaAllah. Bu tarixlerde 1-2 gun yanlishliq ola biler, chunki qemeri teqvimi 100 faiz deqiqlikle qabaqcadan bilmek mumkun deyil. Hemin gunlerde esasen bu dini hadiselerin ildonumu tamam olacaq: 8 rebiul-axir – Imam Hasan Askeri (a) dogulmushdur. 3 cemadiyul-axir – ba’zi revayetlere gore, Hazret Fatimeyi-Zahra (a) vefat etmishdir. 20 cemadiyul-axir - Hazret Fatimeyi-Zahra (a) dogulmushdur. Tarixleri chevirmek uchun saytimizin "Konvertor" bolmesinden istifade ede bilersiniz. Lakin 1-2 gun xata ehtimalini unutmayin. Bir de, Ay Eqreb burcunde plarken kebin kesdirmeyi mesleht bilmemishler. Guya bu zaman baglanan nikah ugursuz olur. 2008-ci il aprelin 20-den 22-ne kimi ve iyunun 13-den 16-na kimi tarixlerde Ay Eqreb burcunde olacaq inshaAllah.
Задан: 9 Январь, 2008 , Опубликовано: 9 Январь, 2008
Yashar | Assalam aleykum. Allahin adlari ile (meselen, Rehim, Rehman ve s.) insani adlandirmaq duzgundurmu?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Allahin gozel adlarini insana qoymaq gunah deyil. Herchend ki, bu adlarin evveline "abd" kelmesini artirmaq daha yaxshidir. Lakin Allaha mexsus olan iki adi - "Allah" ve "Rahman" adlarini insana vermek haramdir. Insana bu adlari qoyarken evveline "abd" kelmesini elave etmek vacibdir. Chunki bu adlar yalniz Allaha aiddir. "De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur" ("Isra" - 110). "Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları şəfaət etməyə qadir olmazlar. (Müşriklər:) “Rəhman özünə övlad götürmüşdür!” – dedilər" ("Meryem", 87-88). "Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz" ("Meryem", 92). "“Bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!” ("Ya-Sin", 52).
Задан: 9 Январь, 2008 , Опубликовано: 9 Январь, 2008
samire | Esselamu eleykum ve rehmetullahi ve bereketuhu. Xahish edirem suallarima deqiq cavab yazasiniz. 1) Eshitdiyime gore, heyz zamani qadinlarin prakladkadan istifade etmeyi duzgun deyil (gunahdir), yeni ki, esgi parchasindan istifade etmelidirler ve onu da yumalidirlar, atmamalidirlar. Bu ne derecede duzgundur? 2) Xahish edirem sigenin ne oldugunu mene basha salasiniz. Bildiyime gore, sige muveqqeti evlilikdir. Hetta 1 saatliq, 1 gunluk, 1-2 ayliq da ola biler. Eger bele bir evlilik varsa, onda insanlar neye gore boyuk gunah ishledib zina edirler? Qabaqcadan size derin teshekkurumu bildirirem. Allah amaninda.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qadinlarin heyz gunlerinde dediyiniz muasir vasitelerden istifade etmesinin gunah olmasi barede malumatimiz yoxdur. Esas mesele - bedenin ve paltarlarin bulashmasinin qarshisini almaqdir. Bunun uchun saglamliga ziyan olmayan her bir vasiteden istifade etmek olar. Sige barede suallara defelerle cavab vermishik. Sual-cavab gushesinin evvelki sehifelerine muraciet etmeyinizi meslehet goruruk.
