Oktyabrın 5-nə keçən gecə, hicri qəməri tarixi ilə Rəbiyül-əvvəl ayının 8-də, müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) şəhadətinin ildönümüdür.
İslam.az məlumat verir ki, İmam (ə) hicri qəməri tarixi ilə 232-ci il Rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb. İmam Həsən Əskərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.
O Həzrət (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib. İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.
Bü hüznlü hadisənin ildönümü münasibətilə bütün dünya müsəlmanlarına başsağlığı veririk.