AktualXəbərlər

Londondakı təxribata Məşədi Dadaş məscidində möhtəşəm cavab – FOTO

Avqustun 4-də Londonda dini şüarlarla maskalanmış bir qrup radikal ünsürün Azərbaycan səfirliyinə hücumu və bayrağımızı təhqir etməsinə ölkə dindarlarından özünəməxsus və bütün sualları aradan aparan cavab gəlib.

İSLAM.AZ xəbər verir ki, avqustun 5-də Məşədi Dadaş məscidində Məhərrəmliklə əlaqədar təşkil olunan məclisdə bu ibadət ocağına toplaşanlar dövlət bayrağımızı başlarının üzərinə qaldırıblar.

Bununla da bəzi təxribatçı və təkfirçi qüvvələrin məkrli planları alt-üst olub. Azərbaycan dindarı bir daha nümayiş etdirib ki, bu vətəninin maraqlarını və atributlarını daim qorumağa və uca tutmağa hazırdır. Necə ki, 44 günlük müharibə zamanı bunu minlərlə inanclı şəxs qanı və canı bahasına sübuta yetirmişdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button