AktualXəbərlər

Bu gün, oktyabrın 15-i, İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümüdür

Bu gün, hicri qəməri tarixi ilə Rəbiyül-əvvəl ayının 8-də, müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) şəhadət günüdür.

İslam.az məlumat verir ki, İmam (ə) hicri qəməri tarixi ilə 232-ci il Rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb.

İmam Həsən Əskərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.

O Həzrət (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.

İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.

Bü hüznlü, Həsən Əskərinin (ə) şəhadətə yetişdiyi gündə bütün dünya müsəlmanlarına başsağlığı veririk.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button