DünyaXəbərlər

Məhkəmə müsəlmanlara məsciddə camaat namazı qılmağa qadağa qoydu

Hindistan məhkəməsi Varanasi şəhərindəki tarixi Qyanvali məscidində kütləvi ibadətlərin məhdudlaşdırılmasına dair qərar çıxarıb. Buna səbəb isə ibadət ocağının ərazisində hindular üçün müqəddəs sayılan əşyaların tapılmasıdır.

İSLAM.AZ xəbər verir ki, arxeoloji qazıntılar zamanı ekspertlərin hinduların Şiva tanrısına aid edilən əşyaları tapmasından sonra 5 hindu qadın məhkəməyə müraciət ediblər və məscid ərazisində hindu ayinlərinin yerinə yetirilməsinə icazə verilməsini istəyiblər. Onların iddiasına görə, bu yerdə nə zamansa hindu məbədi yerləşib.

Hakim qadınların müraciətini müsbət dəyərləndirərək, müsəlmanlara məsciddə kütləvi ibadətlərin keçirilməsini qadağan edib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button