AktualXəbərlər

Bu il Məhərrəm ayı iyulun 30-da başlayır

Hicri-qəməri təqivimi ilə bu il Məhərrəm ayı iyulun 30-da başlayır.

Bu ay hicri ilinin ilk ayı olması və bu ayda döyüşlərin və müharibələrin haram edilməsi ilə yanaşı, həm də Aşura günündə baş vermiş faciəli Kərbəla hadisəsi ilə əlamətdardır.

Bu ayın ilk iki həftəsində dünya müsəlmanları, eləcə də Azərbaycanlı inanclılar məscidlərə gedərək, İmam Hüseynin (ə) şəhid edilməsini bir daha xatırlayacaq, mərsiyələr deyəcək, rozələr söyləyəcəklər.

Qeyd edək ki, bu il Aşura günü avqustun 8-nə təsadüf edir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button