Sentyabrda keçiriləcək seçkilərin nəticəsi olaraq İsveç parlamentində təmsil olunmağı qarşısına məqsəd qoyan yeni yaradılmış “Nyuans” partiyası ölkədə “söz və özünüifadə azadlığı”na məhdudiyyətlərə nail olmaq niyyətindədir.
İSLAM.AZ xəbər verir ki, bu barədə “Sydsvenskan” qəzeti yazır.
Partiya Quranın yandırılmasını müsəlmanlara qarşı nifrət və etnik qruplara nifrətə çağırış kimi dəyərləndirir, bu səbəbdən də sözügedən vandallıq aktının qadağan edilməsini istəyir.
“Biz söz azadlığının tərəfdarıyıq, amma məhdudiyyətlərlə”, – jurnalistlərlə söhbətində partiyanın lideri Mikail Yuksel deyib.
Xatırladaq ki, bu il İsveçdə sağçı ekstremist Rasmus Paludan və onun tərəfdarları Quran yandırma aksiyaları keçiriblər. Bundan sonra ölkənin müxtəlif bölgələrində iğtişaşlar baş verib.