DünyaXəbərlər

Bayden: xristianlara oruc tutmaq daha çətindir

ABŞ Prezidenti Co Bayden Müqəddəs Ramazan bayramı münasibəti ilə tədbir təşkil edib.

İSLAM.AZ-ın verdiyi xəbərə görə, Bayden çıxışı zamanı zarafatla xristianların müsəlmanlarla müqayisədə oruc tutmalarının daha çətin olduğunu söyləyib. O bildirib ki, əsas dinlər bir-birinə bənzəyir, amma müsəlmanlar bilməlidirlər ki, Ramazan ayında onların kiçik üstünlüyü var. Çünki Bayden özü 40 gün dondurma və şirniyyatdan imtina etməli olub. Toplaşanlar bu ifadələri gülüşlə qarsalayıblar.

Dövlət başçısı həmçinin qeyd edib ki, son onilliklər ərzində ilk dəfədir ki, hər 3 səmavi dinlərin müqəddəs saydıqları günlər üst-üstə düşüb. Bayden bunun İlahi bir işarət olduğuna inandığını deyib. Qonaqlar isə yenidən gülüşlə reaksiya veriblər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button