Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatında azarkeşlərə LGBT bayrağı qaldırmaq qadağan ediləcək.
İSLAM.AZ xəbər verir ki, bu barədə mundialın təşkilatçıları bildiriblər.
“Dünya çempionatında LGBT bayrağı qaldıranları 7 və ya 11 il həbs cəzası gözləyir. Biz İslam dövlətiyik və siz bizim dinimizə, əqidəmizə və mədəniyyətimizə hörmətlə yanaşmalısınız”, – bəyanatda deyilir.
Qeyd edək ki, Qətərdə LGBT biriliyinə dair sərt məhdudiyyətlər tətbiq olunur.
