İmam hicri-qəməri tarixi ilə 232-ci ildə Rəbius sani ayının 8-də Mədinədə dünyaya göz açıb.
İslam.az-ın məlumatına görə, imam Həsən Əskərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.
İmam Həsən Əsgəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.
İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.
Bu əlamətdar gün münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik, onlara Əhli-beyt (ə) əxlaqına uyğun həyat sürmələrini diləyirik.