Задан: 9 Январь, 2008 , Опубликовано: 9 Январь, 2008
Mirfaig | Salamun Alaykum! Size bir neche sualim var. Zehmet olmasa onlari cavablandirin Inshallah. 1. Xanimlar Xanimi olan Fatimeyi-Zahra (s) Hazrati ALi (a) aile quranda neche yashi var idi? Xanim Fatimeyi-Zahra (s) vefat edende Imam Hasan (a), Imam Huseyn (a), Zeyneb (a) ve Ummul-Kulsumun (a) nece yashlari var idi? 2. Muherrem ayinin ilk 10 gununde oruc tutmaq mustehebdir, yoxsa haramdir? 3. Namaz zamani "Ya Allah", "Allah ozun komek ol" kimi ifadeleri istifade etmek secdeyi-Sehv yaradir yoxsa yox?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Revayete gore, Hazret Fatimeyi-Zahra (a) peygamberliyin 5-ci ilinde dogulmushdur. Hazret Ali (a) ile mubarek izdivaci ise, hicretin 2-ci ilinde bash vermishdir. Bu hesabla o hazretin ere gederken, teqriben 9 yashi var imish. Fatimeyi-Zahra (a) hicretin 11-ci ilinde 18 yashinda vefat etmishdir. Onun ovladlarinin dogum tarixleri bele qeyd olunub: Imam Hesen (a) - hicri 3-cu ilde dogulub (15 ramazan). Imam Huseyn (a) - hicri 4-cu ilde dogulub (3 shaban). Hazret Zeyneb - hicri 5-ci ilde dogulub (5 cemadiyul-evvel). Hazret Ummi-Kulsum - hicri 6-ci ilde dogulub. Hazret Muhsin - hicri 11-ci ilde anasinin betninde telef olub. 2. Muharrem ayinda oruc tutmaqa qadagan deyil. Yalniz ashura gununde oruc titmaq shia mezhebinde beyenilmir. Bunun sebebi barede oten sehifelerde suallarin birine etrafli cavab yazmishiq. Sunni mezhebinde ise ashura orucu musteheb bilinir. 3. Namazda namaza aid olmayan her hansi sozu qesden soylemek namazi batil eder. Qeyri-ixtiyari olaraq deyilse, secdeyi-sehv etmek lazimdir.
Задан: 8 Январь, 2008 , Опубликовано: 8 Январь, 2008
ayla | Salam, muselman baci ve qardashlar. Bu gunun telebile hamimiz internetde oluruq. Menim sualim ondan ibaretdir ki, chatda tanimadigin qiz ve oglanlarla danishmag gunahdir? Ve ya tanidigin birisidirse, onda nece? Cavab verdiyinize gore chox sag olun. ALLAH razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Eyni sualla defelerle bize muraciet edibler ve bir neche defe bu suala cavab yazmishiq. Sual-cavab gushesinin evvelki sehifelerinde bu sualin muxtelif variantlarda cavabini tapib oxuyun.
Задан: 8 Январь, 2008 , Опубликовано: 8 Январь, 2008
Taleh | Salam aleykum. ALLAH razi olsun sizlerden ki, bizleri maraqlandiran suallari cavablandirirsiz. ALLAH sizleri bu ishde daha da muveffeq etsin INSHALLAH. Sualim ise beledir: Peygemberden (s) bele bir hedis var. Buyurur: "Menim Eliye olan nisbetim Musanin Haruna olan nisbeti kimidir". Zehmet olmasa, bu hedisin gosterildiyi ve ya qeyd olundugu ehli-sunne menbelerini (ehli-sunne alimlerinin kitablari ve ya sayt, link) mene deyerdiz. Evvelcen chox sag olun. ALLAH razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. “Menzilet hedisi” adi ile meshhur olan bu hedisin metninde bele buyurulur: "(Ya Ali!). Senin mene nisbetin Harunun Musaya nisbeti kimidir; bu ferqle ki, menden sonra peygamber gelmeyecek". En genish yayilmish revayetlere esasen, bu hedisi Peygamber Tebuk seferi zamani demishdir. O zaman Ali (a) xeste oldugu uchun cihada qatila bilmemishdi ve Peygamber