Страница 5514 из 5556 << < 5510 5511 5512 5513 5514 5515 5516 5517 5518 > >>
Azer | Salam Eleykum! Xahis edirem bu sualimi mumkunse cavablandirasiniz InshaAllah. Menim hansisa bir shexsin namazi baresinde sehv nese axtarmaq, onun duz ishde olub-olmamasi barede qerarlar vermeyim duzdur? Halbuki ozum de namaz qilmiram ve ustelik de haram ishlerle meshgulam. Evvelceden teshekkurler! Allah yardimciniz olsun InshaAllah!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Muselman shexs bashqalarina qarshi hemishe husn-niyyetde olmalidir. Ya'ni bashqasinin sehvlerini deyil, yaxshi cehetlerini gormeye ve qiymetlendirmeye chalishmalidir. Ozgede daim sehv axtarmaq yaxshi xasiyyet deyil. Imam Zeynulabidin (a) buyurmushdur ki, ozunden yashca kichik insanlarin senden daha ustun oldugunu dushun; chunki onlar senden az yashadiqlari uchun senden az gunah edibler. Ozunden yashli adamlara da musbet gozle bax; chunki onlar senden chox yashadiqlari uchun daha artiq savab ishler gorubler. Elbette, bu, o demek deyil ki, muselman movqesiz ve munasibetsiz olmalidir. Prinsipial munasibet gosterilmesi teleb olunan hallarda mutleq muselman shexs oz movqeyini numayish etdirmelidir. Lakin imkan cherchivesinde, dinin ve muselmanlarin maraqlarina zerbe vurmamaq sherti ile insanlarin pis cehetlerini yaymaqdan, hamiya chatdirmaqdan ve onlari rusvay etmekden uzaq durmaq lazimdir. Insan bashqalarini bagishlamalidir ki, Allah da onu bagishlasin. Insan bashqalarinin eybini gizletmelidir ki, Allah da onun eyblerini gizletsin.
Задан: 3 Декабрь, 2007 , Опубликовано: 3 Декабрь, 2007
kenan152 | Essellamu aleykum ve rehmetullahi ve bereketuh. 1-ci sualim: Men bilmek isteyirem ki, sag elin icinde 18, sol elin icinde ise 81 yazilmagin menasi nedir? 2-ci sualim: Menim yoldashim qaranliqda namaz qilir, sebebini sorushduqda ise demir. Bunun bir menasi var? Sag olun, "ALLAH" razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1 - Insanin ovuclarindaki xetlerin mutleq me'nada arab reqemleri ile "18" ve "81" oldugunu deye bilmerik. Ola biler ki, bu xetler tam tesaduf uzunden hemin reqemlere oxshayir. Ola da biler ki, hemin xetler daha neyi ise bildirir. Amma camaat ichinde yayilmish fikre gore, guya Allah bununla oz nishane ve elametlerini insana gostermek istemishdir. Chunki Quranin "Fussilet" suresinin 53-cu ayesinde buyurulur: "Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!". Be'zileri ovuclardaki xetlerin de ayedeki "onlarin (ya'ni insanlarin) oz daxilinde" ifadesinin izahi hesab edirler. Mesele bundadir ki, 18 ve 81 reqemlerinin cemi 99-dur ki, bu da Allahin gozel adlarinin sayinin cemidir. Her halda, bu mesele barede deqiq bir soz deye bilmerik. 2 - Yoldashinizin niye qaranliqda namaz qilmasinin sebebini onun ozunden sorushun.
Задан: 3 Декабрь, 2007 , Опубликовано: 3 Декабрь, 2007
zaur | Essalamu aleykum. Kishi gumush boyunbagi ile namaz qila bilermi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Beli, kishinin her zaman, o cumleden, namaz vaxti gumush bezek eshyalarindan (uzuk, qolbaq, boyun zenciri) istifade etmesi caizdir.
