Страница 5538 из 5614 << < 5534 5535 5536 5537 5538 5539 5540 5541 5542 > >>
musulmanka | Salam Aleykum Islam.az,menim suallarim qeza namazlariyla baglidir.Men namaza yetkinlik yawindan teqriben 8 9 il sonram bawlamiwam. Mene demiwdiler ki o qilmadigin namazlarin qezasinida sen qilmalisan, ve mende her gun bele edirdim, yeni her gun her namazdan 2dene qilirdim 1 gunun namazini daliycanda onun qezasini.amma men cox cetinlik cekirem qezalarimi teyin edende,yeni deqiq bilmirem ki neqeder qeza namazim var.sizlerden cox xaiw edirem mene kecmiw illerin qeza namazlari qilinma qaydasinin bir linkini veresiz. Yeni qilinma qaydasi,niyetinde vacib yoxsa sadece qurbeten ilellah deyilmelidi, qilinma vaxtlari,ardicilig ve saire,cox xaiw edirem bu haqda mene geniw melumat veresiz eger mumkunse.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Butun namazlar kimi, qeza namazini da qilarken niyyetin dille deyilmesi vacib deyil, ureyinizden kechirseniz kifayetdir. Muayyen edin ki, hansi vaxtin namazini, hansi namazi (subh, zohr, asr, megrib ya isha) qeza edirsiniz. Sizin dediyiniz halda, qeza namazlariniz vacibdir, ona gore "qeza vacib, qurbeten ilellah" kimi niyyet etmelisiniz. Sualda yazdiginiz shekilde qeza namazlainizi qilmaginiz chox yaxshi haldir. Bu shekilde qilsaniz, hem ardicilliga tam riayet olmush olarsiniz ve muctehidlerin hech birinin fetvalarina zidd chixmazsiniz, hem de qezalarinizi qisa muddet erzinde bitirersiniz. Qeza namazlarini gunun istenilen vaxtinda qila bilersiniz. Isteseniz, 17 ruket qezani ardicil qilin, isteseniz, her eda namazindan sonra, bir qeza namazi qilin (meselen, zohr namazindan sonra zohr namazinin qezasi, asr namazinda sonra asr namazinin qezasi). Qeza namazinin qilinma qaydalari barede Ayetullah-ul-uzma Sistaninin risalesinden meselelerin internet unvani: http://www.al-shia.com/html/azr/shariat/resaleh/019.htm#link177
Задан: 5 Март, 2008 , Опубликовано: 5 Март, 2008
haci-r | salam aleykum.men depozit barede sual verdimisdim cavab bankin halalligindan aslidir amma banklar adaten kredit yolla pul gazanirlar ve bankin hallal ve ya haram fealiyyetini mene hec kim demez odurki xahis edirem mene cavabin tam aciglamasini deyesiniz.gunaha batmaq istemirem. hallaldi ve ya haram ALLAH SIZDEN RAZI OLSUN
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Uzr isteyirik, amma biz bu suala Sizin istediyiniz formada cavab vere bilmeyeceyik. Chunki bizim meqsedimiz Islam dininin eqidevi, exlaqi, sher'i ve tarixi meseleleri barede nezeri bilikleri elde etmekde oxuculara yardim gostermekdir. Biz olkede fealiyyet gosteren bu ve ya diger muessisenin fealiyyetini arashdirmagi ve onlardan her hansi birini reklam (ve ya anti-reklam) etmeyi qarshimiza meqsed qoymamishiq. Banka maliyye vesaiti yatirmagi Siz planlashdirirsiniz ve bunu oyrenmek Sizin maraginizdadir. Kenardan bir shexsin bankin fealiyyet proqrami ile tanish olmaq istemesi bank rehberliyi terefinden duzgun anlashilmaya biler. Lakin eger banka yatirim etmek isteyen shexs bunu arzu ederse, bank onun suallarini cavablandirmaga (bank sirrlerini yaymamaq sherti ile) maraqlidir. Ona gore de, hesab edirik ki, Sizin ozunuz bunu oyrenmeye daha chox shanslisiniz.