onu Medinede canishin qoymushdu. Bu, Alinin (a) ishtirak etmediyi yegane cihaddir. Medine munafiqleri fitne chixarib deyirler ki, Peygamber Alini (a) ozunden uzaqlashdirmaq uchun cihada aparmayib ve Medinede buraxib. Ali (a) bu dedi-qodulara son qoymaq uchun seferde olan Peygamberin huzuruna ozunu chatdirir ve danishilan shayieleri ona xeber verir. Onda Hazret Rasulullah (s) bu hedisi buyurur. Hedisin ba'zi metnlerinde "Meger razi olmazsanmi ki, senin mene nisbetin Harunun Musaya nisbeti kimi olsun?" yazilib. Shia eqidesine gore (bu fikir de sunni kitablarindaki hedislerle subut olunur), Peygamber bu kelmeni yalniz Tebuk qazvesinde deyil, bashqa vaxtlarda da bir neche defe buyurmushdur. "Menzilet" hedisi shia kitablarinda tez-tez xatirlanir ve Hazret Alinin (a) imametinin en tutarli subutlarindan biri sayilir. Chunki, tarixden ma’lum olduguna gore, Hazret Harun (a) Musa Peygamberin (a) qardashi ve silahdashi olmaqdan elave, hem de onun cansihini ve vesisi idi. Musa (a) muveqqeti olaraq qovmunu terk edib gedende (meselen, Tur dagina Allahla 40 gunluk minacata) Harunu oz yerine canishin tayin edirdi. Alinin (a) imametine inam shia mezhebinin eqide esaslarindan oldugu uchun, bu hedisin shia kitablarinda qeyd edilmesini qeyri-adi hesab etmirik ve hemin kitablarin adini Size bildirmeyi lazim saymiriq. Maraqli olan budur ki, “Menzilet” hedisi ehli-sunne menbelerinde hech de az xatirlanmayib ve tevatur heddindedir. Ya’ni choxlu sehabe terefinden muxtelif sened silsilesi ile revayet edilmishdir ve tam sahihdir. Bu hedisin qeyd edildiyi butun sunni kitablarinin adini yazmaq sadece olaraq mumkun deyildir, chunki hemin kitablarin sayi hedden choxdur. Tarix boyunca hem hedis, hem tarix, hem tefsir, hem de kelam (felsefe) movzularinda qeleme alinmish kitablarda “Menzilet” hedisi bu ve ya diger seviyyede ishiqlandirilmishdir. Ashagida en meshhur ehli-sunne kitablarindan ba’zilerinin adini ve hedisin unvanini qeyd edirik: 1. “Sahih-ul-Buxari”. “Kitabu fezailu eshab-un-Nebi”, “Ali ibn Abutalibin menaqibi” babi, hedis N 3706. “Kitab-ul-Megazi”, “Tebuk gazvesi” babi, hedis N 4416. 2. “Sahih-ul-Muslim” (Hedis 5 defe ferqli revayetlerle verilmishdir). “Kitabu fezail-us-sehabe”, “Ali ibn Abutalibin feziletlerinden” babi, hedisler N 6217-6221 (Muslimin “Sehih”inde hedislerin nomrelenmesinin diger qaydasina esasen hedislerin nomresi 2404-dur (30-32)). 3. “Sunen-ut-Tirmizi”, “Ebvab-ul-Menaqib”, bab 77, hedis N 3730 ve 3731. (Tirmizi qeyd edir ki, “bu hedis hesen ve sahihdir”). 4. “Sunenu Ibn Mace”, “Kitab-us-Sunne”, “Ali ibn Abutalibin fezileti” babi, hedis N 121. 5. “Musnedu Ahmed ibn Hanbel”de hedis muxtelif sehabelerin dilinden defelerle tekrar edilib (meselen, cild 1, seh. 170, 172, 175, 177, 184, 330 ve s.). 6. “Mustedrek-us-Sahiheyn” (Hakim Nishaburi) (cild 2, hedis 3294; cild 3, hedis 4575). 7. “Xesaisu-Emir-ul-mominin” (Imam Nesai) (hedis en azi 22 defe tekrar edilib, hedis N 11, 12, 44-den 63-e kimi). 8. “Et-Tebeqat-ul-kubra” (Ibn Sa’d) (cild 3, seh. 14-15; bu hedise ayrica fesl hesr olunub). 9. “Hilyet-ul-ovliya” (Abu Nuaym Isfahani) (seh. 740, 1501). 