Задан: 3 Декабрь, 2007 , Опубликовано: 3 Декабрь, 2007
Momine | Salamun aleykum. Size bir sualim var: namaz qilarken qunut tutmaq vacibdirmi? Evvelceden teshekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Namazda qiraatdan sonra rukudan qabaq qunut tutmaq vacib deyil, mustehebdir. Shia mezhebine gore, eger insan qesden namazda qunut tutmasa, qeza lazim deyil. Eger qunut tutmasa ve rukudan qabaq bunu xatirlasa, qunut tutmali, sonra rukuya getmelidir. Eger ruku halinda yadina dushse ki, qunut tutmayib, onda rukudan qalxandan sonra qeza etmelidir. Eger secde halinda qunut tutmadigi yadina dushse, namazi bitirenden derhal sonra qeza etsin.
Задан: 3 Декабрь, 2007 , Опубликовано: 3 Декабрь, 2007
KEMALE | Salam. Manim bir sualim var. Men bir shirketde ishleyirem. Namazlarimi qeza olmadigi ucun menim ish emekdashimdan xahish etmishem ki, nahar vaxti oz ish otaginda mene 15 dag. icaze versin namazimi qilim. Menim onu narahat etmeyime qore anam deyir, bu duzgun deyil, menim namaz qilmagim kimese mane olmamalidir. Siz deyin bu ne qeder duzqundur? Evvelceden minnetdarligimi bildirirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Namazin qabul olmasinin esas shertlerinden biri budur ki, namaz qilinan yer qesbi olmamalidir. Ya'ni yerin sahibi icaze vermelidir ki, o yerde namaz qilinsin. Sahibi narazi oldugu halda, hemin yerde namaz qilmaq gunahdir ve namaz batildir. Duzdur, ish yoldashinzin oturdugu otaq onun shexsi mulku deyildir, amma her ehtimala qarshi, onun raziligini almaginiz meslehetdir. Eger ish yoldashiniz Sizin hemin otaqda namaz qilmaginiza etiraz etmirse ve konullu olaraq Size sherait yaradirsa, namaziniz duzgundur.
Задан: 3 Декабрь, 2007 , Опубликовано: 3 Декабрь, 2007
ROVSEN | SALAM ALEYKUM. Chox sag olun ki, evvelki sualima cavab yazmisiniz. ALLAH razi osun. Uzr isteyirem, amma size yene sualim var. 1. Menim bir tanishim indi mustehebb oruc tutmaq isteyir, amma imsak ve iftar vaxtlanini bilmir. Onu nece mueyyen etmek olar? 2. CUME NAMAZI ne derecede vacibdir? Men SHUKURLER olsun ki, cumeleri qachirmiram. Amma bezen ya imtahanlarim, ya da menden asili olmayan ishler cumeye dushur, onda gede bilimirem. Onda mene gunah yazilirmi? Evvvelceden chox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1 - Orucun vaxtlari Ramazan ayinda hansi esaslarla hesablanirsa, bashqa aylarda da o cur hesablanir. Dostunuz oruc tutmaq istediyi gunun namaz cedveline baxsin, subh azanindan megrib azanina kimi oruc tutsun. Ya'ni orucun bashladigi an - subh azaninin vaxti, bitdiyi an ise megrib azaninin vaxtidir. 2 - Cuma namazina muselman mezheblerinin baxishi muxtelifdir. Shia mezhebinde genish yayilmish fikre gore 12-ci imamin qeybet dovrunde cuma namazini qilmaq vacib deyildir. Bu da hazirki dovrde cuma namazlarinda vacib olan ba'zi shertlerin heyata kechirile bilmemesi ile baglidir. Amma ehli-sunne mezhebinde cuma namazini qilmaq vacibdir. Lakin bu, o demek deyildir ki, uzrku shexsler de oz ishlerini atib cuma namazi uchun mescide getmelidirler. Xesteler, xesteye qulluq edenler, xidmeti vezifesine gore namaza gele bilmeyenler, namaz zamani dersde olan shagird ve telebeler cuma namazindan azaddirlar. Onlar cuma namazinin evezine adi zohr namazi qilmalidirlar. Siz telebesiniz. Islam dininde elm oyrenmek her bir muselman kishi ve qadina farz bilinib. Eger cuma namazinin vaxti dersinizin ve ya imtahaninizin vaxti ile ust-uste dushse, siz dersde olmalisiniz. Bu halda, dersi uzrsuz olaraq buraxib bashqa yere, hetta cuma namazi uchun mescide bele, getmeyiniz gunahdir ve hemin sheraitde qildiginiz cuma namazi da qabul olmayacaqdir. Bir halda ki, uzrlu shexslere cuma namazinin evezine zohr namazi qilmaq icazesi verilib, Siz de buna amel etmelisiniz. Inanin, eger dersden ve ya imtahandan yayinmasaniz ve oz tedrisinize qarshi diqqetli olsaniz, Allah ele cuma namazinda ishtirak eden shexsin savabi qeder savabi Size verer inshaAllah.
