DünyaXəbərlər

İmam Hüseyn hərəmi körpələrin doğum xərclərini ödəyib

İmam Hüseyn (ə.s) hərəminin təşəbbüsü ilə İraqda sosial yardım aksiyası keçirilib.

İslam.az sirat.az-a istinadən xəbər verir ki, hərəm dünyaya yenicə gəlmiş körpələrin doğum xərclərini öz üzərinə götürüb. Bu barədə dekabrın 30-u ziyarətgahın saytında xəbər verilib. Aksiyanın İraqın müxtəlif əyalətlərində təşkil olunduğu qeyd olunub.

Məlumata görə, Xanım Zeynəbin (s.ə) mövludu ilə əlaqədar 20 gün müddətində 511 uşağın doğum xərcləri hərəm tərəfinən ödənilib.

Bundan əlavə, İmam Hüseyn (ə.s) hərəminin nəzdindəki Zeynul-Abidin (ə.s) xəstəxanası dünyaya gələn uşaqlara ən çox qoyulan adları açıqlayıb. Bunlar Məhəmməd, Fatimə və Əli adları olub.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button