Aktual

Martın 18-nə keçən gecə Bəraət gecəsidir

Şəban ayının 15-i bu ayın ən şərafətli günlərindəndir. Həmin günə keçən gecə “Bəraət gecə”si adlanır. Bəraət – tam ayrılma deməkdir. Həmin günü günahkarlar Cənnətdən, ibadət edən və tövbə edənlər Cəhənnəmdən ayrılarlar.

Hədislərdə gəlib ki, həmin gecə dindən çıxmışlardan, paxıllardan, böhtançılardan, şərab içənlərdən, aqvalideynlərdən (valideynə ağ olanlardan), zinakarlardan, təkkəbbürlülər və fitnəkarlardan başqa hamının bütün günahları bağışlanar. Bu gecə dualar qəbul olar. Ona görə də həmin gecəni ibadətlə keçirmək savabdır.

Bundan əlavə Şəban ayının 15-i İmam Zamanın doğum günüdür. Həmin günə keçən gecəni ibadətlə keçirmək, həmin gecəni və 15-i günü qüsl almaq (günahları azaldar), çoxlu salavat demək, zikrlər etmək böyük savaba malikdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button