AktualXəbərlər

Noyabrın 30-na keçən gecə Xanım Zeynəbin (s.a) mövludunun ildönümüdür

Bu gecə (noyabrın 30-na keçən gecə) İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud gecəsidir.

Hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın (s.ə) evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb “atanın ziynəti” deməkdir.

Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Xanım Zeynəb çox dözümlü, güclü, səbirli olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb olmuşdur.

Bu gözəl gün münasibəti ilə bütün möminləri və xüsusən də xanımları təbrik edirik.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button