AktualXəbərlər
Trendlər

Qarabağda rusiyalı hərbçi həlak oldu

Şuşada ərazilərin minalardan təmizlənməsi dəstəsinin zabiti partlayıcı qurğunun partlaması nəticəsində həlak olub.

Şuşada ərazilərin minalardan təmizlənməsi dəstəsinin zabiti partlayıcı qurğunun partlaması nəticəsində həlak olub.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Beynəlxalq Mina Əleyhinə Mərkəzin ərazilərin minalardan təmizlənməsi qrupunun zabiti ağır yaralanıb”, – deyə Rusiya MN-dən bildirilib.

Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, lakin hospitala aparılarkən aldığı yaradan ölüb.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button