
Fransada keçirilən prezident seçkilərinin ikinci turunda ölkə müsəlmanlarının 85 faizi Emmanuel Makrona səs verib. Bu barədə “Le Parisien” məlumat yayıb.
İctimai Rəy Sorğusu İnstitutunun (lfop) keçirdiyi sorğuya əsasən, birinci turda müsəlmanların əksəriyyəti Jan-Lük Melanşona (69%) səs versələr də, ikinci turda Makrona üstünlük veriblər.
Xatırladaq ki, seçkilərin ikinci turunda qalib gələn Makron yenidən Fransa prezidenti olub.