AzərbaycanXəbərlər

Sentyabrın 16-na keçən gecə imam Rzanın (ə) şəhadətinin ildönümüdür

Bu gecə (bu il sentyabrın 16-na keçən gecə) imam Rzanın (ə) şəhadət gecəsidir.

İslam.az-ın məlumatına görə, hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının sonuncu günündə müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub. İmam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində İmam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Әli, ləqəbini isə Rza qoyublar. İmamın anası Nəcmiyyə iman və zəka baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Atası Harunun zindanında şəhid olduqdan sonra müsəlmanlara imamlıq edib. İmam Rzanın (ə) müqəddəs məzarı Məşhəd şəhərində yerləşir.

 

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button