Hindistanın Bihar ştatında qeyri-adi hadisə baş verib.
İSLAM.AZ xəbər verir ki, quraqlıq keçən yay yerli su hövzəsində suyun səviyyəsinin əhəmiyyətli dərəcədə enməsinə gətirib çıxarıb. Nəticədə onilliklər öncə su altında qalan qədmi məscid yenidən yerli sakinlərin gözləri önündə peyda olub.
Hadisə baş verdikdən sonra çox sayda yerli sakin üzərək məscidə tərəf üz tutub.
Qeyd edək ki, Nuri məscidi bu ərazilərdə bəndin inşasından sonra sulara qərq olub. Hazırda məbədin gələcək taleyi bəlli deyil.