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
muslim girl |

Bir de, sizlerden chox xahish edirem, 'ehtiyati-vacib' barede Ayetullah Uzma Sistaninin fetvasini veresiz (linkini), ve eger mumkunse, mene bir link veresiz dini sozlerin (ye'ni risalelerde ishledilen sozlerin) tercumesi olsun, bir luget kimi. Chunki men chox vaxt sozleri basha dushmurem ve fetvanin da me'nasini anlamiram. ALLAH razi osun.

Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ayetullah-ul-uzma Sistani "ehtiyati-vacib" anlayishina bele ma'na verir: "Məsələ 6: Ə’ləm müctəhidin fətva verdiyi bir məsələdə, o müctəhidin müqəllidi, yə’ni ona təqlid edən şəxs başqa müctəhidin fətvasına əməl edə bilməz. Amma fətva verməsə və «ehtiyat bu şəkildə əməl etməkdir» - deyərsə, məsələn; ehtiyat budur ki, namazın birinci və ikinci rük’ətində Həmdi oxuduqdan sonra şəxs bir surə oxumalıdır, müqəllid ya vacib ehtiyat deyilən bu ehtiyata əməl etməlidir, yaxud ondan sonrakı mərhələdəki ə'ləmlik dərəcəsini gözləməklə başqa bir müctəhidin fətvasına əməl etməlidir. Belə ki, əgər o müctəhid təkcə Həmdi kifayət bilirsə, buna əsasən o, surəni tərk edə bilər. Həmçinin ə’ləm müctəhid bir məsələnin üzərində düşünülməli və ya işkallı olduğunu deyərsə, bu da eyni hökmdədir". Menbe: http://www.al-shia.com/html/azr/shariat/resaleh/001.htm#link2 Risalelerde ishledilen dini terminlerin izahi barede ise ashagidaki internet unvaninda ma'lumat ala bilersiniz: http://www.al-shia.com/html/azr/shariat/resaleh/042.htm#link343

Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
ALLAHIN QULU orxan | Salam, eziz qardashlar. Men adimin achiqlanmasini istemeyen ALLAHIN BIR QULUYAM. Ozum felsefe elmleri doktoruyam. Choxdan namaz qiliram. Amma tezelikde bilmishem ki, men namazi duz qilmamisham. Ya'ni sehv yolda olmusham, EZIZ PEYGEMBERIMIZ-in dediyi QURAN ve EHLI-BEYT yolu ile yox, QURAN ve ehli-sunnet yolunda olmushdum. EZIZ PEYGEMBERIMIZIN EHLI-BEYTINI ve CEFERI-SADiQi bir kenara qoyaraq, Abu Hureyre, Abu Henife, Henbel ve Buxari kimilerin soyledikleri hedis ve revayetlerle sinemi doldurmushdum. Bunlar azmish kimi, hele Ibn Teymiyye, Ibn Qeyyum, Ibn Abdul-vahhab ve bin Bezz kimilerin de ashiqi (selefi-ve ya vahhabi) olmushdum. Amma uzun tehqiqat ve arashdirmalardan sonra bu ashiqliyim shubheye chevrildi. Ve bir muddetden sonra artiq menim bunlara olan eshqim temamen ve yeqinen aradan getdi, yerinde ise ebedi = tukenmez PEYGEMBER VE EHLI-BEYT mehebbeti qedem saldi. Xahish edirem deyesiniz ki, menim o vaxt qildigim namazlarin hokmu necedir ve qezasi lazimdirmi? Yaxud ehtiyac yoxdurmu?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Xeyr, ehli-sunne eqidesinde oldugunuz zaman qildiginiz namazlarin ve tutdugunuz oruclarin qezasi lazim deyil.
