
İsveçin Malmö şəhərində bir neçə müsəlman məzarı vandalların hücumuna məruz qalıb.
İSLAM.AZ xəbər verir ki, Ostra qəbiristanlığında 20-yə yaxın məzarın daşları yararsız hala salınıb və boya ilə murdarlanıb.
Fakt Ramazan bayramı günü yaxınlarının məzarlarını ziyarət etməyə gələn müsəlmanlar tərəfindən aşkarlanıb və dərhal yerli polisə məlumat verilib.
Hüquq mühafizə orqanları isə cinayətkarlar barədə heç bir məlumata malik olmadıqlarını bildiriblər və hadisə şahidlərini onlarla əlaqə yaratmağa çağırıblar.