Birmühərrikli yüngül mülki təyyarə qəzaya uğrayaraq Əbu-Dabinin Böyük məscidinin avtomobil dayanacağına düşüb.
İSLAM.AZ xəbər verir ki, rəsmi mənbələr qəzaya səbəbin texniki nasazlıq olduğunu bildiriblər.
“Yüngül “Cessna” təyyarəsi Şeyx Zeyd Böyük məscidinin açıq parklanma ərazisində qəzaya uğrayıb. Pilot yaralanıb. Hadisə yerində müvafiq dövlət qurumları işləyirlər”, – rəsmi WAM dövlət agentliyinin açıqlamasında deyilir.
Qeyd edək ki, xoşbəxtlikdən qəza zamanı pilotdan savayı heç kim xəsarət almayıb.