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
muslim girl | Salam islam.az, zehmet olmasa, mene Ayetullah uzma Sistaninin fitvasini vererdiniz namazla bagli, ye'ni namazlari hansi ardiciligda qilmaliyam: qeza, eda ve sair?Ssizlerden chox xahish edirem. ALLAH razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ayetullah-ul-uzma Seyyid Ali Sistaninin risalesinin azerbaycan diline tercumesinin elektron unvani beledir: http://al-shia.com/html/azr/shariat/resaleh/index.htm
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
L_Memmedova | Assalamu aleykum e rehmetullahi ve berekatuhu Zehmet olmazsa cavablarinizi Ayetullah-ul-uzma Sistaniye esasen cavablandirasiniz. 1-Destemaz aldiqdan sonra uzde, yaxud elin uzerinde kichik xal boyda yaranin kozu qopub qanasa, destemaz batildirmi? Ye'ni etrafi bulashdiracaq derecede deyil qan. 2-Namaz qilarken eli terpedib meselchun uzun qashinan hissesini qashimag olar? 3-Mescidde namaz qilarken bir xanim men ve mohurun arasindan kechdi, ehtiyyata gore hemin namazi tekraren qildim. Amma bu hal tekrerlanarsa, mene gunah yazilir? Namazim batil sayilir, ye'ni namazimi yaridan kesmish olmur ki o xanim? Chox sag olun, minnetdaram. ALLAH razi olsun inshallah.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Destemaziniz sahihdir, pozulmayib. Amma yarani yuyub 3 defe suya chekmeyiniz lazimdir. 2. Namaz zamani namaz amellerinden savayi her hansi ameli etmek mekruhdur. Amma zeruret halinda bedeni qashimaga icaze verilir. 3. Namaz qilan shexsin qabagindan bashqa adamin kechmesi mekruhdur, lakin bununla namaz pozulmaz.
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
L_Memmedova | Assalamu aleykum ve rehmetullahi ve berekatuhu. 1-bildiyime gore butun muselmenler her hansi 1 muctehide teqlid etmelidirler bu mutleqdirmi? 2-bu vaxtacan teqlid etmeden namaz qilib oruc tutmuwamsa batil sayilir? 3-eger muctehidlerden Sistaniye teqlid etmek isteyirem bunun ucun her hansi dua oxunmalidir ki,hemin andan o muctehidin teqlidcisi sayilsin insan yaxud vacib 1 emel yoxdur? onceden minnetdaram ALLAH RAZI OLSUN
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Her bir muselman sheriet amellerinde ya ozu muctehid olub oz fetvalarina eml etmelidir, ya ehtiyata amel etmelidir, ya da mutleq a'lem bir muctehide teqlid etmelidir. 2. Eger amelleriniz teqlid etmeli oldugunuz muctehidin (ya'ni o dovrde merceyi-teqlid shertlerine cavab veren, diri olan, a'lem - en savadli olan muctehidin) fetvalarina uygundursa, duzgun sayilir. Eger hemin fetvalara ziddirse, qeza olunmalidir. 3. Bir muctehide teqlid etmeye bashlamaq uchun hech bir xususi amel teleb olunmur. Niyyet etmeyiniz kifayetdir. Teqlidine bashladiginiz muctehidin fetvalari ile tanish olub, onlara amel etmeye bashlayin. Genish izahi ashagidaki internet unvanlarindan ala bilersiniz: http://al-shia.com/html/azr/shariat/taqlid/index.htm http://www.al-shia.com/html/azr/shariat/resaleh/001.htm#link2
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
Dilber | Salamun aleykum indiye qeder verdiyiniz cavablara gore cox sag olun. Allah sizden razi olsun. Size bir sualim var. Men gunde 3-defe namaz qiliram. Eger biz bir yere getsek yeni qonaqliqa, gunorta namazin dalinca gece namazin qilib gede bileremmi? Yoxsa qezami qalacaq, 5 defe namaz qilanlar belemi edir? Men kitabda bele oxumusham. Sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Namazi vaxtindan evvel qilmaq olmaz. Axsham namazlarini megrib azanindan evvel qilmaq batildir.
