AzərbaycanXəbərlər

Azərbaycanda din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) din xadimi kimi işləmək istəyənlər üçün lazım olan sənədlər təqdim edilməlidir.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

O deyib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2022-ci il tarixindən 24 iyun 2022-ci il tarixə qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

• Tərcümeyi-hal;

• Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

• Sağlamlıq haqqında arayış;

• Narkoloji dispanserdən arayış;

• Ruhi-əsəb dispanserindən arayış;

• Məhkumluq barədə arayış;

• Foto (3×4) (4 ədəd);

• Ərizə.

• Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button