Hindistanın Uttar Pradeş ştatında hakim dairələr bir neçə müsəlman ailəsinin evlərini yerlə yeksan edib.
İSLAM.AZ xəbər verir ki, dağıdılan yaşayış sahələri ötən həftə ölkədə Peyğəmbər (s) və həyat yoldaşı Aişənin təhqir edilməsinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etmiş şəxslərə məxsusdur.
Misal üçün, bazar günü müxalifətçi siyasətçi Civəd Əhmədin və qızının, müsəlman qadınlarının hüquqlarının qorunması ilə məşğul olan Afrin Fatimənin evləri sökülüb. Daha iki ev isə, hakimiyyətin bildirdiyinə görə, polisə daş atan insanlara məxsusdur.
Qeyd edək ki, Hindistanın hakim dairələrinin tətbiq etdikləri bu vəhşi cəza tədbirlərinə dair heç bir məhkəmə qərarı çıxarılmayıb və ümumiyyətlə qanunlarda belə bir cəza növü nəzərdə tutulmayıb.
Hazırda ötən həftə baş verən hadisələrə görə həbs edilən 300-dən artıq müsəlman zindanlarda saxlanılır və məhkəmələrin qərarlarını gözləyirlər.