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
Dilber | Salamun aleykum. Size bir sualim var. Men kitabda bele bir sey oxumusamki Tilavet secdesi Namazda edilir sonra quran oxunur. Destemaz alib qibleye donub elede oxuya bilersen. Bu ne ayedir ki bele bir aye var. Sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qurani-kerimin ba'zi ayeleri var ki, onlari arabca oxuyarken ve ya dinleyerken, insan mutleq secde etmelidir. Dinlemek deyerken, insanin bashqa bir canli adamin tilavetine qulaq asmasi ve ya radio-televiziya ile canli yayimda Quran oxuyan shexsi dinlemesi nezerde tutulur. Canli olmayan hallarda - meselen, kasset, lent yazisi, film ve s. - tilavet secdesi etmek lazim deyil. Bu secde zamani istenilen zikri demek olar, hetta zikr demese bele, alnini secde niyyeti ile yere qoysa kifayetdir. Oxuyub-eshiderken secde vacib olan ayeler 4 ededdir: 1. «Səcdə» surəsi, 15-ci ayə. 2. «Fusillət» surəsi, 37-ci ayə. 3. «Nəcm» surəsi, son ayə. 4. «Ələq» surəsi, son ayə. Daha 11 aye uchun secde etmek vacib yox, mustehebdir: 1. «Ə`raf» surəsi, son ayə 2. «Rə`d» surəsi, 15-ci ayə 3. «Nəhl» surəsi, 49-cu ayə 4. «İsra» surəsi, 107-ci ayə 5. «Məryəm» surəsi, 58-ci ayə 6. «Həcc» surəsi, 18-ci ayə 7. «Həcc» surəsi, 77-ci ayə 8. «Furqan» surəsi, 60-cı ayə 9. «Nəml» surəsi, 25-ci ayə 10. «Sad» surəsi, 24-cü ayə 11. «İnşiqaq» surəsi, 21-ci ayə Qeyd edirik ki, bunlar shia mezhebine esasen, tilavet secdesinin hokmleridir. Ehli-sunne mezheblerinden yalniz henefilikde 14 aye oxunub dinlenerken secde vacib olur. Bunlara yuxaridaki ayeler ("Hecc" suresinin 77-ci ayesini chixmaqla) aiddir. Hanbeli, shafii ve maliki mezheblerinde tilavet secdesi sunnetdir.
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
Dilber | Salamun aleykum. Size bir sualim var. Zekat kimlere verilir? Sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Islam qanunlarina gore, zekat 8 yere xerclene biler: 1. Bir illik dolanishigini temin ede bilmeyen feqir shexs. 2. Bundan da pis dolanan miskin shexs - dilenchi, evsiz-eshiksiz adam ve s. 3. Zekat toplamaga icazesi olan adam (shia mezhebinde muctehid terefinden tayin edilir ve zekati toplayib ya muctehide teqdim edir, ya da onun icazesi ile lazim olan istiqametlere chatdirir). 4. Ureklerinde Islama regbet yaransin deye, ba'zi qeyri-muslemanlar (muselmanlarla dushmenchilik etmedikleri teqdirde). 5. Kole alib azad etmek. 6. Oz vetenine qayitmaq uchun pulu olmayan sefer adami. 7. Borcunu vere bilmeyen borclu. 8. Savab ishler gormek - yol chekdirmek, xestexana tikdirmek, mescid ve medrese insha etdirmek ve s. Bunlarin hokmu genish shekilde dini risalelerde beyan edilib. Meselen, Ayetullah-ul-uzma Sistaninin risalesinden zekat bolumunun internet unvani beledir: http://www.al-shia.com/html/azr/shariat/resaleh/026.htm#link230
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
Dilber | Salamun aleykum. Size 2 sualim olacaq. 1-ci sualim beledir: Men bir kitabda bele bir shey oxumushdum: "Berat gecesi". Bu gece Shaban ayinin 15-ci gecesine dushur. O gece oyaq qalmaq, seheri gun de oruc tutursan. Bu gecedemi Qedir gecesi kimidir? Ye'ni men here il Qedir gecelerinde oyaq qaliram, ama bu Berat gecesi hec qalmamisham. 