Задан: 3 Декабрь, 2007 , Опубликовано: 3 Декабрь, 2007
sabina | 2 aile (bacimin ailesi ve bizim aile) birleshib Qurban kese biler? Bu qebul olar?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Islam sherietine gore, qurban kesmek haccda olanlara vacibdir. Vetende olan shexslerin qurban kesmesi mustehebdir. Hacc zamani qurbanliqda sherik olmagin hokmu barede kechen suallarin birine etrali cavab vermishik. Vetende kesilen qurbanlara iki ailenin sherik olmasi duzgundur inshaAllah. Allah qurbaninizi qabul etsin!
Задан: 3 Декабрь, 2007 , Опубликовано: 3 Декабрь, 2007
Mehdi | Salam Aleykum! Manim bela sualim var. 1 - Qohum olmayan qadinla bir otagda namaz qilmaq duzgundumu? 2 - Umumiyatla qadinlarin oz evlarinda namaz qilmaqlari yaxshi olar, yoxsa mascitda? 3 - Agar manim masalan, Zohr namazim qazaya qalibsa va Asr namazin vaxtinda kecib amma qazaya qalmayib. 1-ci qazani(Zohr) qilsam yaxshidir, yoxsa Asr qilib sonr? Salam Aleykum, Allah razi olsun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1 - Beli, namehrem qadinla eyni otaqda namaz qilmaq olar. Yalniz bu zaman qadinin kishiden bir qeder arxada durmasi lazimdir. Ba'zi alimler soylemishler ki, namaz zamani qadinin secde yeri kishinin dizleri beraberinde olsa, bu mesafe kifayet eder. Ba'zi alimler onlarin arasinda en azi bir qarish, ba'zileri ise hetta 5 metr mesafe olmasini shert bilmishler. 2 - Qadinin mescidde namaz qilmasinin hech bir ziyani yoxdur, eksine, savabi var. 3 - Eda ve qeza namazlarinin hansi birinin evvel qilinmasinin ferqi yoxdur. Amma eger vaxt azdirsa, evvel eda namazi qilinmalidir. Meselen. dediyiniz kimi, zohr namazi qezaya qalibsa ve asr namazinin da vaxtinin bitmesine az qalirsa, evvelce asri eda etmek, sonra zohru qeza etmek lazimdir.
Задан: 3 Декабрь, 2007 , Опубликовано: 3 Декабрь, 2007
Banda | Assalamu aleykum.Butun baci va qardaslarima salam/ Sizdan avvalcadan uzr istayiram.Agar gun asiri bovl etsam va yuyunmaga imkan olmasa galib yuyunub hamin paltarla (alt) namaz qila bilaram? Birdaki bovl daymis alt paltariyla dastamaz alandan sonra namaz qilmaq olar?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Sidikden sonra yuynmadiqda alt paltarin azaciq da olsa bulashacagi yeqindir. Buna gore de hem bedeninizin bulashmish hisselerini pak etmeli, hem de alt paltarinizi pak etmeli ve ya deyishmelisiniz. Sidik deymish alt paltari ile destemaz almaq da duzgun deyil ve bu halda destemaz batildir.
