AzərbaycanXəbərlər
Bakıda şüşəli namaz otağı
Bakının 8 Noyabr prospekti ünvanında şüşədən tikilmiş ibadətgah yerləşir.
İslam.az sirat.az-a istinadən xəbər verir ki, namaz otağı kimi fəaliyyət göstərən bu məkan məscidəbənzər formada və tam olaraq şüşədən tikilib. Tikilinin daxili sahəsi təqribən 10 kvadratmetr təşkil edir.
Buranın həyətində, həmçinin dəstəmaz almaq üçün su kranları quraşdırılıb.
Kiçik ibadət evinin minarəsi olmasa da, damında şüşədən günbəz inşa edilib. İbadətgah, hətta kondisionerlə də təchiz olunub.
Otağın daxili Kəbə evinin şəkli, Ayət əl-Kursi və Fatihə surəsi ilə bəzədilib.