2-ci sualim da beledir: Regaib gecesi. Receb ayinin ilk cuma gecesi Regaib gecesidir. Bu yazdigim aylar hansi aylara tesaduf edir? Xahish edirem, bu yazdiglarimi mene etrafli basha salin. Sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Berat gecesinin ma'nasi ve Qedir gecesinden ferqi barede ashagidaki internet sehifesinde maraqli bilgi elde ede bilersiniz: http://www.huzurkapisi.de/beratgecesi.html http://www.dinimizislam.com/detay.asp?Aid=2009 http://www.islamiyet.gen.tr/mubarek_gun_ve_geceler/berat_kandili.php 2. Regaib gecesi ile bagli maraqli malumatin oldugu internet sehifeleri: http://www.islamiyet.gen.tr/mubarek_gun_ve_geceler/regaib_kandili.php http://www.biriz.biz/itikat/regaib.htm Bunu da elave edirik ki, shia eqidesine gore, berat gecesi - shaban ayinin 15-i 12-ci imam Hazret Mehdi (ac) dogulmushdur. Bildiyiniz kimi regaib gecesi - receb ayinin ilk cume gecesidir. Bu il receb ayinin teqriben iyulun 5-de bashlayacagi ehtimal edilir. Shaban ayinin 15-i ise teqriben avqustun 18-e tesaduf edecek inshaAllah. Qemeri teqvim Ayin gorunmesine esaslandigi uchun, gosterilen tarixlerde 1-2 gun xeta olacagini istisna etmirik.
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
Dilber | Salamun aleykum. Size bir sualim var. Destemazi pozan sheyler nedir? Sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Destemazi pozan hallar barede Islam mezheblerinde muayyen fikir ayriliqlari olsa da, esas meseleler hamisinda eynidir. Shia mezhebine gore, 7 hal destemazi pozur: 1. Sidik, 2. Necaset, 3. Yel chixmasi, 4. Yuxu (murgulemek), 5. Cenabete sebeb olan hallar (bedenden sperma chixmasi, cinsi elaqe - sperma chixmasa da), 6. Ayiqligi aradan aparan hallar (delilik, serxoshluq, urek kechme), 7. Qadinin istihaze halinda olmasi. Ehli-sunne mezheblerine gore, bu shertlerin ba'zileri qismen ferqlidir. Ehli-sunne mezheblerinde sidik chixan yerden ve necaset chixan yerden xaric olan her shey destemazi pozar. Bura qan, me'de qurdu, muxtelif rutubetler de aiddir. Amma shia mezhebine gore, yalniz sidik, necaset ve yel destemazi batil eder. Meselen, kishinin shehvet hissi duyarken, gelen duru maye (sperma deyil) destemazi pozmaz. Sunni mezheblerinden hanefilik ve henbelilikde bedenden chixan, etrafa axib yayilan chox miqdarda qan ve irin destemazi pozar. Az miqdarda qan - meselen, dishin dibinden gelen ve agizi doldurmayacaq qeder az olan qan - destemazi pozmur. Shafiilere ve malikilere gore, yalniz sidik ve necaset yerinden chixan qan ve irin destemazi batil eder. Hanefi mezhebine gore, namaz qilan insanin yanindaki kimsenin eshideceyi terzde qehqehe ile gulmesi de destemazi pozar. Lakin diger mezheblere gore, bu zaman namaz batil olur, destemaz ise duzgundur. Sunni mezheblerine gore, ayiqligi aparan her bir hal destemazi pozar. Lakin insan oturdugu yerde murgulese, destemazi sahihdir. Shialikde ise, murgulemek de destemazi batil edir. Hanefilere gore, agiz dolusu qusmaq destemazi pozar. Hanefi mezhebine gore, qadinla kishinin bir-birine shehvani toxunmasi (beden uzvlerinin maneasiz olaraq bir-birine deymesi) destemazi pozur. Ellerin toxunmasi - shehvet yaratmadan - destemaza tesir etmez. Shafiiler kishi ile qadinin her cur maneasiz temasini destemazin pozulmasi uchun shert bilirler (hetta elleri de deyse). Maliki ve hanbeli mezheblerine gore, kishi ile qadin bir-birine toxunarken shehvet hiss ederlerse, bu, destemazi pozar. Hanefilerden bashqa diger 3 sunni mezhebinde insanin oz cinsiyyet uzvlerine eli ile toxunmasi destemazi batil eder (ister shehvet hiss olunsun, isterse de yox).
