DünyaXəbərlər

LGBT-yə dəstək ifadə edən maykadan imtina edən müsəlman futbolçu cəzalandırıldı

Fransanın “Pari Sen-Jermen” futbol klubunda çıxış edən müsəlman yarımmüdafiəçi İdriss Quyye komandasının “Monpelye”yə qarşı oyununu buraxmaq məcburiyyətində qalıb. Məsələ burasındadır ki, Quyye LGBT-yə dəstək ifadə edən formada meydana çıxmaqdan imtina edib: onun maykasındakı nömrə göy qurşağı rənglərinə boyanmış olub.

İSLAM.AZ xəbər verir ki, müsəlman futbolçu oyunu tribunalardan izləyib.

Quyyenin bu addımı bir sıra homoseksual qrupların kəskin tənqidinə məruz qalıb. Onlar Fransız Liqasını həm klubu, həm də PSJ-ni ən sərt şəkildə cəzalandırmağa çağırıblar.

Xatırladaq ki, eynicinsli münasibətlər nəinki İslamda, ümumiyyətlə bütün səmavi dinlərdə qadağan edilmiş əməldir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button