10. “Tarixu Bagdad” (Xetib Bagdadi) (cild 4, seh. 56). 11. Teberi “Tarix”i (cild 2, seh. 183). 12. “Usud-ul-gabe” (Ibn Esir) (cild 4, seh. 26). 13. “Kenz-ul-ummal” (Mutteqi Hindi). Bu kitabda hedis en azi 24 defe qeyd edilib (14242-ci hedisin sherhinde ve hedisler N 25554, 25555, 32881, 32886, 32915, 32931, 32932, 32933, 32934, 32935, 32936, 33616, 36345, 36392, 36395, 36470, 36488, 36489, 36495, 36496, 36517, 36572, 44216). 14. “El-Mo’cem-ul-kebir” (Teberani) (cild 11, hedis N 11092; cild 12, hedis N 12593). 15. “Musned-ut-Teyalisi” (hedis 209). 16. “Es-Sunen-ul-kubra” (Beyhaqi) (cild 9, hedis 17671). 17. “El-Bidayetu ven-nihaye” (“Ibn Kesir tarixi” adi ile taninir, cild 7, seh. 341; “Ali ibn Abutalibin xilafeti” behsi). 18. “Kifayet-ut-talib” (Genci Shafii) (seh. 264). 19. “El-Musennefu Ibn Ebu Sheyba” (cild 7, “Fezailu Ali ibn Abutalib”, bab 18, hedis 11). 20. “Tarix-ul-Islam” (Shemsuddin Zehebi) (cild 3, seh. 627, “Tebuk qazvesi” behsi). 21. “Sahih” (Ibn Hebban) (cild 15, hedis 6927). 22. “Musnedu Abu Ya’la” (cild 1, hedis 344). ve daha bir neche menbe. Bu hedisin “Tarixu Dimeshq”, “Mecme-uz-zevaid”, “Menaqibu Xarezmi”, “Menaqibu Ibn Megazili”, “Yenabi-ul-mevedde” kimi bashqa ehli-sunne kitablarinda da qeyd edildiyi bize ma’lumdur. Lakin hem siyahini chox uzatmamaq xatirine, hem de hemin kitablarin cild ve sehifelerinde hedisin heqiqeten oldugunu yoxlamaq vaxt ve zehmet teleb etdiyine gore, bundan artiq tedqiqat aparmaga luzum gormedik. QEYD: Ba’zi teessubkesh shexsler mubahiseli meselelerde onlara subutlar teqdim olunduqda, “cigalliq” edir, menbeleri yoxlamadan ve ya qesden meshhur kitablarin taninmamish neshrlerine baxaraq deyirler ki, guya deyilen hedisler eslinde hemin kitablarda yoxdur. Bu behaneleri kesmek uchun, saatlarca vaxtimizi serf edib, gosterilen kitablarin cild ve sehifelerini BIR-BIR arashdirdiq ki, hemin yerlerde bu hedisin olduguna emin olaq. Tedqiqat zamani ozumuzde olan kitablarin neshrinden (elbette ki, sunni olkelerindeki neshrler nezerde tutulur) ve internet variantlarindan istifade etmishik. Internetdeki www.sahab.org , www.saaid.net , www.darulkitap.com , www.fawayed.com , www.almaktba.com kimi unvanlarda zengin kitabxana kolleksiyasi toplanmishdir. Her kes bu saytlarda gosterilen kitablari tapib oxuya ve yazdiqlarimizin yalan olmadigina emin ola biler.
Задан: 8 Январь, 2008 , Опубликовано: 8 Январь, 2008
Elshen | Salam aleykum. Men sizi neche defe yaziram, cavab vermirsiz. Mene sizin komeyiniz, meslehetiniz lazimdir. Men ozum ibadet ehliyem, amma nedense sheytana uyub tovbemi pozmusham. Men yeniden hemin gunahima gore tovbe ede bileremmi? Insan 1 gunahina gore neche defe tovbe ede biler? ALLAH TEALA onu bagishlayarmi, tovbesini qebul edermi? Peshman olub sonuncu tovbe edende nece? ALLAH qelbleri bilendir ve biler ki, sonuncu tovbedir hemin gunahina gore. Men sheytani ozumden nece uzaqlashdira bilerem? Xahish edirem mene cavab veresiniz. Sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Eyni sualla nechenci defedir ki muraciet edirsiniz. Suali ilk defe gonderdiyinizde ona cavab vermishdik. Zehmet chekib evvelki sehifelere diqqetle baxin.