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
Dilber | Salamun aleykum. Size bele bir sualim var. Men ehd etmisdimki yayda 5 gun oruc tutacam. Man bilmek isteyiremki Allah qoysa yayda oruc tutanda saat neceden neceye qeder yemek yememeliyem. SAG OLUN.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. InshaAllah, oruc tutmaq istediyiniz gunlerin namaz cedvellerine baxarsiniz. Bizim saytimizda bu cedveller verilir. Subh azanindan megrib azanina kimi oruclu olmalisiniz.
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
nazim | Salamun əleykum 10 il əvvəl ailə qurmuş və 7 yaşında uşağı olan qadın ardıcıl olaraq yuxuda görür ki, kəbini yoxdur və ya qeyri qanunidir. Halbuki kəbini həriki gəncin ataları bir yerdə olmaqla təzəpir məscidində hörmətli bir şəxsə kəsdiriblər. Sizin saytınızda "3 cür yuxu var.lahi, Şeytani və gündəlik işlərlə bağlı" fikrini oxumasaydıq bəlkədə fikir verilməzdi. İndi nə etmək lazımdır. Allah razı olsun
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Defelerle qeyd etdiyimiz kimi, bir daha tekrar edirik: yuxu realliga deyil, xeyala ve vehme esaslanir. Yuxular dogru da, yalan da ola biler. Ona gore, yuxunun hech bir sher'i deyeri yoxdur. Insan yuxuda gorduklerine gore, hech bir ameli etmeye vezifeli deyil. Kebin heqiqeten, Islam qanunlari cherchivesinde kesilmishse, yuxuya ehemiyyet vermek lazim deyil.
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
mehemmed | ALLAHDAN QORXMAG LAZIMDIR, YOXSA YOX? Chunki men chox yerde ewitmishem ki, ALLAHDAN qorxmag lazim deyil, sadecvona hormet etmek, onu tanimag lazimdir.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Allahdan hem qorxmaq, hem de onun merhemetine umid beslemek lazimdir. Buna Islam exlaqinda "xovf ve reca" deyilir. Xovf - Allahin cezasindan (hem dunyada, hem de axiretde) qorxmaq, reca - Allahin mukafatina umidvar olmaqdir. Insan gerek bu 2 halin hech birine ifrat shekilde alude olmasin ve eksine, hech birine inanmagi terk etmesin. Eger insan yalniz Allahin ezabindan qorxsa, onda butun gunahlarini xatirlayar ve cehenneme dusheceyini yeqin eder. Bu halda savab ish gormekden elini uzer ki, "onsua da Allah meni cehenneme salacaq, savab ishler gormeyimin mene hech bir faydasi olmayacaq". Bu, insanda umidsizlik yaradar, onun heyata bagliligini mehv eder, insanin xetirxah ve savab ameller etmesinin qarshisini alar ve bu adam gunahlar ichinde qerq olar. Eksine, eger Allahin merhemetine hedsiz inansa, istediyi gunahi eder ve dushuner ki, "Allah merhemetlidir, onsuz da meni bagishlayacaq". Bele adam oz gunahlarinin sayini artirar. Esil momin xovf ve reca hallarinin arasinda olar, bunlarin her ikisine inanar ve hech birine ustunluk vermez. Bu veziyyet onu gunahlardan saxlayar. Bele insan ne umidsizliye duchar olar, ne de qudurganliq eder.