Задан: 1 Декабрь, 2007 , Опубликовано: 1 Декабрь, 2007
Shie | Bir dene de sualim var, artiq furu meselesidir: Uzerinde latin elifbasi ile Allahin, Peyghember ve Imamlarin adlari, hedis ve Quran ayeleri yazilmish kaghizlari adi zibil kimi atmaq ve yandirmaq ve destemazsiz onlara el vurmaq olarmi? Yoxsa onlarin hokmu ereb elifbasi ile yazilmish olanlardan hech ferqlenmir?
Ответ / Cavab

Aleykumus-alam ve rahmatullahi ve berekatuh. Allahin, Peygamberin ve imamlarin muqaddes adlari hansi elifba ile yazilsalar da, eyni hokmdedirler ve onlara ehtiram gosterilmelidir. Latin elifbasi ile yazilmish olsalar, onlara destemazsiz deymek, zibilliye atmaq, yandirmaq olmaz. Quran ayelerinin ve hedislerin tercumesinde Allahin ve muqaddeslerin adlarinin ishlenme ehtimali oldugu uchun, onlara da ehtiram gosterilmelidir.
Задан: 1 Декабрь, 2007 , Опубликовано: 1 Декабрь, 2007
Shie | Salamun aleykum mominler! Cavablarin birinde shieliyin muxtelif firqeleri barede melumat verende yazdiniz ki, bezi imamlar vefat etdikden sonra kimin novbeti imam oldughunu achiq beyan etmemishler ve bunun neticesinde shieler muxtelif firqelere bolunduler. Biz 12 imam shiesiyik, amma adam gerek her sheyi ve en esas usulidini delilnen qebul elesin. Bizim alimlerimiz sunnilerle daha chox mubahise etdiklerine gore bizim ilk imamlarimiz barede melumatimiz choxdur, yani, meselen, bilirik ki Peyghember (s.) nece ve harada imam Ali (a.)-i imam teyin edib. Ve, duzdur, hedisler var ki imamlar Ali (a.), Hesen (a.), Huseyn (a.) ve onun neslinden 9 nefer imam olacaq. Amma bashqa imamlarin, konkret her bir imamin imametine delilim yoxdur - yani bilmirem. Ona gore xahish edirem ki, meni ve bashqa mominleri agah edesiniz. Suallarim konkret bunlardir: her bir imamin sonraki imami teyin etdiyine birmenali delilimiz (meselen, hedis) varmi? Xususile chox mubahiseli olan meseleler: Mehemmed Baqir (a
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Verdiyiniz suallar chox ehateli cavab teleb edir. Sual-cavab gushesinin buna imkani yoxdur. Umumiyyetle, bu cur ehateli movzular barede malumat almaq isteyen shexs mutleq dini kitablara muraciet etmelidir. Sheherimizde Sizin suallariniza cavablari ehate eden istenilen qeder kitab satilir ve kitabxanalarda ehalinin ixtiyarina verilir. Komek olaraq, meslehet goruruk ki, www.al-shia.com saytinin azeri, rus ve turk dillerindeki resurslarina nezer salasiniz. Yeqin ki, hemin saytin kitabxana bolmesindeki kitablarda lazimi informasiyani elde edeceksiniz.
