Страница 7 из 5614 << < 3 4 5 6 7 8 9 10 11 > >>
Medine |

Salam Aleykum..Er evde nalayiq sozler danisir Allahi orucu tehqir edir namazi tehqir edir..ve deyir senin orucun duz deyil cunki sen menden icaze almaliydin hele orucu tutmaga..bu veziyyetde orucum sayilirmi..Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Ər ciddi səhf edir ki, özünü Allahla üz üzə qoyur. İnsan bu qədər ALlaha qarşı üsyankar olmaz. Bu yəqin ki, nadanlıqdandır. Allah hidayət etsin.  Orucunuzu tutun

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
zeki |

orucu vaxdindan gec acmaq olarda yeqinki

Ответ / Cavab

Aleykumusalam.

Bunun eybi yoxdur, amma şam azanı olduqda artıq oruc bitir.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Sahin |

Bu ayda gunah edən cəhənnəmlikdir?

Ответ / Cavab

Aleykumussalam

Bu ayda günah etmə daha aqir cinayətdir. Sanki cinayətkara deyilir ki günahını boynuna al üzr istə səni azad edək. O isə bu çağırışdan sonra yenə də cinayət edir. Onunla necə davranışlar?

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Salam |

Namazı sürətli qılmaq gunahdır?

Ответ / Cavab

Aleykumussalam

Düzgün qilinarsa və tələffüz düzgün olarsa günah deyil amma kimsə asiq olduqu kimsəylə ya dost olduqu kimsəylə danismani tez edib qaçmaz.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Muselman |

Salam. Men evdar qadinam hec iwlememiwem gelir yerim yoxdur xerclerimi yoldawim ve ya valideyinim qarwilayir. Mene hediyye verilen qizillara ve yaxutda hediyye verilen meblege gore zekat vermeliyemmi? Bu nece hesablanir. Valideyinlerimin ve yoldawimin mueyyen vaxtlarda xerclik ucun versiyi pulu yigib kicik budce duzeltmiwemse buna zekat duwur? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Sizə hədiyyə verilən qızıl və digər zinət əşyalarına, paltarlara heç bir şey istənilməz amma əlinizdə olan naqd pula il başında xums vacib olacaq.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
sual |

salam.dırnağa zlyonka vuranda dəstənamaza mane deyil?sistani ağa

Ответ / Cavab

Aleykumussalam

Yod və zelyonka dəstəmaz ya quslə mane olmur

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Salam |

Salam teshehhud ve salamlari tam bilmirem onlari deyende vereqi kenarda qoyub namazda baxib oxumaq olar yoxsa? Bir de onlari deyen zaman ceynamaza baxmaliyiq?

Ответ / Cavab

Aleykumussalam

Kaqizi əlimizdə tutub oradan oxuyun. Heç bir problem olmaz.

Allah sizə yar olsun.

 

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Salam |

Salam men namaza bashlamaq isteyirem ama nedense icimde qorxu var sozleri unutmaqla bagli ve s bu halda ne ede bilerem? Ve daha deqiq oyrenmek ucun hardan baxa bilerem?

Ответ / Cavab

Aleykumussalam

Namaz qorxulu bir şey deyil. Uşaq oz mehriban valideyninin qarşısında durub onunla danışmaqdan qorxmaz. Bunun kimi bəndə də oz mehriban Yaradanı qarşısında durub danışmaqdan qorxmamalıdırlar. O çox mehribandır.

Namazı tam öyrənənə kimi namaz kaqizini əlinizdə tutub elə qilin.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Sual |

Haci Salam. Bilirik ki Allah belani bezi üstün şəxslərə dərəcələrini qaldirmaq üçün göndərir. Men bizim kimi adi insanlardan danışıram. Haci ola bilər ki bəndə Allah nemət gonderdikce ona şükür etsin, Allah isteyen qaydada yaşasın ve ömrünün sonuna kimi bəlasız (problemsiz demirəm, o zatən həyatın gerçəyidir) həyat yaşasın? Yəni şükür edilən yerdə bəlaya ehtiyac qalmır düzdür?

Ответ / Cavab

Aleykumussalam

Xeyr. Hami bu dunyada müəyyən çətinliklər ilə imtahan olunacaq. Allahın çox yuxarı səviyyəli şəxsləri müəyyən bəlalarla uz üzə olublar. Bu hamiya aiddir. Bəziləri yüngül, bəziləri aqir imtahan verəcək.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Xəyalə |

Salam. İmsaka durmadan oruc tutmaq olarmı?

