Fransanın şimalında yanğın nəticəsində məscid tamamilə yararsız hala düşüb.
İSLAM.AZ xəbər verir ki, rəsmi dairələr İl-de-Frans əyalətinin İvekin departamentinin Rambuye məscidinin qəsdən yandırılmasını ehtimal edirlər. Frnsanın daxili işlər naziri Jerald Darmanen ehtimal edilən canilərin axtarışına başlanıldığını deyib.
Yandırılan məscid 2009-cu ildə regionda məskunlaşan müsəlman icmasının xahişi ilə inşa olunmuşdu.
Qeyd edək ki, Fransada ultrasağçılar və islamofobların fəallığı fonunda son bir il ərzində çox sayda məscid hücumlara məruz qalıb, onlardan bəziləri isə yandırılıb.