AktualXəbərlər

Ramazan ayı nə vaxt başlayır?

Məlum olduğu kimi, hicri təqvimi ilə hər yeni ay səmada hilalın görünməsi ilə başlamış sayılır. Lakin “hilalın görünməsi” anlayışı müxtəlif metodologiyalarla fərqli izah edilir.

Belə ki, astronomik hesablamalara əsasən, bu il Ramazan ayının hilalı bu gün, aprelin 1-də, yalnız Amerika qitələrinin məhdud ərazilərində müşahidə olunacaq. Hilalın planetin istənilən hissəsində görünməsini yeni ayın başlanması kimi qəbul edən metodologiyaya əsasən, bu, artıq aprelin 2-nin Ramazan ayının 1-i olması anlamına gəlir.

Lakin müasir müctəhidlərin əksəriyyətinin rəyinə əsasən (az da olsa bundan əvvəl qeyd etdiyimiz metodologiyaya istinad edən müctəhidlər də var), yeni ayın hilalı oruc tutan şəxsin bilavasitə yaşadığı məntəqədə və ya bu məntəqə ilə eyni üfüqə malik olan digər məntəqələrdə müşahidə olunamlıdır. Bu metodologiyaya üstünlük verən müsəlmanlar üçün isə sabah, aprelin 2-i, Şaban ayının son günü hesab ediləcək. Müvafiq olaraq aprelin 3-ü mübarək ayın 1-i olacaq.

Həm aprelin 2-də, həm də aprelin 3-də oruca başlayan müsəlmanların Allah orucunu qəbul eləsin!

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button