DünyaXəbərlər

Səudiyyə Ərəbistanı tarixdə ilk dəfə milad bayramını qeyd edir

Bu il tarixdə ilk dəfə İslam ölkəsi olan Səudiyyə Ərəbistanında milad bayramı qeyd olunur.

İslam.az sirat.az-a istinadən xəbər verir ki, ölkədə küçələr, hotellər və digər ictimai məkanlar bayrama uyğun bəzədilib. Ölkə mağazalarında şam ağacları, müxtəlif bəzək əşyaları və şaxta baba papaqları satılmağa başlayıb. Hotellər milad bayramına uyğun bəzəilib və dəhlizlərdə şam ağacları quraşdırılıb.

Əvvələr Səudiyyə Ərəbistanında qeyri-müsəlman bayramların təşkili qadağan idi. Bundan əlavə, ölkədə bir sıra digər qadağalar da mövcud olub. Lakin Səudiyyə vəliəhdi Məhəmməd bin Salman tədricən bu cür məhdudiyyətləri ləğv edir.

Son illərdə isə vəliəhdin göstərişi ilə qadınlara avtomobil idarə etmək və futbol stadionlarına daxil olmaq icazəsi verilib.

Həmçinin ölkədə namaz vaxtı dükanlar fəaliyyət göstərmirdi, lakin artıq bu qadağalar qüvvədən düşüb.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button