Türkiyənin Ordu şəhərinin sakini olan 84 yaşlı Günəş Önürmə bu il ali məktəbə qəbul olub.
İSLAM.AZ xəbər verir ki, Önürmə oxumaq və yazmağı öyrənmək üçün Dövlət Tədris Mərkəzinə 2013-cü ildə ərizə ilə müraciət edib. Orta məktəbi bitirməsi haqqında attestat aldıqdan sonra isə təhsilini davam etdirmək qərarına gəlib.
“İncəsənətə böyük həvəsim var. Əzəldən təsviri incəsənət fakültəsində təhsil almaq istəmişəm”, – Günəş xanım bildirib.
18 nəvəsi olan qadın qeyd edib ki, məqsədinə imtahan verərək yetişib və bunun heç zaman gec olmadığını şəxsi nümunəsində göstərmək istəyib.
Önürmə həmçinin gənclərə də səslənib: “Bunu hamı bilməlidir. Kitab oxumaq çox zövqvericidir. Kitab oxuyarkən biz hər mənada daha yaxşı oluruq. Mənimlə görüşən bir çox gənc yenidən təhsilini davam etdirmək qərarına gəlib”.