Məsciddə şəhid gizirin yerində qardaşı xidmətçi oldu
Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimizdən biri də Rüfət Füzuli oğlu Əliyevdir. Qəhrəman hərbçimiz 7 noyabr 2020-ci il Zəngilan rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
BAKU.WS xəbər verir ki, şəhid Rüfət Əliyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin giziri olub. Maraqlıdır ki, Rüfət Əliyev hərbidən kənar boş vaxtlarda məsciddə xidmətçi kimi də fəaliyyət göstərib.
Müqqəddəs günlərdə “Məşhədi Dadaş” məscidində insanların daim xidmətində olan şəhid hərbçimizin həmişəki yeri ötən gün təşkil edilən Qədr gecəsi mərasimində də boş qalmayıb. Belə ki, şəhid Rüfət Əliyevin xidmətçi yerini bu dəfə onun doğma qardaşı doldurub.
Görüntünü məscidin digər xidmətçisi olan Ceyhun Hacıyev sosial şəbəkədə paylaşdıqdan sonra istifadəçilər tərəfindən maraqla qarşılanıb.