Задан: 1 Декабрь, 2007 , Опубликовано: 1 Декабрь, 2007
Tahir | Salamaleykum. Allah sizden razi olsun. Bu sayitda suallarimiza cavab tapiriq. Buzovnada olan ziyaretgah haqqinda yazmaqinizi xahish ediem
Ответ / Cavab

Задан: 1 Декабрь, 2007 , Опубликовано: 1 Декабрь, 2007
adam | Salam aleykum. Size bele 1 sualim var: insanin hansi eli chirkin sayilir: sag ve ya sol?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Umumiyyetle, insanin ne sag, ne de sol eli chirkin sayilmir. Amma Islama gore, insanin bedeninin sag terefi daha sherafetlidir ve ustun cehetleri temsil edir. Meselen, xeyir amelleri yazan meleyin sag chiyinde, gunahlari yazan meleyin sol chiyinde oturdugu tesevvur edilir. Qiyametde mominlerin amel defteri sag ellerine, kafirlerin amel deteri sol ellerine verilecek. Quranda "sag teref ehli" deyerken mominler, "sol teref ehli" deyerken kafirler nezerde tutulur. Destemaz, qusl zamani birinci sag teref yuyulur. Yemeyi sag elle yemek mustahebdir. Uzuk sag elin barmagina taxilsa yaxshidir. Tualetde insan ozunu sol elle yumalidir ve s. e i.a. Obrazli ifade ile desek, bedenin sag terefi insanin imanini, aglini, ilahi bagliliqlarini temsil edir. Sol teref ise dunyaya bagliliq, hissiyyat, shehvet, ehtiras temsilchisidir.
Задан: 1 Декабрь, 2007 , Опубликовано: 1 Декабрь, 2007
shovket | Esselamu aleykum ve rehmetullah. Sizden bele bir xahishim var. Men ingilisce namazin telimini axtariram. Eger bele sayitlar varsa, bir nechesinin adini yazmaginizi xahish edirem. Evvelceden teshekkurler.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Eger caferi (shia) mezhebinin namaz qaydalarini axtarirsinizsa, ashagidaki internet unvaninin Size faydali olacagini dushunuruk: http://www.al-shia.com/html/eng/p.php?p=Ahkam&url=Laws Eger ehli-sunne namazinin qilinma qaydasi Sizi maraqlandirirsa, bu unvana baxin: http://www.islamicacademy.org/html/Learn_Now/English/How_to_perform_Namaz.htm http://www.jannah.com/learn/prayer.html Namazin qilinma qaydalarinin ingilis diline tercumeleri uchun internet shebekesinde ozunuzun de axtarish aparmaginizi meslehet goruruk.
Задан: 1 Декабрь, 2007 , Опубликовано: 1 Декабрь, 2007
Casan | Salam aleykum, Mescidlerde ve qebir ustlerinde sham yandirmaq, bu haqda dinde nese varmi?Allah razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qebirlerin uzerinde, pirlerde ve mescidlerde sham yandirmaq camaat terefinden deb halina salinmish ve Islama yarashmayan bir hereketdir. Bu qayda xristian kilselerine mexsusdur. Islam dinine bagliligi ve uygunlugu olmadigi uchun, legv olunmasi lazimdir.
Задан: 30 Ноябрь, 2007 , Опубликовано: 30 Ноябрь, 2007
ROVSEN | Salam eleykum. Evvela cox sagolun ki bizim ucun bele serait yaratmisiniz. Bilmedikerimizi sizin sayenizde oyrenirik. ALLAH sizden razi olsun.sualm beledir. eger bir insan oz savadi ile pul qazanirsa bu halaldirmi? beleki eger menim futbol savadim varsa men bunun sayesinde futbola pul qoyub bundan pul goture bileremmi? evvelcede cox sagolun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Insanin oz savadi ile pul qazanmasi halaldir. Umumiyyetle, insan ya biliyi-savadi, ya da gucu-quvvesi ile ruzi qazanir. Lakin bu bilik halal yola yoneldilmelidir. Eger Siz futbol oyunlarinin neticelerini proqnozlashdirir, oyunlara pul qoyub udursunuzsa (sualinizdan bele anlashildi), bilin ki, bu amel gunahdir ve qazandiginiz pullar Size haramdir. Chunki bu, qumarin bir novudur, qumar ise dinimizde qadagan olunub. Yox, eger "futbola pul qoymaq" deyerken bashqa bir sheyi nezerde tutursunuzsa, sualinizi daha konkretleshdirmeyi meslehet goruruk .
