Ötən illərdə olduğu kimi, bu il də Ramazan bayramı fərqli günlərdə qeyd olunacaq. İslam ölkələrinin bir çoxunda müsəlmanlar bayram namazını sabah, mayın 2-də qılacaqlar. Xatırladaq ki, QMİ-nin yaydığı təqvimə və Azərbaycan Nazirlər kabinetinin qərarına görə də bayram günləri mayın 2 və 3-nə təsadüf edir.
Eyni zamanda İraqda, İranda, Hindistanda, Pakistanda, Banqladeşdə, Şri-Lankada, Cənubu Afrikada Şəvval ayının hilalının görünməməsini əsas gətirərək mayın 2-si mübarək Ramazan ayının 30-u elan edilib və Ramazan bayramı mayın 3-də qeyd olunacaq. Şiə müctəhidlərinin də demək olar hamısı Fitr bayramını 3 maya elan ediblər və sabah Ramazan ayının 30-u hesab olunmalıdır.
Həm mayın 2-də, həm də mayın 3-də bayram edən bütün müsəlmanların bayramını təbrik edirik!
Allah tutduğunuz orucları və etdiyiniz ibadətləri qəbul etsin!