Задан: 8 Январь, 2008 , Опубликовано: 8 Январь, 2008
Nurana | Salam. Sizleri salamlayiram. Size bir sualim olacaq. Men bu yaxinlarda nishanlanmisham. Bilmek isterdim ki, bize kebin vacibdir? Chunki men ozum namaz gilanam. Kebin nece kesilmelidir? Hansi shertleri var? Chox xahish edirem, buna etrafli cavab veresiniz. Ikinci sualim ise ondan ibaretdir ki, uzr isteyirem her kesden, nishanlim eger meni opurse, men ondan sonra namaz gila bilerem? Yoxsa mutleg gusl almaliyam? Gusl yalniz su ile alinmalidir? Evvelceden cavablariniza gore chox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Evvela, munasibetlerinizin mehrem shekil almasini ve gunaha dushmemeyinizi isteyirsinizse, kebin kesdirmeyiniz meslehetdir. Kebinin shertleri ve qaydasi chox ehatelidir. Mezhebinizden asili olaraq muvafiq mezmunlu risalelere muraciet etmeyinizi meslehet goruruk. Yalniz esas sherti yadda saxlamaginizi isteyirik ki, bakire qizin kebinine babasi (atasinin atasi) ve ya atasi mutleq icaze vermelidir. Onlarin icazesi olmadan kesilen kebin batil hokmundedir. Opushmekle insanin boynuna qusl gelmez. Ister mehremle olsun, isterse de namehremle. Lakin kebinsiz halda namehremle opushmek gunahdir (nishanlinizla kebin kesdirmeyince, o Size namehrem sayilir). Bunu da qeyd edek ki, shafii mezhebinin fiqhine gore, kishinin ister oz halal heyat yoldashinin, isterse de yad qadinin bedeninin her hansi hissesine toxunmasi destemazi batil eder. Bu zamn hem kishinin, hem de qadinin destemazi pozular.
Задан: 8 Январь, 2008 , Опубликовано: 8 Январь, 2008
lale | Qax rayonu uchun namaz vaxtlarini haradan elde ede bilerik?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Baki vaxti uchun olan namaz cedvellerini goturub, her vaxtin ustunde lazim olan deyishikliyi apardiqdan sonra hemin cedvelden istifade ede bilersiniz. Bizde mehz Qax rayonu uchun namaz cedveli yoxdur. Lakin elimizde olan namaz cedvelinde bele bir malumat var ki, Zaqatala uchun namazlarin vaxti Baki vaxtindan 13 deqiqe sonra, Sheki uchun ise 10 deqiqe sonradir. Cografi enlik dairesi baximindan Qax rayonu teqriben Zaqatala ile Shekinin arasinda yerleshir. Ona gore de Bakinin namaz vaxtlarina 11-12 deqiqe elave etdikde Qax uchun namaz vaxtini elde edeceksiniz.
Задан: 8 Январь, 2008 , Опубликовано: 8 Январь, 2008
Ramin | Salamun aleykum. Palchig olan yerden kecherken paltarima palchig deyibse, bu paltarla namaz gila bileremmi? Bir de eshitdiyime gore, yagish yagan zaman paltara sichrayan su, yagish damcisi pak hokmu dashiyir, buna munasibetiniz?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Sherietimizde murdar olanlar (necaset) bellidir ve palchiq onlarin sirasinda deyil. Umumiyyetle, neces oldugu ve necese batdigi yeqinlikle bilinmeyen her shey pak hokmundedir. Yagish suyu, palchiq da pakdir.
Задан: 8 Январь, 2008 , Опубликовано: 8 Январь, 2008
Страница 5500 из 5554 << < 5496 5497 5498 5499 5500 5501 5502 5503 5504 > >>
© 2019 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com