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
Heydar | Салам алейкум. Я очень извиняюсь в не просвещенности задаваемого мной вопроса. Но я немного запутался. 1) Можете ли вы мне ответить как совершать намаз джамаат? т.е есть ли определенная последовательность или.... 2) Я и моя супруга делаем вмести намаз, может ли он считаться намаз джамаат 3) Брат моей супруги тоже делает намаз, может ли он его делать с нами, а то я слышал, что женщина не может совершать намаз там где есть мужчины, кроме его супруга. Заранее хочу поблагодарить вас и извиниться за свою не просвещенность.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. В нижеследующих интернет ресурсах вы можете найти информацию о намаз-джамаате на русском языке: Согласно фетвам аятоллы Систани: http://al-shia.com/html/ru/olama/resaleh/resaleh-sistani/r13.htm#link40 Согласно фетвам аятоллы Ширази: http://al-shia.com/html/ru/olama/resaleh/resale-makarem/11.htm#link153 2. Да, намаз совершенный совместно даже двумя лицами, счтается намаз-джамаатом. 3. Да, вы можете совершать совместный намаз, так как все участники намаза мужчины и женщины являются мехремами друг-другу. (Брат вашей супруги, является мехремом для нее. Кроме брата для женщины мехремом считаются ее муж, отец, дедушка, дяди по отцовской и материнской стороне, т.е. братя отца и матери, сыновя, племянники, т.е. сыновя братьев и сестер, свекорь) Но во время такого намаза, желательно, что бы брат вашей супруги встал справа от вас, а супруга позади вас, если иамом будете вы.
Задан: 4 Март, 2008 , Опубликовано: 4 Март, 2008
ATASH-BOSS | Zehmet olmasa, vahabizmin achilisina aydinliq getiresiz?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Vehhabi teriqetinin Islam dunyasi uchun dashidigi tehlukeler 250 ilden artiqdir ki, muzakire edilir. Bu barede yuzlerle kitab yazilmishdir ki, onlarin muellifleri hem shia, hem de sunni eqidesine malikdirler. Vehhabilerin en tehlukeli cehetini qisaca olaraq bele xulase ede bilerik: Onlar vehhabi eqidesini bolushmeyen her kesi mushrik (Allaha sherik qoshan) hokmunde bilirler. Bu eqideye gore, butun sair insanlarin cani, qani ve emlaki halaldir. Halbuki, Qurani-kerim mentiqinden ve Peygamber sunnesinden chixish etsek, kelmeyi-shehadetini soyleyen her kes muselman hokmundedir ve onun cani, qani, emlaki, namusu bashqalarina haramdir, bunlara tecavuz etmek gunahdir. Mehz bashqa eqidede olanlarla barishmazliq, shiddetli dini dozumsuzlik ve qeyri-tolerantliq bu teriqeti chox tehlukeli edir. Vehhabiliyin tarixi muselmanlara qarshi achiq herbi yurushler ve dehshetli cinayetlerle doludur. Bu gun oz cildini deyishmish ba'zi vehhabi liderleri bunu inkar etmeye chalishsalar da, ister tarixi tecrube, isterse de, vehhabiliyin ideoloji esaslarinin izah olundugu kitablar dediklerimizi subut edir. Ele Azerbaycanda yayilan vehhabi kitablarini oxuyanda, bu radikalligi ve dushmen ehval-ruhiyyesini achiq-ashkar shekilde goruruk. Hemin kitablarda guya qeyri-vehhabilerle "dialoq, fikir mubadiesi" aparilir, lakin onlara "ey Allahin dushmenleri, ey mushrikler, ey Allaha sherik qoshanlar" deye