Задан: 30 Ноябрь, 2007 , Опубликовано: 30 Ноябрь, 2007
Zumrud | As-salamun eleykim ve rehmetullahi ve bereketuh. Esitmisem ki, qadinla kishi rastlasharken eyer 1-ci qadin salam verse tekce (salam) demelidir. Eyer 1-ci kishi salam verdikde (salam-eleykim) deyerse qadin da salam-eleykim cavab vere biler. Yani ki, qadinin kishiye tekce salam demesi gunahdir. Bu ne derecede dogrudur?Teshekkur edirem sox saq olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Islamda kishi ile qadinin salam verme qaydalari arasinda qeti ve konkret ferq muayyen olunmayib. Umumiyyetle, kishi ile qadinin arasinda gunah amel ve ya niyyet toretmemek sherti ile unsiyyete icaze verilir. Salamin hokmu de beledir. Eger ehateli ve genish salamlashmaq neticesinde fesad yaranma ehtimali varsa, elbette, salami en qisa shekilde vermek meslehetdir. Tarixden ma'lumdur ki, Hazret Ali (a) umumiyyetle cavan qadinlara birinci salam vermezdi. Sebebini sorushanlara deyirdi ki, onun sesinin mene xosh geleceyinden qorxuram. Elbette, Imam Ali (a) ma'sum oldugu uchun, oz hisslerini cilovlaya bilirdi ve namehrem qadinin sesi o hezreti gunaha sovq ede bilmezdi. Muqaddeslerin bir chox kelamlari kimi, bu soz de eslinde muselmanlara oyud-nesihet ve ibret olaraq soylenmishdir. Imam bu sozlerle insanlara basha salmaq isteyirdi ki, eger onlar namehrem qadinin sesinden shehvete geleceklerini ehtimal edirlerse, hemin qadinla hech bir unsiyyet saxlamasalar daha yaxshidir. Duzdur, salam vermeyin savabi boyukdur. Lakin bu savab xatirine daha agir olan bir gunaha bulashmaga deymez.
Задан: 29 Ноябрь, 2007 , Опубликовано: 29 Ноябрь, 2007
Zumrud | As-salamu eleykim ve rehmetullahi ve bereketuh.Meni bir sual maraqlqandirir.Niye gore insan olende sinesine guzgu qoyurlar,hemcinin qebir ustunden qayidana qeder yerine das qoyurlar?Tesekkur edirem cox saq olun
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Dediyiniz meseleler sirf milli adet-enenelerdir ve Islamla bir elaqesi yoxdur. Islam dininin ruhuna, esas gosterishlerine zidd gelmeyen adetlerin xalq ichinde yashamasina icaze verilir. Olunun yerine dash qoyulmasinin me'nasini biz de ozumuz uchun tam aydinlashdira bilmedik. Deyilenlere gore, bu adet, hemin evden o meyitin sonuncu olmasi arzusu ile yerine yetirilir. Chunki xalq arasinda arzuolunmaz bir adamin arxasinca dash atmaq, ve ya "get, dalinca da qara dash" demek adet halini alib. Olunu defne aparandan sonra yerine guya ona gore dash qoyurlar ki, o, hemin evde axirinci olu olsun. Amma meyitin sinesine guzgu qoyulmasinin chox musbet neticesi oldugunu dushunuruk. Ma'lumdur ki, ba'zen insanlar klinik olum kechirirler. Insan zahiren tam olu kimi hereketsiz qalir ve etrafdakilar onun vefat etdiyini dushunurler. Hetta ba'zen bele adami defn etmek isteyende ayilib ozune gelir. Ba'zen klinik olum kechirmish adam hemin sehv ucbatindan diri halda qebre qoyulur, sonra qebirde ayilir ve dehshetden ureyi partlayib helak olur. Tarixde bele hadiseler chox olub. Insanin heqiqeten rahmete getdiyini yoxsa klinik olum halinda oldugunu tayin etmeyin en asan yolu agzina guzgu tutmaqdir. Eger o diridirse, yavashca da olsa nefes alacaq ve bu zaman guzgu onun nefesinden terliyecek. Meyitin sinesine guzgu qoymaqla eslinde onun olu yoxsa diri oldugunu yoxlamish oluruq.
