AktualXəbərlər

Dünyada sosial şəbəkələrdə islamofob kontentin 86 faizini 3 ölkə sakinləri dərc edir

Avstraliyanın ictimai təşkilatlarının birinin apardığı araşdırmalara əsasən, qlobal miqyasda sosial şəbəkələrdə islamofob paylaşımların böyük əksəriyyəti cəmi 3 ölkənin payına düşür.

İSLAM.AZ xəbər verir ki, Viktoriyanın İslam Şurasının tədqiqatçıları bu ölkələrin ABŞ, Böyük Britaniya və Hindistan olduğunu üzə çıxarıblar.

Tədqiqatların yekunu olaraq müsəlman fəallar “Twitter” sosial şəbəkəsinin şirkət-operatorunu bu 3 ölkədən olan istifadəçilərin davranışlarına daha diqqətlə nəzarət etməyə və nifaq toxumu səpən belə paylaşımların qarşısını alacaq tədbirlər görməyə çağırıblar.

Qeyd edilib ki, Hindistanda sözügedən məzmunda paylaşımları əsasən hakim Bharatiya Canata partiyası ilə əlaqəli şəxslər dərc edirlər. ABŞ-da islamofob rəylər Donald Trampın prezidentlik dönəmində sürətlə vüsət alıb. Böyük Britaniyada isə bu tendensiya qaçqınların sayının kəskin artımı və Boris Consonun islamofob çıxışları ilə bağlıdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button