muraciet olunur. Muhammad ibn Abdulvahhab, Abduleziz ibn Abdullah ibn Baz ve s. bu kimi vehhabi ideoloqlarinin eserleri cemiyyet uchun tehlukeli fikirlerle doludur. Numune uchun, Muhammad ibn Avdulvahhabin "Keshf-ush-shubahat" (Shubhelerin achiqlanmasi), Ibn Bazin "El-Eqidet-us-sahiha ve ma yuzadduha" (Duzgun eqide ve ona zidd olanlar) ve s. kitablara muraciet etmek kifayetdir. Vehhabilik baresinde ma'lumatlar chox zengin oldugu uchun, bu gun Azerbaycan ve rus dillerinde neshr olunmush bir sira kitablari oxumaginizi meslehet goruruk. Oz novbemizde bu cereyanin tehlukeleri barede maraqli informasiyalari dashiyan ba'zi internet unvanlarini teqdim edirik: http://www.al-shia.com/html/azr/lib/casus/index.htm (Ingilis casusunun xatireleri) http://www.al-shia.com/html/azr/lib/vahab-5/index.html http://www.al-shia.com/html/azr/lib/vahabi/index.htm http://www.al-shia.com/html/azr/lib/vahabi%20sual/index.htm http://www.islam.az/modules/mylinks/visit.php?lid=104
Задан: 3 Март, 2008 , Опубликовано: 3 Март, 2008
YA ZEHRA. | Essalamu aleykum. Evvelceden sizlere oz teshekkurumu bildirirem. Sualim beledir: Namaz qilarken spirtle qarishigi olan parfumden istifade etmek olar? ALLAH SIZDEN RAZI OLSUN. Sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Oxshar mezmunlu suala bir qeder evvel cavab vermishdik. Sual-cavab gushesinin evvelki sehifelerine muraciet edin.
Задан: 3 Март, 2008 , Опубликовано: 3 Март, 2008
Gunduz | Dish aqrisi uchun oxunan duaç
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Imam Cafer Sadiqe (a) geceler adami yatmaga qoymayan dish agrisindan shikayet edende buyurdu ki, elini agriyan yerin ustune qoyub "Fatihe", "Ixlas" ve "Qadr" surelerini oxu, sonra bu ayeni de: "Ve teral-cibale tahsebuha camideten ve hiye temurru merras-sehab* sun'allahil-lezi etqene kulle shey'* innehu xabirun bima tef'elun " ("Neml" - 88). 2. Dishi agriyan adam barmagini onun ustune qyub bu ayeni oxusun: "Qul huvelleziy ensheekum ve ce'ele lekumus-sem'e vel-ebsare vel-ef'idete qelilen ma teshkurun" ("Mulk" - 23). 3. Dishi agriyan shexs "Qelem" suresini ustunde gezdirse, sagalar inshaAllah. 4. Imam Ali (a) buyurub ki, elini secdegahina (namaz qildigin yere - mohurun ustune) surtub, agriyan dishine chek ve de: "Bismillahi vesh-shafillahu ve la hovle ve la quvvete illa billahil-aliyyil-azim".
Задан: 3 Март, 2008 , Опубликовано: 3 Март, 2008
ulker | Assalamu aleykum ve rehmetullahi ve bereketuh. Men evliyem, amma menim dini kebinim yoxdur. Bu evlilik haramdirmi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ailenin halal olmasi uchun kebin esas shertlerden biridir. Kebinin vacib oldugunu bile-bile qesden oxutdurmamaq boyuk gunahdir ve zinaya beraberdir. Lakin bilmeyerekden ve meselenin ehemiyyetine diqqet yetirmeden bunu edeni Allah bagishlayar inshaAllah. Meslehet goruruk ki, en qisa muddet erzinde kebin kesdirin ve aile elaqelerinizi halal shekle salin.
Задан: 3 Март, 2008 , Опубликовано: 3 Март, 2008
Страница 5538 из 5614 << < 5534 5535 5536 5537 5538 5539 5540 5541 5542 > >>
© 2019 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com