Задан: 29 Ноябрь, 2007 , Опубликовано: 29 Ноябрь, 2007
sabina | Esselamu aleykum ve rehmetullahi ve berekatuh. Menim Size 2 sualim var. 1. Men zohr ve esir namazlarini ishde qildigim ucun qishda ayagima kalqotkanin ustunden mes cekirem. bele etmek olar? 2. Men salamlardan sonra meleklere salam verirem sonra "Ixlas" suresini, sonra ise 3 defe "Allahu Ekber" deyirem, bu duzdurmu? Evvelceden oz minnetdarligimi bildirirem. Allah Sizden razi olsun! Sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1 - Eger ehli-sunne mezhebine etiqad besleyirsinizse, dediyiniz kimi mesh chekib namazinizi qila bilersiniz. Shia mezhebinde corabin ustunden mesh chekmeye son derece zeruret hallarinda icaze verilir. Meselen: insan xeste olarsa ve ayagin ustune yash eli surtmek onun saglamligi uchun tehluke toredirse ve ya hava hedden artiq soyuqdursa ve corabi chixarmaqla insanin saglamligina ciddi zerer gelecekse, ya da ayaqqabisini ve corabini chiracagi halda ogru terefinden ogurlanacagina guclu ehtimal varsa. Bu shertlerden bashqa hallarda (corabi chixarmaga tenbellik edirse, camaatin ona istehza edeceyinden chekinirse, corabi chixarmaq uchun hazirliq ishleri gormelidirse) corab uzerine mesh etmeye icaze verilmir. 2 - Namazdan sonra istediyiniz duani istediyiniz ardicilliqla oxuya bilersiniz. Dediyiniz ardicilliqla dua etmek duzgundur.
Задан: 29 Ноябрь, 2007 , Опубликовано: 29 Ноябрь, 2007
selmi | Men bir sexsden borc almishdim,2gun erzinde qaytarmaq shertile .avariyaya dusduyumden borcu vaxtinda vere bilmirem,sonra utandigimdan ve qorxdugumdan borcu vere bilmirem.hemin vaxt 2005 ci il idi.artiq 2007dir.borcum 400$dir,cox utaniram ve qorxuram,bunun gunahini yumaq ucun ne etmeliyem,borcumdan artiq ne qeder vermeliyem,ziyan vurdugumcun ve bashqa ne etmeliyem,ilk addimi ata bilmirem,hemise sabahlara saxlayiram,cox vicdan ezabi cekirem,men pis insan deyilem,o menim elaqe tel bilmir,cox caresizem
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Meslehet goruruk ki, borc aldiginiz adami tapib halalliq alasiniz. Ondan gizlenmekle yaxshi ish gormursunuz. Inaniriq ki, veziyyeti ona vaxtinda izah etseydiniz, Sizi basha dusherdi. Hele gec deyil. O adamla elaqe saxlayin ve vicdaninizi rahat edin. Borcun miqdarina gelince, eger oten vaxt erzinde ciddi inflyasiya bash vermishse, borcun miqdarini hazirki mezenneye chevirib qaytarmalisiniz.
Задан: 29 Ноябрь, 2007 , Опубликовано: 29 Ноябрь, 2007
Страница 5514 из 5556 << < 5510 5511 5512 5513 5514 5515 5516 5517 5518 > >>
© 2019 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com