AktualXəbərlər

Oktyabrın 24-nə keçən gecə imam Sadiqin (ə) mövludunun ildönümüdür

Rəbiül-əvvəl ayının 17-də (bu il oktyabr ayının 24-nə keçən gecə), müsəlmanların 6-cı imamı – Cəfər Sadiqin (ə) mövludunun ildönmüdür.

İmam 83-cü hicri ildə Mədinə şəhərində dünyaya gəlib, hicri 148-ci il Şəvval ayının 25-də isə Abbasi xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid edilib.

Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində müsəlmanlara imamlıq edib, Allahın nazil etdiyi Quranın buyuruqlarını bəşəriyyətə təbliğ etməyə çalışıb. Böyük fədakarlıq nəticəsində, imam Mədinədə o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub. İmam Cəfər Sadiqin (ə) elmindən yararlanmaq üçün dünyanın müxtəlif guşələrindən insanlar Mədinəyə axışır, həqiqi İslam haqda, eləcə də digər dünyəvi fənlər üzrə bilgi alırdılar. Müxtəlif zamanlarda imamın 4 min tələbəsi olub, o, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib. İmam Sadiqin (ə) həyatı “İslam elmə qarşıdır” kimi sərsəm ideyaları irəli sürənlərə ən tutarlı cavablardan biridir.

İmam Cəfər Sadiq (ə) həqiqi İslamın tezislərini, Peyğəmbərin vəsiyyətlərini həyata keçirmək üçün böyük işlər görüb. Təsadüfi deyil ki, şiə məzhəbi həmçinin Cəfəri məzhəbi adlanır, bu yolun davamçılarına isə həm də “cəfərilər” deyilir.

İmam Cəfər Sadiqin (ə) mövlud günü münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik, onlara hər iki dünyada Əhli-beytdən uzaq düşməməyi diləyirik!

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button