Ответ / Cavab

Aleykumussalam

Bəli olar, imsaka durmaq vacib deyil. Amma bu daimi olmasın kı, zəifləyib orucu pozmaqa Vadar ola bilər.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Can |

Salam aga. Bu gun Ramazanin necesidir? Deyiler 12 dir duzdur?

Ответ / Cavab

Aleykumussalam

Bəli düzdür. Ayın on ikisidir.

Allah size yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Can |

Salam aga. Bir qadin heyiz olmusdu qurtardiqini zenn edib axsamdan qusullanib ve tezden oruc tutub. Indi iyse deyir menden qan geldi. Orucu batil oldumu? Sualima gore uzur isteyirem.

Ответ / Cavab

Aleykumussalam

Bəli onun orucu pozulub. Axşam yenidən qüsl edəcək.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Adi.... |

Salam Aleykum haci men subh namazinnan sonra yuxudan duranda gordumki qusl cavib olub orucam qorxuram qusl alamaga bogazima su geder nece ede bilerem ?

Ответ / Cavab

Aleykumussalam

Gedib qüslü edin, diqqətli olun ki su getməsin.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
rehimov |

salam birde usax opmek gorusmek isdemediyin yerde pis qoxu bunlar orucu batil edir etmir

Ответ / Cavab

Aleykumussalam

Xeyr qeyd edilən hallar orucu pozmur.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
elya |

cenabetli halda yuxuya geden adam dura bilmese boynunda cenabet qüslü olsa oruc tuta bilərmi.Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Əgər sübh azanından qabaq durub qüsl etmək qərarı ilə yatmisdisa, orucu düzgündür namazlar üçün qüsl almaq lazımdır.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
...... |

Salam haci. Bogaz problemimi size yazdim dediz bu orucu pozmur. amma men sahura durub yeyende her defe narahat oluram nese qalir bogazda. Meselen bu gunde dishleri fircaladim ve su icdim, sonra tupurub gordum ki, nese cixib tupurceknen bir yerde. Yegin ki, bogazdan cixib. Indi men butun gunu tupurub baxmaliyam? Yoxsa bogazimdadirsa tupurmeye ehtiyac yoxdu? Onu eminlikle udmaq olar? Cetindi her defe yoxlamaq. 2. O qeder shekk edirem ele bilirem ki, agzima gelir, amma bu fikri uzaqlashdirib uduram. Basqa cur alinmir, cox shekk etsem xestelenerem. Ne edim? bele shekkler gelende men Allaha dua edirem deyirem Ilahi Sen gorursen ki, men Sene xatir oruc tuturam, eger sehven udmaq lazim olmayani udsam meni bagishla. Xahish edirem deqiq cavab yazasiz bogazda olan qaliqlari udmaq olarmi? Sadece tupurende cixir ve gorsenir ona gore fikir edirem. Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Bir dəfə yuyub təmizlədikdən sonra şəkk etməyə ehtiyac yoxdur.

Çox şəkk etməyin. Bir qədər əməllərdə diqqəti olun, yetər.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
salam |

salam qardas bir sexs imsaka gecikir ayılırki azandı tez su içir ama orucun pozulmaqından ce keffareden xeberi yoxdu ve hemin gün oruc tutur onun orucu sayılır hemin gün keffare gelor? sagolun

Ответ / Cavab

Aleykumussalam

Həmin günü qəza edəcək

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
1111 |

Salam.Kecen illerden qalan qeza oruclarinin cerimesini bu ramazan ayinda vermek olar,yoxsa bashqa aylarda verilmelidir? Cox sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Əgər pul şəklində cərimə verirsizsə, edə bilərsiz, fərqi yoxdur. Edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
1111 |

Haci,bir daha deqiqleshdirmek isteyirem.demeli bogazimiza guc verib onu agiz boshluguna getirmeyimiz vacib deyil,eledi?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, elədir və buna ehtiyac yoxdur.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Zahra |

Salam haci, oruc olan wexsin sebebsiz yere oruc tutmayan birine su ve ya yemey vermesi haramdirmi?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, səbəbsiz yerə orucu pozan adama  oruc pozmağa yardım etmək sayılacaq.

Allah sizə yar olsun

Задан: 18 Май, 2019 , Опубликовано: 18 Май, 2019
Страница 7 из 5614 << < 3 4 5 6 7 8 9 10 11 > >>
© 2019 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com